Görün Buxari "arxa" kəlməsini necə gizlədib və onu işlətməyib!! Amma İbn Həcər Əsqəlani Buxarinin bu kələyinin üstünü açıb!!!
Səhih Buxari, Təfsir kitabı, 39-cu bab, səh. 156
"(Ey mö’minlər!) Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza gəlin! Özünüz üçün qabaqcadan (yaxşı əməllər) hazırlayın!" (2:223)
4526-cı hədis. Nafe deyir: İbn Ömər Quran oxuyarkən, onu qurtarmayınca danışmazdı. Bir gün onun yanında idim. Bəqərə surəsini oxudu. Bir yerə çatdıqda dayandı və dedi: "Bilirsənmi nə barədə nazil olub?" Dedim: "Xeyir". Dedi: "Bu və bu barədə". Sonra keçdi (davam etdi).
4527-ci hədis. Nafe İbn Ömərdən nəql edir: "İstədiyiniz vaxtda öz tarlanıza gəlin!" barədə dedi: "Kişi cinsi əlaqədə olsun onunla".
Həmin hədisin online versiyası:
باب {نِسَاؤُكُمْ حَرْثٌ لَكُمْ فَأْتُوا حَرْثَكُمْ أَنَّى شِئْتُمْ وَقَدِّمُوا لأَنْفُسِكُمْ} الآيَةَ حذف التشكيل
4568 ـ حَدَّثَنَا إِسْحَاقُ، أَخْبَرَنَا النَّضْرُ بْنُ شُمَيْلٍ، أَخْبَرَنَا ابْنُ عَوْنٍ، عَنْ نَافِعٍ، قَالَ كَانَ ابْنُ عُمَرَ ـ رضى الله عنهما ـ إِذَا قَرَأَ الْقُرْآنَ لَمْ يَتَكَلَّمْ حَتَّى يَفْرُغَ مِنْهُ، فَأَخَذْتُ عَلَيْهِ يَوْمًا، فَقَرَأَ سُورَةَ الْبَقَرَةِ حَتَّى انْتَهَى إِلَى مَكَانٍ قَالَ تَدْرِي فِيمَا أُنْزِلَتْ. قُلْتُ لاَ. قَالَ أُنْزِلَتْ فِي كَذَا وَكَذَا. ثُمَّ مَضَى.
4569 ـ وَعَنْ عَبْدِ الصَّمَدِ، حَدَّثَنِي أَبِي، حَدَّثَنِي أَيُّوبُ، عَنْ نَافِعٍ، عَنِ ابْنِ عُمَرَ، {فَأْتُوا حَرْثَكُمْ أَنَّى شِئْتُمْ} قَالَ يَأْتِيهَا فِي. رَوَاهُ مُحَمَّدُ بْنُ يَحْيَى بْنِ سَعِيدٍ عَنْ أَبِيهِ عَنْ عُبَيْدِ اللَّهِ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ.
Buxari "Səhih" Təfsir kitabı Bəqərə surəsi 39-cu fəsl
Əsqəlaninin "Fəth əl-bari" kitabında yuxarıda qeyd olunan yerin izahı:
Onun "Kişi cinsi əlaqədə olsun onunla" sözünün mənası: ... "Kişi cinsi əlaqədə olsun onunla" deyib və hədisin arxasını yazmayıb. Lakin məşhur məsələ budur ki, bu barədə Məhəmməd ibn Səhnun öz kitabında bir hissə yazıb və İbn Şəban bu barədə bir kitab (bölmə) yazıb və bəyan edib ki; Həqiqətən İbn Ömərin rəvayəti qadınlarla arxadan yaxınlıq etmək barədədir.
... Gördüyünüz kimi hədisi ixtisarla verib. Lakin ... (Burada kimlərin bu rəvayəti nəql etməsini bildirir) ilk rəvayət belədir: "Qadınlarınız sizin tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza gəlin!" yerinə çatdıqda dayandı və dedi: "Bilirsənmi bu ayə nə barədə nazil olub?" Dedim: "Xeyir". Dedi: "Qadınlarla arxadan yaxınlıq etmək barədə nazil olub".
Bunu digər ravilər də qeyd ediblər və "arxadan yaxınlıq" kəlməsini zikr etmişlər. ...
Buxarinin belə deməsinə isə, "iktifa" (kifayətlənmək) deyilir. Mütləq Buxarinin əlində bir səbəb olub ki, o bunu ixtisar edib. ...
Təbərani isə "əl-Əvsət" kitabında başqa yolla İbn Ömərdən belə nəql edib: "Qadınlarınız sizin tarlanızdır" kəlməsinin Peyğəmbərə (s) nazil olmasının səbəbi budur ki, arxadan yaxınlığa icazə verilib.
Darqutni "Ğəraib malik" əsərində üç yolla Nafedən nəql edir ki, bu ayə, ənsardan olan bir kişinin öz arvadı ilə arxadan yaxınlıq etməsi barədə nazil olub. Camaat bu məsələni şişirtdilər, sonra ayə nazil oldu.