Təbukda Peyğəmbərə (s.ə.a) sui-qəsd hadisəsi və münafiqlərin adları

»»

Təbukda Peyğəmbərə (s.ə.a) sui-qəsd hadisəsi və münafiqlərin adları

Təbuk səfəri bir neçə səbəbdən islam tarixinin ən diqqətə layiq hadisələrindəndir. Bu hadisəni yaddaqalan edən şeylərdən biri Hz.Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) İmam Əli (əleyhis-səlam) haqqında "Ey Əli! Mənim sənə olan nisbətim, Harunun Musaya olan nisbəti kimidir. Yalnız bir fərqlə ki, məndən sonra peyğəmbər yoxdur." buyurmasıdır.

Bu ğəzvə İmam Əlinin (əleyhis-səlam) iştirak etmədiyi yeganə ğəzvə idi. Lakin bunu İmam Əli (əleyhis-səlam) özü istəməmişdir, Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) qərarı idi. Məqsədi onu Mədinədə saxlamaq idi ki, ordunun ğəzvədə olduğu müddətdə şəriəti qoruyub saxlasın və pusquda gözləyən "münafiqlərə" qarşı sipər olsun. Rum imperatoru Heraklius müqəddəs Mədinə şəhərinə hücum etməyi planlaşdırmışdı. Bu xəbərlər fonunda, yolda olan ordunun Mədinəyə girişinin qarşısını almaq üçün hazırlıqlar görülmüşdü. Əvvəlki müharibələrdən fərqli olaraq, hansı ki, ölkə daxilində baş verirdi, müsəlmanların bu dəfə qarşılaşdıqları düşmən xaricdən idi. Müsəlman ordusu Mədinəni tərk edib Təbuka çatdıqda, orada bir neçə gün qaldılar. Uzun müddət gözlədikdən sonra düşmən ordusundan bir səs çıxmadı. Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) buna tam əmin olduqdan sonra orduya Mədinəyə qayıtmaq əmri verdi. Yolda Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) camaata geniş vadi ilə getmələrini söylədi, özü isə dar boğazdan keçmək üçün irəlilədi. Huzeyfə ibn əl-Yəman Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) dəvəsin ön iplərini, Əmmar ibn Yasir isə arxa iplərini saxlamışdı. 12 yaxud 15 nəfər münafiqdən ibarət bir qrupda onların arxasınca getdilər. Onlar planlaşdırmışdılar ki, Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) dəvəsini hürkütsünlər və bununla da onu dərədən aşağı yuvarlatsınlar. Tanınmamaq üçün də üzlərini bağlamışdılar. Bir anda Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) qarşısını kəsərək dəvəsini hürkütməyə çalşdılar, lakin Əmmar və Hüzeyfə onların miniklərini qamçılayaraq Peyğəmbəri (sallallahu əleyhi və alihi və səlləm) müdafiə etdilər və sui-qəsdə imkan vermədilər. Bununlar belə, münafiqlərin üzlərini görə bilmədilər. Lakin sonradan Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) Hüzeyfəyə həmin münafiqlərin adlarını söylədi və bunu sirr olaraq saxlamasını tapşırdı.

Burada belə bir sual yarana bilər ki, əgər Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) Hüzeyfəyə bu işi gizli saxlamağı əmr etmişdisə, o zaman – sonradan da göstəriləcəyi kimi – Vəlid ibn Cumey və sair şəxslər bu hadisədən necə xəbər tutmuşdular?

Buna belə cavab verilər ki: Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) Hüzeyfəyə bu işi gizli saxlamağı əmr etməsi ilə sonradan Vəlid ibn Cumey və s. kimi şəxslərin bu işdən xəbər tutması arasında bir ziddiyyət yoxdur. Belə ki, Peyğəmbərin bu işi gizli saxlamaq əmri verməsi o həzrətin özünün həyatda olduğu müddət üçün keçərli idi. O həzrətin dünyadan köçməsindən sonra bu sirrin bəzi şəxslərə açıqlanmasının isə bu məsələ ilə bir ziddiyyəti yoxdur.

Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) bu sirrin açıqlanmasının istəməməsinin səbəbinə gəlincə isə bu onunla bağlı idi ki, həmin şəxslər nüfuz sahibi kəslər idilər. Ümumi camaat arasında onların adlarının açıqlanması böyük məşəqqət və çətinliklərə səbəb ola bilərdi. Əgər Allah Rəsulu ona qarşı sui-qəsd edən bu münafiqlərin adlarını açıqlasa və onların qətlinə hökm versəydi, cahil ərəblər o həzrətə qarşı iftira atacaq, onun barəsində yanlış sözlər söyləcəklərdi. Bu isə öz növbəsində İslamın yayılmasına və müsəlmanların mövqelərinin güclənməsinə mənfi təsir göstərəcəkdi. İbn Kəsir öz təfsirində Əqəbə hadisəsini nəql edərkən Beyhəqinin “Dəlail ən-Nubuvvə”də gətirdiyi hədisi nəql edir və bu hədisdə deyilir:

قال : هؤلاء المنافقون إلى يوم القيامة ، وهل تدرون ما أرادوا ؟ قلنا : لا . قال : أرادوا أن يزحموا رسول الله في العقبة ، فيلقوه منها . قلنا : يا رسول الله ، أو لا تبعث إلى عشائرهم حتى يبعث إليك كل قوم برأس صاحبهم ؟ قال : لا ، أكره أن تتحدث العرب بينها أن محمدا قاتل بقوم حتى [ إذا ] أظهره الله بهم أقبل عليهم يقتلهم ، ثم قال : اللهم ارمهم بالدبيلة


...(Hüzeyfə deyir: ) Peyğəmbər dedi: “Bunlar qiyamət gününədək münafiqdirlər, bilirsiniz onlar nə istəyirdilər?” Dedik: “Xeyr.” Buyurdu: “İstəyirdilər ki, Allah Rəsulunu əqəbədə (dar keçiddə) sıxışdırsınlar və onu oradan (yerə) atsınlar.” Dedik: “Ey Allahın Rəsulu, nə üçün onların qəbilələrinə adam göndərmirsən ki, hər birisi öz adamlarının başlarını sənə göndərsinlər?” Dedi: “İstəmirəm ki, ərəblər öz aralarında danışıb desinlər ki, Muhəmməd bir dəstə şəxsi öldürdü. Elə ki, Allah onu onlara üstün etdi, o onları tutub öldürdü.” Sonra dedi: “İlahi, onları “dubeylə”1 ilə vur”...
(Təfsir İbn Kəsir: c.4, səh.181)

Buna görə də Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) bu hadisənin öz sağlığında camaat arasında yayılmasını məsləhət görməmişdir. Lakin o həzrətin vəfatından sonra vəziyyət müəyyən mənada dəyişmişdi. Belə olan halda Hüzeyfə və Əmmar bu şəxslərin adlarını açıqlaya bilərdilər. Elə bəzi rəvayətlərdən də belə görünür ki, onlar bu şəxslərin adlarını açıqlamışlar. Məsələn, daha sonradan qeyd ediləcəyi kimi Vəlid ibn Cumey, habelə Əbu Tufeyl ("Səhihi-Müslim"in hədisinə əsasən) kimi şəxslər bu adlardan xəbərdar idilər. Vəlid ibn Cumey barədə az sonra məlumat veriləcək. Əbu Tufeylə gəlincə isə, onun bu şəxsləri tanımasını "Səhihi-Müslim"də gələn bir hədisdən başa düşə bilirik. Biz az sonra bu hədisi də qeyd edəcəyik. Hədisin əvvəlində Əbu Tufeyl deyir:

قال كان بين رجل من أهل العقبة وبين حذيفة بعض ما يكون بين الناس


“Əqəbə əhlindən olan şəxslərdən biri ilə Hüzeyfə arasında camaat arasında olan şeylərdən bir şey (yəni: ədavət) var idi. Həmin şəxs Hüzeyfəyə dedi...”

