Əziz oxucular! Bu məqaləmizdə "Səhih Müslim" kitabından sitat gətirilən hədisin necə təhrif edildiyini diqqətinizə çatdıracağıq.
Söhbət açacağımız şəxs son dövrün çox məşhur əhli-sünnə alimlərindən olan Əli Muhəmməd əs-Səllabidir. Əsasən İslam tarixi və tarixi şəxsiyyətləri barədə əsərlər yazan əs-Səllabinin əsərləri bir çox dillərə, o cümlədən türk, rus və ingilis dillərinə tərcümə edilmişdir.
Əli əs-Səllabi özünün "əl-Simarul-zəkiyyə" və "Təbsirul-muminin" əsərlərində "Səhih Müslim"dən nəqlən Peyğəmbərin (s.ə.a) Vida həcci hədisini qeyd etmişdir. Bu kitablardakı hədisə əsasən Peyğəmbər (s.ə.a) özündən sonra ümmət üçün Allahın kitabını və sünnəsini qoymuşdur. Hər iki kitabda hədisin "Səhih Müslim" kitabında 2-ci cild, səhifə 890-da 1218-ci hədis olduğu qeyd olunmuşdur.
Fotoşəkil: Əli əs-Səllabi, "əl-Simarul-zəkiyyə lil-hərəkətul-sanusiyyə fi Libya", səh. 91 ("Məktəbətus-Səhabə", Şarja, BƏƏ - "Məktəbətut-Tabiin", Qahirə, Misir)
Fotoşəkil: Əli əs-Səllabi, "Təbsirul-muminin i-fiqhul-nəsr vəl-təmkin fil-Quranil-Kərim", səh. 311-312 ("Məktəbətus-Səhabə", Şarja, BƏƏ - "Məktəbətut-Tabiin", Qahirə, Misir)
Gəlin görək "Səhih Müslim"də rəvayət edilən bu hədisin əsli necədi?
وَقَدْ تَرَكْتُ فِيكُمْ مَا لَنْ تَضِلُّوا بَعْدَهُ إِنِ اعْتَصَمْتُمْ بِهِ كِتَابَ اللَّهِ .
Sizin aranızda Allahın kitabını qoymuşam. əgər ona sarılsanız heç zaman azmayacaqsınız.
Fotoşəkil: Səhih Müslim, c.2, səh. 890, hədis 1218 ("Darul-Kutubil-İlmiyyə", Beyrut, 1412/1991)
Göründüyü kimi, hədisdə "və sünnəm" hissəsi yoxdu. Bəs görəsən bu saxtakarlıq nəyə xidmət edir? Əgər bu bir yanlışlıqdırsa, nə üçün yanlışlıqla hədisin daha məşhur olan "və Əhli-beytim" hissəsini yox, məhz "və sünnəm" versiyasını əlavə ediblər? Nə üçün bu təhriflər məhz Əhli-beytlə əlaqədar olur?
313news.net