Əziz oxucular! Sələfilərin (vəhhabilərin) İslam irsinə vurduqları zərbələr barədə faktları işıqlandırmaqda davam edirik.
Sələfi (vəhhabi) alimi Doktor Saleh ibn Ğanim əs-Sədlan özünün “Buhusu-nədvəti-əsəril-Quran” kitabında "Səqəleyn" hədisini belə nəql etmişdir:
وفي الحديث بإسناد حسن: "‘إني تارك فيكم الثقلين: كتاب الله وسنتي". أخرجه أحمد في مسنده ج3/17.
“Həsən sənədlə nəql olunan bir hədisdə deyilir: “Mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm: Allahın kitabı və sünnəm”. Bu hədisi Əhməd “əl-Müsnəd” kitabında nəql etmişdir: 3/17”.
Fotoşəkil: Saleh ibn Ğanim əs-Sədlan, “Buhusu-nədvəti-əsəril-Quran”, səh. 146
Biz də burada deyildiyi kimi, "əl-Müsnəd" əsərinin 3-cü cild 17-ci səhifəsinə müraciət edirik ki, görək həqiqətən də "Səqəleyn" hədisi bu cür nəql edilib?
Fotoşəkil: Əhməd ibn Hənbəl, "əl-Müsnəd", c.3, səh.17 ("Dar Sadir", Beyrut)
Yuxarıda gördüyünüz rəsmə əsasən "Səqəleyn" hədisi "əl-Müsnəd" kitabında "Allahın kitabı və itrətim, Əhli-beytim" şəklindədir. Bununla belə, "əl-Müsnəd" kitabında "Allahın kitabı və sünnəm" rəvayəti ümumiyyətlə mövcud deyil!
"Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Məhz onlardır yalançılar." (Nəhl, 105). "Məhv olsun yalançılar!" (Zəriyət, 10).
313news.net