Misirli sələfi (vəhhabi) alimi Əbul-Əla əs-Sələfinin "Səqəleyn" hədisini təhrif etməsi

»»

Misirli sələfi (vəhhabi) alimi Əbul-Əla əs-Sələfinin "Səqəleyn" hədisini təhrif etməsi

Əziz oxucular! Sələfilərin (vəhhabilərin) İslam irsinə vurduqları zərbələr barədə faktları işıqlandırmaqda davam edirik.

Misirli sələfi (vəhhabi) alimi Əbul-Əla Muhəmməd Hüseyn Yəqub əs-Sələfi özünün "Üsulul-vüsul əla Allahu-Təala" kitabında "Səqəleyn" hədisini qeyd edir, lakin mətnini "Kitabullahi və itrəti, Əhli-beytihi", yəni "Allahın kitabı və itrətim, Əhli-beytim" deyil, "Kitabullahi və sünnəti", yəni "Allahın kitabı və sünnəm" şəklində yazır. Haşiyədə isə ünvan olaraq "Müsnədu-Əhməd" kitabının 1-ci cild 59-cu səhifəsini, "Sünənut-Tirmizi" kitabından 3786-cı hədisi və sələfi hədis alimi Şeyx Əlbaninin "Silsilətu əhadisis-səhihə" kitabından 1761-ci hədisi göstərmişdir.

 

Fotoşəkil: Əbul-Əla Muhəmməd Hüseyn Yəqub əs-Sələfi, "Üsulul-vüsul əla Allahu-Təala", səh. 30 və 84 (Məktəbətut-təvfiqiyyə, Qahirə)

Gəlin baxaq görək "Müsnədu-Əhməd" kitabında sələfi aliminin qeyd etdiyi ünvanda rəvayət hansı formada gəlib.

عَنْ أَبِي سَعِيدٍ، قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: " إِنِّي تَارِكٌ فِيكُمُ الثَّقَلَيْنِ، أَحَدُهُمَا أَكْبَرُ مِنَ الْآخَرِ: كِتَابُ اللهِ حَبْلٌ مَمْدُودٌ مِنَ السَّمَاءِ إِلَى الْأَرْضِ، وَعِتْرَتِي أَهْلُ بَيْتِي، وَإِنَّهُمَا لَنْ يَفْتَرِقَا حَتَّى يَرِدَا عَلَيَّ الْحَوْضَ.

Əbu Səiddən onun belə dediyi rəvayət edilir: Allah Rəsulu (s.ə.a) buyurdu: "Həqiqətən mən sizin aranızda iki ağır əmanət qoyuram ki, onlara sarıldığınız müddətdə məndən sonra heç vaxt yolunuzu azmayacaqsınız. Onların biri digərindən daha böyükdür: Asımandan yerə doğru uzanmış bir ip olan Allahın kitabı və Əhli-beytim olan İtrətim. Agah olun, bu ikisi “Kövsər” hovuzunda mənimlə qovuşana qədər bir-birindən ayrılmazlar."

 

Fotoşəkil: Əhməd ibn Hənbəl, "əl-Müsnəd", c.3, s.59 (Məktəbətul-Məymuniyyə, Misir, 1313/1895)

Bəs görəsən "Sünənut-Tirmizi" kitabında Əbul-Əla əs-Sələfinin qeyd etdiyi ünvanda rəvayət hansı formada gəlib?

عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ، قَالَ: رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِي حَجَّتِهِ يَوْمَ عَرَفَةَ وَهُوَ عَلَى نَاقَتِهِ القَصْوَاءِ يَخْطُبُ، فَسَمِعْتُهُ يَقُولُ: " يَا أَيُّهَا النَّاسُ إِنِّي تَرَكْتُ فِيكُمْ مَا إِنْ أَخَذْتُمْ بِهِ لَنْ تَضِلُّوا: كِتَابَ اللَّهِ، وَعِتْرَتِي أَهْلَ بَيْتِي "

...Cabir b. Abdullah dedi: Allahın Rəsulunu (s.ə.a) Həcdə Ərəfə günü Qəsvə adlı dəvəsinin üzərində xütbə oxuyrakən gördüm. Belə deyirdi: "Ey insanlar! Sizə iki əmanət qoyuram ki, onlara sarıldığınız müddətdə əsla azmayacaqsınız: Allahın kitabı və İtrətim olan Əhli-beytim."

 

Fotoşəkil: Əbu İsa ət-Tirmizi, "əs-Sünən" ("əl-Camiul-kəbir"), c.6, s.124, h.3786 (Darul-Ğərbul-İslami, Beyrut, 1996)

İndi isə görək sələfi (vəhhabi) hədis alimi Əlbaninin kitabında Əbul-Əla əs-Sələfinin qeyd etdiyi ünvanda rəvayət hansı formada gəlib.

يَا أَيُّهَا النَّاسُ إِنِّي قَدْ تَرَكْتُ فِيكُمْ مَا إِنْ أَخَذْتُمْ بِهِ لَنْ تَضِلُّوا كِتَابَ اللَّهِ وَعِتْرَتِي أَهْلَ بَيْتِي.

"Ey insanlar! Sizə iki əmanət qoyuram ki, onlara sarıldığınız müddətdə əsla azmayacaqsınız: Allahın kitabı və İtrətim olan Əhli-beytim."

 

Fotoşəkil: Şeyx Əlbani, "Silsilətu əhadisis-səhihə", c.4, s.355, h.1761 (Məktəbətu-Məarif, ər-Riyad, 1415/1995)

Gördüyünüz kimi, Əbul-Əla əs-Sələfinin qeyd etdiyi bütün mənbələrdə hədis "Allahın kitabı və İtrətim olan Əhli-beytim" şəklində gəlmişdir. Bəs nəyə görə "hörmətli alim" öz kitabında "Allahın kitabı və sünnəm" yazıb? Nədir bu xəyanətin səbəbi?

"Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Məhz onlardır yalançılar." (Nəhl, 105). "Məhv olsun yalançılar!" (Zəriyət, 10).

 

313news.net

Рейтинг

В этом разделе