Aşağıda oxuyacağınız məqalə vəhhabilərin şiələrə atdığı böhtanlardan birinə olan cavabdır. Bu saxtakarlar artıq neçənci dəfədir ki, imam Xomeyninin (ra) kitabına dil uzadmağa çalışıblar, amma onlarda yenə də heç nə alınmadı və inşəallah heç vaxt da alınmayacaq. Bu dəfə yalançılar internetdə imam Xomeynin (ra) "Kəşful-əsrar" kitabının skanını təqdim edərək yazırlar:
Sizin Xomeyni deyir ki, Peyğəmbər (səlləllahu əleyhi və səlləm) Allahın dinini layiqincə təbliğ etməyib.
Dəhşətdir. Bizi hələ nələr gözləyir? Hər dəfə ağ yalanları, iftira və böhtanları ifşa etdikcə gözümün önündə vəhhabiləşmiş həmvətənlilərimin nursuz sifətləri gəlir. Bilmirəm onların halına yanım yoxsa ............ Allah yalançılara lənət eləsin!
Yuxarıda gördüyümüz şəkil "Kəşful-əsrar" kitabının ərəb dilinə tərcüməsidir. Müəllifi İmam Xomeyni r.a.-dir.
Bu kitab İmam Xomeyni tərəfindən 1942-ci ildə "Əsrar Hezar sal" (müəllif Əli Əkbər Hokmizadə) kitabına rədd olaraq fars dilində yazılıb. 1987-ci ildə guya doktor Muhəmməd Əl-Bəndəri adlı bir şəxs (kimliyi məlum deyil) bu kitabı ərəb dilinə tərcümə edib. Kitab İordaniyada nəşr olunub. Səlim əl-Həlali isə bu kitaba təliq yazıb. Tərcümə nə tərcümə, təliq nə təliq. Təhrif, yalan, təhqir və sairlə dolu.
Kitabın müəllifi imam Xomeyni şiyə məzhəbindən ola-ola hansısa məlum olmayan bir sünni bu kitabı dırnaqarası tərcümə edir. Bütün dəhşətlər də elə buradan başlayır.
Mütərcim kitabı savadsızcasına tərcümə edib. Ondan da vicdansız təliq yazan isə söyüşün birini bir qəpikdən satıb. Allahın lənəti onların üzərinə olsun. Hərçənd ki, tərcüməçinin mövcud olub olmaması bəlli deyil. Şükürlər olsun ki, 2000-ci ildə yeni tərcümə işıq üzü görmüşdür.
Yuxarıdakı skanda təhrif olunmuş tərcümənin 155-ci səhifəsidir. Orada yazılıb:
وواضح أن النبي لو كان قد بلغ بأمر الإمامة طبقاً لما أمر الله به وبذل المساعي في هذا المجال لما نشبت في البلدان الإسلامية كل هذه الاختلافات والمشاحنات والمعارك ، ولما ظهرت خلافات في أصول الدين وفروعه
.. və aydındır ki, əgər Peyğəmbər imamət məsələsini Allahın ona əmr etdiyi kimi çatdırsaydı .....
2000-ci ildə işıq üzü görmüş həqiqi tərcümədə isə yazılıb:
والواضح أن الإمامة لو تمت كما أراد الله ، وكما بلّغه النبي ، وسعى إليه لم تكن لتقع جميع هذه الاختلافات في بلاد الاسلام ، ولم تكن لتقع كل هذه الحروب وسفك الدماء ، ولم تكن لتحصل كل هذه الخلافات في أصول الدين وفروعه
... və aydındır ki, imamət məsələsi Allahın iradə etdiyi, Peyğəmbərin təbliğ etdiyi və sə`y göstərdiyi kimi olsaydı .....
Orijinal fars dilində olan mətn (135-ci səhifə):
وبر روشن وواضح است كه أكر أمر إمامت بآنطور كه خدا دستور داده بوده وبيغمبر تبليغ كرده ودو كوشش در باره آن كرده بود جريان بيدا كرده بود اينهمه اختلافات در مملكت إسلامي وجنكها وخونريزي ها اتفاق نمي افتاد وإين همه اختلافات در دين خدا أز أصول كرفته تا فروع بيدا نمي شد
.... və aydındır ki, imamət məsələsi Allahın buyurduğu, Peyğəmbərin təbliğ etdiyi və sə`y göstərdiyi kimi olsaydı, islam məmləkətlərində olan bütün bu ixtilaflar, döyüşlər, qan tökmələr baş verməzdi, dində üsuldan tutmuş füruya qədər olan bütün bu ixtilaflar olmazdı.
Həmçinin bu kitabın təhrif olunmuş və orijinal səhifəsini Sizə təqdim edirik.
Sol tərəfdəki təhrif olunmuş tərcümənin 155-ci səhifəsidir. Sağ tərəfdəki isə fars dilində orijinalın 138-ci səhifəsidir. Buyurun bu səhifələri tutuşdurun və bunların yalanına şahid olun.
Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl yalançıdırlar! (Nəhl-105)