Rəhmətullah əl-Hindinin «İzhar əl-haqq» kitabında təhrif barədə təhrif

»»

Rəhmətullah əl-Hindinin «İzhar əl-haqq» kitabında təhrif barədə təhrif

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Əziz oxucular, biz dəfələrlə sələfi/vəhabi alim və nəşriyyatlarının İslam irsinə vurduğu zərbələri, əhli-sünnə kitablarını təhrif etmələrini diqqətinizə çatdırmışıq. Bu kimi hallar sadalamaqla bitməz.

Növbəti təhrif olunan kitab əhli-sünnə alimi Şeyx Rəhmətullah əl-Hindinin xristian missionerinə rədd olaraq yazdığı «İzhar əl-həqq» kitabıdır. Təhrif olunma səbəbi xristianların «Şiələrə görə Quran təhrif edilmişdir» iddiasına şiə alimlərinin Quranın təhrif olumaması barədə fətvaları ilə cavab verməsi olmuşdur. Buna görə də məqalə başlığını «təhrif barədə təhrif» olaraq seçdik. Bu isə bəzilərini narahat etdiyi üçün şiə alimlərinin bütün rəylərini kitabdan çıxarmışlar. Çünki bu şəxslər özləri də şiəyə qarşı Quran təhrifi iddiası irəli sürürlər. Öz əhli-sünnə alimləri tərəfindən belə bir etirafın edilməsi bütün anti-şiə siyasətinə böyük zərbədir. Əhli-sünnənin xristianlara qarşı müdafiə etdiyi Quranın təhrif olunmaması fikrini kitabdan çıxarmaqla kimə xidmət etmiş olurlar? Aşağıda oxuyacağınız mətn Səudiyyə Ərəbistanının ən mötəbər idarəsi tərəfindən nəşr edilmiş kitab nüsxəsində təmamilə çıxarılmışdır.

