Buxari səhabəni qorumaq məqsədilə onun adını gizlədir

»»

Buxari səhabəni qorumaq məqsədilə onun adını gizlədir

İnanılmaz bir şey!... Son dərəcə əzəmətli şəxsiyyət hesab etdikləri Şeyx Buxari "xətasız" deyə vəsf edilən "Səhih"-ində səhabələrin ədalətliyi barəsindəki batil əqidələrini ört-basdır etmək üçün elmi bir əmanət olan hədisləri necə təhrif etdiyini görəcəksiniz.

Onların bu xəyanətləri haqq axtarışında olanlara gizli qalmasın deyə biz həmin xəyanətləri Sizin hüzurunuza təqdim edirik ki, özünüz qərar verəsiniz.
Sizə iki nüsxə təqdim edirik:

Birinci: Hədisin Həmidinin "Müsnəd" əsərindəki forması

 

Mənbə: Həmidi, "Müsnəd", 1-ci hissə(cild), səhifə 9, hədis 13
"Həmidi nəql edir: Tavus xəbər verir ki, İbn Abbas dedi ki, Ömər ibn Xəttaba xəbər çatdırdılar ki, Sümərə şərab satır. Ömər dedi: "Allah Sümərəni öldürsün! Məgər o bilmirmi ki, Peyğəmbər (s) buyurdu: "Allah yəhudilərə lənət etsin! Onlara piy haram edilmişdi, onlar onu əridib satırdılar."
_________________________
Müslim və ibn Macə də bu hədisi ibn Əbu Şeybə vasitəsiylə Süfyandan nəql etmişlər. Hədisdə  Sümərə adı var, amma Buxari Həmidi yoluyla nəql edərkən "filankəs" deyərək Sümərənin adını çəkmir. Mənim nəzərimcə bu, Buxarinin təhrifidir, amma yaxşı təhrifdir.
İbn Həcər bu barədə ümumiyyətlə heç nə yazmayıb.

 

İkinci: Hədisin "Səhih-Buxaridə"-ki forması

 

Mənbə: "Səhih-Buxari", 3-cü cild, "Alverlər kitabı", "Murdarın piyi əridilib satılmaz" babı, səh. 40"
"Həmidi nəql edir: Tavus xəbər verir ki, İbn Abbas dedi ki, Ömər ibn Xəttaba xəbər çatdırdılar ki, filankəs şərab satır. Ömər dedi: "Allah filankəsi öldürsün! Məgər o bilmirmi ki, Peyğəmbər (s) buyurdu: "Allah yəhudiləri öldürsün! Onlara piy haram edilmişdi, onlar onu əridib satırdılar."

Salam olsun Haqqa tapınanlara

Рейтинг

В этом разделе