Əhli-sünnənin və sələfilərin əqidə dayaqlarından biri «səhabənin ədaləti» ideyasıdır. Biz bu əqidənin batil olması barədə başqa məqalələrdə geniş söhbət edəcəyik. Lakin burada hətta təəssübkeş sələfi alimlərinin də bu əqidənin bəzi detallarından ehtiyat etmələrini və öz kitablarını təhrif etmələrini göstərmək istəyirik.
Əhli-sünnənin məşhur alimlərindən hesab edilən İbn Əbi Hatim ər-Razi özünün «əl-Cərh və ət-tədil» kitabında səhabələrin ədaləti barədə yazır:
فشرفهم الله عز وجل ، بما من عليهم وأكرمهم به من وضعه إياهم موضع القدوة ، فنفى عنهم الشك والكذب ، والغلط والريبة والغمز ، وسماهم عدول الأمة ، فقال عز ذكره في محكم كتابه : وَكَذَلِكَ جَعَلْنَاكُمْ أُمَّةً وَسَطًا لِتَكُونُوا شُهَدَاءَ عَلَى النَّاسِ سورة البقرة آية 143 ، ففسر النبي صلى الله عليه وسلم ، عن الله عز ذكره ، قوله : وَسَطًا سورة البقرة آية 143 قال : عدلا. فكانوا عدول الأمة ، وأئمة الهدى وحجج الدين ونقلة الكتاب والسنة...
Allah-Təala da onları bu vasitə ilə şərəfləndirdi, ümmətə nümunə seçməklə (göstərməklə) qiymətləndirdi. Onlardan şəkk, yalan, səhv, tərəddüd və başqalarının eyiblərini araşdırmaq kimi xüsusiyyətləri təmamilə aradan apardı, onları «ümmətin ədalətliləri» adlandıraraq Özünün möhkəm kitabında buyurdu: «Və beləliklə, sizi orta ümmət qərar verdik ki, insanlara şahid olasınız.» (Bəqərə, 143) Peyğəmbər (s) də «vəsətən» kəlməsini «udulən», yəni «ədalətlilər» kimi təfsir etmişdir. Deməli, səhabələr ümmətin ədalətliləri, hidayət rəhbərləri, din höccətləri, Quran və sünnənin rəvayətçiləridirlər...
İbn Əbi Hatim ər-Razi, əl-Cərh və ət-tədil, c.1, s.7; Dar İhya ət-Turas əl-Ərəbi, Beyrut, 1372/1952
Onlayn mənbə 1: islamport, 1/7
Onlayn mənbə 2: shamela, 1/7
Onlayn mənbə 3: islamwen.net
Fotoşəkil: İbn Əbi Hatim ər-Razi, əl-Cərh və ət-tədil, c.1, s.7; Dar İhya ət-Turas əl-Ərəbi, Beyrut, 1372/1952
Kitabı yükləmək üçün: ÜNVAN
Sələfi alimi Hay bin Salim əl-Hay isə İbn Əbi Hatimin bəzi sözlərindən narahat olmuş və bu sözlərin insanları şəkkə sala biləcəyini anlayaraq o hissəni öz kitabından silmişdir:
فشرفهم الله عز وجل ، بما من عليهم وأكرمهم به من وضعه إياهم موضع القدوة ، فنفى عنهم الشك والكذب ، والغلط والريبة والغمز ، وسماهم عدول الأمة ، فقال عز ذكره في محكم كتابه : وَكَذَلِكَ جَعَلْنَاكُمْ أُمَّةً وَسَطًا لِتَكُونُوا شُهَدَاءَ عَلَى النَّاسِ سورة البقرة آية 143 ، ففسر النبي صلى الله عليه وسلم ، عن الله عز ذكره ، قوله : وَسَطًا سورة البقرة آية 143 قال : عدلا. فكانوا عدول الأمة ، وأئمة الهدى وحجج الدين ونقلة الكتاب والسنة...
Allah-Təala da onları bu vasitə ilə şərəfləndirdi, ümmətə nümunə seçməklə (göstərməklə) qiymətləndirdi. Onlardan şəkk, yalan, səhv, tərəddüd və başqalarının eyiblərini araşdırmaq kimi xüsusiyyətləri təmamilə aradan apardı, onları «ümmətin ədalətliləri» adlandıraraq Özünün möhkəm kitabında buyurdu: «Və beləliklə, sizi orta ümmət qərar verdik ki, insanlara şahid olasınız.» (Bəqərə, 143) Peyğəmbər (s) də «vəsətən» kəlməsini «udulən», yəni «ədalətlilər» kimi təfsir etmişdir. Deməli, səhabələr ümmətin ədalətliləri, hidayət rəhbərləri, din höccətləri, Quran və sünnənin rəvayətçiləridirlər...
Hay bin Salim əl-Hay, əl-İsabə fi əl-ihticac bi-fəhm əs-səhabə, s.44
Fotoşəkil: Hay bin Salim əl-Hay, əl-İsabə fi əl-ihticac bi-fəhm əs-səhabə, s.44
Gördüyünüz kimi, üzərindən xətt çəkilmiş hissə sələfi alimin kitabından çıxarılmışdır.
Bu, hər şeydən əvvəl alimə, əqidəyə, dini irsə xəyanətdir.