وأما الجواب عنه تحقيقاً فلأن القرآن المجيد عند جمهور علماء الشيعة الإمامية الاثني عشرية محفوظ عن التغير والتبديل، ومن قال منهم بوقوع النقصان فيه فقوله مردود غير مقبول عندهم.
[1] قال الشيخ الصدوق أبو جعفر محمد بن علي بن بابويه الذي هو من أعظم علماء الإمامية الاثني عشرية في رسالته الاعتقادية: (اعتقادنا في القرآن أن القرآن الذي أنزل الله تعالى على نبيه هو ما بين الدفتين وهو ما في أيدي الناس ليس بأكثر من ذلك ومبلغ سوره عند الناس مائة وأربع عشرة سورة وعندنا الضحى وألم نشرح سورة واحدة ولإيلاف وألم تر كيف سورة واحدة ومن نسب إلينا أنا نقول أنه أكثر من ذلك فهو كاذب) انتهى.
[2] وفي تفسير مجمع البيان الذي هو تفسير معتبر عند الشيعة: (ذكر السيد الأجل المرتضى علم الهدى ذو المجد أبو القاسم علي بن الحسين الموسوي أن القرآن كان على عهد رسول الله صلى الله عليه وسلم مجموعاً مؤلفاً على ما هو الآن واستدل على ذلك بأن القرآن كان يدرس ويحفظ جميعه في ذلك الزمان حتى عين على جماعة من الصحابة في حفظهم وأنه كان يعرض على النبي صلى الله عليه وسلم ويتلى عليه وأن جماعة من الصحابة كعبد الله بن مسعود وأبي بن كعب وغيرهما ختموا القرآن على النبي صلى الله عليه وسلم عدة ختمات، وكل ذلك بأدنى تأمل يدل على أنه كان مجموعاً مرتباً غير منشور ولا مبثوث، وذكر أن من خالف من الإمامية والحشوية لا يعتد بخلافهم فإن الخلاف مضاف إلى قوم من أصحاب الحديث نقلوا أخباراً ضعيفة ظنوا صحتها لا يرجع بمثلها عن المعلوم المقطوع على صحته) انتهى.
[3] وقال السيد المرتضى أيضاً: (إن العلم بصحة القرآن كالعلم بالبلدان والحوادث الكبار والوقائع العظام المشهورة وأشعار العرب المسطورة، فإن العناية اشتدت والدواعي توفرت على نقله وبلغت حداً لم تبلغ إليه فيما ذكرناه لأن القرآن معجزة النبوة ومأخذ العلوم الشرعية والأحكام الدينية، وعلماء المسلمين قد بلغوا في حفظه وعنايته الغاية حتى عرفوا كل شيء فيه من إعرابه وقراءته وحروفه وآياته فكيف يجوز أن يكون مغيراً أو منقوصاً مع العناية الصادقة والضبط الشديد) انتهى.
[4] وقال القاضي نور الله الشوستري الذي هو من علمائهم المشهورين في كتابه المسمى بمصائب النواصب: "ما نسب إليه الشيعة الإمامية بوقوع التغير في القرآن ليس مما قال به جمهور الإمامية إنما قال به شرذمة قليلة منهم لا اعتداد بهم فيما بينهم" انتهى.
[5] وقال الملا صادق في شرح الكليني: (يظهر القرآن بهذا الترتيب عند ظهور الإمام الثاني عشر ويشهر به) انتهى.
[6] وقال محمد بن الحسن الحر العاملي الذي هو من كبار المحدثين في الفرقة الإمامية في رسالة كتبها في رد بعض معاصريه: "هركسيكه تتبع أخبار وتفحص تواريخ وآثار نموده بعلم يقيني ميداندكه قرآن درغايه وأعلى درجة تواتر بوده وآلاف صحابة حفظ ونقل ميكردندآن راودر عهد رسول خدا صلى الله عليه وسلم مجموع ومؤلف بود) انتهى.
فظهر أن المذهب المحقق عند علماء الفرقة الإمامية الاثني عشرية أن القرآن الذي أنزله الله على نبيه هو ما بين الدفتين وهو ما في أيدي الناس ليس بأكثر من ذلك، وأنه كان مجموعاً مؤلفاً في عهد رسول الله صلى الله عليه وسلم، وحفظه ونقله ألوف من الصحابة وجماعة من الصحابة كعبد الله بن مسعود وأبي بن كعب وغيرهما ختموا القرآن على النبي عدة ختمات ويظهر القرآن ويشهر بهذا الترتيب عند ظهور الإمام الثاني عشر رضي الله عنه والشرذمة القليلة التي قالت بوقوع التغير. فقولهم مردود ولا اعتداد بهم فيما بينهم، وبعض الأخبار الضعيفة التي رويت في مذهبهم لا يرجع بمثلها عن المعلوم المقطوع على صحته وهو حق لأن خبر الواحد إذا اقتضى علماً ولم يوجد في الأدلة القاطعة ما يدل عليه وجب رده، على ما صرح ابن المطهر الحلي في كتابه المسمى (بمبادئ الوصول إلى علم الأصول) ، وقد قال الله تعالى: {إنا نحن نزلنا الذكر وإنا له لحافظون} . في تفسير الصراط المستقيم الذي هو تفسير معتبر عند علماء الشيعة (أي إنا لحافظون له من التحريف والتبديل والزيادة والنقصان) . انتهى
.

On iki imamçı şiə alimlərinin cumhuruna görə, Qurani-Kərim təhrif və dəyişdirilmədən qorunmuşdur. Onlardan Quranda əskiklik olduğunu deyənin fikri cumhur nəzdində qəbul edilməyən batil bir fikirdir.

