Sələfi (vəhhabi) alimi Musaid ibn Süleyman ət-Təyyarın "Səqəleyn" hədisini təhrif etməsi

»»

Sələfi (vəhhabi) alimi Musaid ibn Süleyman ət-Təyyarın "Səqəleyn" hədisini təhrif etməsi

Əziz oxucular! Sələfilərin (vəhhabilərin) İslam irsinə vurduqları zərbələr barədə faktları işıqlandırmaqda davam edirik.

"Səqəleyn" hədisi İslam dünyasında ən məşhur hədislərdən biridir.

Hədisə əsasən Allahın Rəsulu (s.ə.a) belə buyurub: "Həqiqətən mən sizin aranızda iki ağır əmanət qoyuram ki, onlara sarıldığınız müddətdə məndən sonra heç vaxt yolunuzu azmayacaqsınız. Onların biri digərindən daha böyükdür: Asımandan yerə doğru uzanmış bir ip olan Allahın kitabı və Əhli-beytim olan İtrətim. Agah olun, bu ikisi “Kövsər” hovuzunda mənimlə qovuşana qədər bir-birindən ayırmazlar."

Sələfilərin müasir təfsir alimlərindən olan Dr. Müsaid ibn Süleyman ibn Nasir ət-Təyyar özünün "Şərhu müqəddimətu fi üsulit-təfsir li-İbnu Teymiyyə" kitabında "Səqəleyn" hədisini qeyd edir, lakin mətnini "Kitabullahi və itrəti, Əhli-beytihi", yəni "Allahın kitabı və itrətim, Əhli-beytim" deyil, "Kitabullahi və sünnəti", yəni "Allahın kitabı və sünnəm" şəklində yazır. Haşiyədə isə ünvan olaraq "Müsnədu-Əhməd" kitabının 1-ci cild 216-cı səhifəsini göstərmişdir.

 

Fotoşəkil: Dr. Müsaid ibn Süleyman ibn Nasir ət-Təyyar, "Şərhu müqəddimətu fi üsulit-təfsir li-İbnu Teymiyyə", səh.49 (Daru İbn Cəuzi, Ciddə, Səudiyyə Ərəbistanı, 1426/2005)

Biz bu alimin istinad etdiyi nüsxəni tapmadığımız üçün səhifə nömrəsində fərq olacaq. Ancaq biz buradan bütün sələfi alimlərinə, elm tələbələrinə səslənirik. "Müsnədu-Əhməd" kitabının istənilən bir orijinal nüsxəsində "Allahın kitabı və sünnəm" hədisini tapsanız, biz 313news.net saytını internet aləmindən silməyə hazırıq.

Gəlin görək, sələfi aliminin qeyd etdiyi "Müsnədi-Əhməd" kitabında "Səqəleyn" hədisi necə yazılıb.

 

Yuxarıda gördüyünüz rəsmlərə əsasən "Səqəleyn" hədisi "Müsnədu-Əhməd" kitabında 6 müxtəlif yerdə gəlib və hamısında mətn "Allahın kitabı və itrətim, Əhli-beytim" şəklindədir. Nədir bu düşmənçilik? Nə üçün Əhli-beyt adından qorxursunuz, ey sələfilər? Əgər iddia edirsinizsə ki, "Səqəleyn" hədisində Əhli-beyt deyəndə buraya Peyğəmbərin xanımları da daxildir, bəs nə üçün bu rəvayəti təhrif edirsiniz?

"Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Məhz onlardır yalançılar." (Nəhl, 105). "Məhv olsun yalançılar!" (Zəriyət, 10).

313news.net

Рейтинг

В этом разделе