Nuri ət-Təbərsini Qədir-Xum barədə sözlərinin təhrif edilməsi

»»

Nuri ət-Təbərsini Qədir-Xum barədə sözlərinin təhrif edilməsi

Rəhman və Rəhim olan Allahın adı ilə.

Bu qısa məqalədə dəfələrlə televiziya və internetdə şiəyə qarşı atdığı böhtan və yalanları ifşa edilmiş Osman əl-Xəmisin növbəti iftirasına toxunacağıq. Təəssüf edirik ki, bu iftiranın və bundan daha çox böhtanların yer aldığı bu kitab Azərbaycanda «Tarixi hadisələrin təhlili» adı altında nəşr edilmişdir.

Osman əl-Xəmis kitabın 347-ci səhifəsində, 2 nömrəli haşiyədə (2006-cı ilin nəşri) yazır:

قال النوري الطبرسي أحد أكبر علماء الشيعة: "لم يصرح النبي صلى الله عليه وآله وسلم لعلي بالخلافة بعده بلا فصل في يوم الغدير، وأشار إليها في كلام مجمل مشترك بين معان يحتاج إلى تعيين ما هو المقصود منها إلى قرائن" اهـ فصل الخطاب ص205،206

Şiənin böyük alimlərindən biri olan ən-Nuri ət-Təbərsi deyir:

Müxaliflərin böyük alimlərindən sayılan ən-Nuri ət-Təbərisi deyir: «Qədr Xum günü, Peyğəmbər özündən sonra Əlinin xəlifə olması haqqında açıq-aşkar bir söz qeyd etməmişdir. O, bunu ümumi məna daşıyan və bir neçə mənalarda müştərək olan bir ifadə ilə vurğulamışdır. Bu ifadənin hansı mənaya dəlalət etməsini araşdırıb təyin etmək lazımdır.» Faslul Xitab, 205-206.

 

Fotoşəkil: Osman bin Muhəmməd əl-Xəmis, Hiqbə min ət-tarix, s.196; 1420/1999, Dar əl-Əyman, Misir

Kitabı yükləmək üçün: ÜNVAN

 

Fotoşəkil:Osman əl-Xəmis, Hiqbə min ət-tarix, s.347; 1427/2006, Məktəbə əl-İmam əl-Buxari, Misir

Kitabı yükləmək üçün: ÜNVAN

Azərbaycan dilində olan tərcüməni elə öz saytlarından götürdük ki, sonra bəhanə axtarmasınlar. Halbuki, onların tərcümələri o qədər də dəqiq deyil.

Bu məsələyə aydınlıq gətirən dəyərli tədqiqatçı Şeyx Zəkəriyyənin həmin videosunu azərbaycan dilinə çevirib youtube kanalımızda paylaşmışıq. Ancaq bəzi qardaş-bacılarımızın internetə telefondan daxil olmalarını nəzərə alaraq, bu geniş yayılmış şübhənin cavabının yazılı versiyasını da hazırlamaq qərarına gəldik.

Gəlin görək məsələnin əsli necədir.

Əslində Nuri ət-Təbərsi bu məsələni şübhə olaraq qeyd edir, sonra isə cavabını verir.

Nuri ət-Təbərsi deyir:

و اشار اليها بكلام مجمل مشترك بين معان يحتاج في تعيين ما هو المقصود منها الي قرائن

O, bunu qısa (ümumi məna daşıyan) və bir neçə mənalarda müştərək olan bir ifadə ilə vurğulamışdır ki, onların hansı mənada işlənildiyini təyin etmək üçün dəlillərə ehtiyac duyulur.

Bundan sonra şübhənin ardını da qeyd edir və deyir:

قلتُ: هذه شبهة أوهى من بيت العنكبوت التي هي أوهن البيوت فإنه منقوض

Deyirəm: Bu şübhə hörümçək evindən daha zəifdir. Hansı ki, hörümçəyin evi evlərin ən zəifidir və dağılıb (aradan gedəndir).

Daha sonra səbəbləri sayır; 1-ci, 2-ci və nəhayət 3-cüyə çatır:

و ثالثا بتصريح النبي صلي الله عليه و اله بخلافتهم علي ما نراه معاشر الامامية من ثبوت النص الجلي في الاخبار المتواترة في مراة عديدة

Üçüncüsü, Peyğəmbərin (s.ə.a) onların xilafətini açıqca elan etməsi. Necə ki, İmamiyyə camaatının mütəvatir hədislərdə açıq-aşkar şəkildə dəfələrlə (bunu elan etməsini) sübut etdiyini görürük.

 

Fotoşəkil: Nuri ət-Təbərsi, Fəsl əl-Xitab, s.96

Kitabı yükləmək üçün: ÜNVAN

Bu kitabı biz elə sələfilərin öz saytlarından yüklədik və burada həmin məsələ 205 və 206-cı səhifələrdə yox, səhifə 96-da qeyd edilmişdir.

Bu şəxsin yalanlarını dəfələrlə göstərməyimizə baxmayaraq, hələ də ona inanan, kitabını oxuyan soydaşlarımız var. Hələ də oyanmaq vaxtı gəlib çatmadımı?

Рейтинг

В этом разделе