1. On iki imamçı şiələrin ən böyük alimlərindən biri olan Şeyx əs-Səduq Əbu Cəfər Muhəmməd bin Əli bin Babəveyh «əl-Etiqadat» adlı risaləsində deyir: «Bizim Quran haqqında inancımız budur ki, Allahın Peyğəmbərə (s.ə.a) göndərdiyi Quran eynilə bu gün insanların əlində, iki cildin (diffəteynin) arasında olan Qurandır, ondan çox deyildir. Allah qatında onun surələrinin sayı yüz on dörddür. Bizim inancımıza görə, «əz-Zuha» və «İnşirah» surələri, həmçinin «Qurəyş» və «Fil» surələri birdir. Bizim Quranın bundan çox olduğunu söylədiyimizi iddia edən yalançıdır.»

2. Şiə nəzdində mötəbər təfsir sayılan «Məcmə əl-bəyan»da deyilir: «Dinin sancağı, şərəf və əzəmət sahibi böyük alim Seyid Murtəza Əbu əl-Qasim Əli bin Hüseyn əl-Musəvi belə deyir: «Quran Allah Rəsulunun dövründə bu gün olduğu şəkildə cəm edilmiş, bir yerə toplanmışdır.» Bunun sübutu olaraq da, növbəti məqamlara diqqət çəkmişdir: «Allah Rəsulunun dövründə Quran tədris edilir və əzbərlətdirilirdi. Hətta səhabədən bir qrupuna Quranı əzbərləməyi tapşırmışdı. Quranın hamısını öyrənənlər onu Allah Rəsuluna (s) ərz edir, hüzurunda oxuyurdular. Abdullah bin Məsud, Ubey bin Kab və digərləri kimi səhabələr Peyğəmbərin (s) hüzurunda bir neçə dəfə Quranı başdan sona qədər oxuyub xətm etmişdilər.» Azacıq diqqət yetirdikdə görərik ki, bütün bu məqamlar Quranın bir daha pərakəndə halda deyil, tərtib edilmiş şəkildə cəm olunduğuna dəlildir.» Seyid Murtəza bu mövzuda İmamiyyə və Həşəviyyədən bəzilərinin müxalifətinə (bununla razılaşmayıb ona qarşı çıxanların fikirlərinə) etibar edilməyəcəyini demişdir. Çünki bu müxalifətin təməlində bəzi hədisşünasların səhih olduğunu zənn edərək nəql etdikləri bəzi zəif rəvayətlər dayanır. Halbuki, bu cür zəif rəvayətlərə söykənərək, doğruluğundan şübhə edilməyən qəti bir fikirdən əl çəkilməz.

3. Seyid Murtəza həmçinin deyir: «Quranın düzgün şəkildə nəql edildiyinə olan elmimiz eynilə şəhərlər, böyük hadisələr, önəmli və məşhur olaylar, ərəblərin yazılı şerləri haqqında olan elmimiz kimidir. Hətta Quranın nəqlinə və qorunmasına hədsiz diqqət ayrılırdı və bunun üçün o qədər səbəblər yaranmışdı ki, daha əvvəl qeyd etdiklərimiz üçün eynisini demək olmaz. Çünki Quran nübuvvətin möcüzəsi, şəriət elmlərinin və dini hökmlərin mənbəyidir. İslam alimləri onu qorumaq və mühafizə etmək üçün lazım olan hər şeyi etmişlər. Belə ki, Quranın kəlimələrinin təhlili, qiraəti, hərfləri və ayələri də daxil olmaqla ixtilaflı bütün məsələləri bilirdilər. Belə olduğu təqdirdə, Quranın dəyişdirilməsi, və ya onda nöqsan olması necə mümkün ola bilər?»

4. İmamiyyənin məşhur alimlərindən olan Qazi Nurullah əş-Şüstəri «Məsaib ən-nəvasib» adlı kitabında yazır: «Quranda bəzi dəyişikliklərin edilməsi barədə İmamiyyə şiəsinə nisbət edilən fikir İmamiyyənin cumhurunun fikrini əks etdirmir. Bu, onlardan (bu mövzuda) etibar edilməyən çox az bir qrupun fikridir.»

5. Molla Sadiq «Şərh əl-Kuleyni»də deyir: «On ikinci imam zühur etdikdə də Quran bu tərtibdə ortaya çıxacaq və bu tərtiblə tanınacaq.»

6. İmamiyyə firqəsinin böyük hədisşünaslarından olan Muhəmməd bin Həsən əl-Hürr əl-Amili müasirlərindən birinə rəddiyə olaraq yazdığı risaləsində deyir: «Rəvayətləri araşdıran, tarix və əsərləri incələyən hər bir şəxs Quranın təvatürün ən son və ən yüksək dərəcəsində olduğuna, onun minlərlə səhabə tərəfindən hifz və nəql edildiyinə və Peyğəmbər (s) dövründə tam şəkildə toplanaraq tərtib edildiyinə qəti şəkildə əmin olar.»

Bütün bu qeyd edilənlərdən aydın olur ki, On iki imamçı şiə firqəsinin alimləri tərəfindən qəti olaraq qəbul edilən görüş budur: «Bu gün iki qapaq arasında insanların əllərində olan Quran Uca Allahın öz Peyğəmbərinə (s.ə.s) nazil etdiyi həmin Qurandır və ondan bir kəlmə də az, və ya çox deyil. Quran bu formada Rəsulullah (s.ə.s) zamanında cəm edilmişdir və minlərlə səhabə onu hifz və nəql etmişdir. Səhabələrdən Abdullah bin Məsud, Ubey bin Kab və digərləri kimi bir qrup onu dəfələrlə Peyğəmbərin (s.ə.s) hüzrunda xətm etmişdilər. On iki imamçıların on ikinci imamının (r.a) zühuru zamanı da Quran bu tərtibdə ortaya çıxacaqdır.»

Quranda bəzi dəyişikliklərin olduğunu deyən az bir qrupun fikri isə onların (şiə alimlərinin) yanında rədd edilən və əsal etibar edilməyən bir nəzərdir. İmamiyyə kitablarından bu barədə rəvayət edilən bəzi zəif xəbərlərə gəldikdə isə bildiririk ki, bu cür rəvayətlərə görə doğruluğu qəti olan bir məlumatdan imtina edilməz. Düzgün olan da budur. Çünki əgər xəbəri-vahid bir məlumat verərsə, lakin qəti olan dəlillər arasında o məlumatı təsdiqləyən bir şey olmazsa, o xəbəri-vahidin rədd edilməsi lazımdır. İbn əl-Mutəhhər əl-Hilli «Məbadi əl-vusul ila ilm əl-üsul» adlı əsərində bunu açıq şəkildə bildirmişdir. Uca Allah da «Quranı biz nazil etdik və biz də onu qoruyacağıq» (Hicr, 9) buyurmuşdur. Şiə alimləri nəzdində mötəbər təfsir hesab edilən «əs-Sirat əl-müstəqim» adlı təfsirdə bu ayə ilə əlaqədar belə deyilib: «Yəni, biz onu təhrif və dəyişdirilmədən, azalma və çoxalmadan qoruyacağıq.»

Təhrif edilməmiş nüsxə

 

Fotoşəkil: Rəhmətullah əl-Hindi, İzhar əl-həqq, s.438-440; İdarə İhya ət-Turas əl-İslamiyyə, Doha, Qatar, 1410/1989; təhqiq: Abdullah bin İbrahim əl-Ənsari

Kitabı yükləmək üçün: ÜNVAN

Təhrif edilmiş nüsxə

 

Fotoşəkil: Rəhmətullah əl-Hindi, İzhar əl-həqq, s.928, Elmi Araşdırmalar və Fətva üzrə Baş İdarə, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1410/1989; təhqiq: Muhəməd Əhməd əl-Məlkavi

Kitabı yükləmək üçün: ÜNVAN

Рейтинг

В этом разделе