"Səhihi-Müslim"in şərhçisi Nəvəvi buradakı əqəbənin məhz Təbuk yolundakı əqəbə olduğunu qeyd edərək deyir:

وهذه العقبة ليست العقبة المشهورة بمنى التي كانت بها بيعة الأنصار رضي الله عنهم ، وإنما هذه عقبة على طريق تبوك


“Bu əqəbə Minadakı əqəbə deyil, hansı ki, orada ənsarın (radiyallahu anh) beyəti baş tutmuşdu. Bu məhz Təbuk yolundakı əqəbədir.”
(Şərh ən-Nəvəvi: c.9, səh.158)

Deməli, bundan başa düşürük ki, "Səhihi-Mülsim"də gələn hədisdəki “əqəbə”dən məqsəd Təbuk yolundakı əqəbədir və Əbu Tufeyl də bu əqəbədə iştirak edən münafiqləri tanıyır! Çünki biz Əbu Tufeylin “əqəbə əhlindən olan şəxslərdən biri ilə Hüzeyfə arasında ədavət var idi” dediyini görürük. Sual veririk: görəsən Əbu Tufeyl həmin şəxsin əqəbə əhlindən olduğunu haradan bilirdi? Deməli, Allah Rəsulunun və Əhli-Beytinin (əleyhimus-səlam) həqiqi dostları olan Hüzeyfə və Əmmar bu sirri Əbu Tufeyl kimi Allah Rəsulu və Əhli-Beytinin dostları olan və güvənib etibar etdikləri şəxslərə açıqlayırdılar.

Bəli, məhz güvəndikləri şəxslərə açıqlayırdılar, bütün camaata deyil. Çünki əgər bütün camaata açıqlasaydılar, o zaman ölüm təhlükəsi ilə qarşı-qarşıya qala bilərdilər. Biz buna sübut kimi, əhli-sünnə kitablarında Hüzeyfədən nəql edilən bir neçə sözü misal göstərə bilərik:

Əl-Mizzi “Təhzib əl-Kəmal” kitabında Hüzeyfənin tərcümeyi halında belə qeyd edir:

عن قتادة: " قال حذيفة: لو كنت على شاطـئ نـهر، وقـد مـددت يـدي لأغـترف فحـدّثتكم بكلّ مـا أعلـم ما وصلت يدي إلى فمي حتّى أُقتل!! ". وقال عطاء بن السائب، عن أبي البختري: " قال حذيفة: لو حدّثتكم بحديث لكذّبني ثلاثة أثلاثكم ـ أي كلّكم ـ. قال: ففطن له شاب فقال: من يصدّقك إذا كذّبك ثلاثة أثلاثنا؟!


Qətadədən nəql olunur ki, Hüzeyfə dedi:
Əgər mən bir çayın kənarında olsam və su götürməkdən ötrü əlimi suya uzatsam və bu halda bütün bildiklərimi sizə danışsam, o zaman əlim ağzıma çatmamış qətlə yetirilərəm!

Əta ibn əs-Saib demişdir: Əbul-Buxtəridən nəql edilir ki, Hüzeyfə dedi: “Əgər sizə bir hədis desəm, üçdə üçünüz məni inkar edərsiniz.” Yəni, hamınız. Ravi deyir: Bu zaman bir cavan onun nə dediyini başa düşdü və dedi: “Üçdə üçümüz səni inkar edəcəksə, onda səni kim təsdiq edəcək?” (Təhzib əl-Kamal, 5/507)

Deməli, aydın olur ki, Hüzeyfə və Əmmar öz canları barədə qorxuda olduqları üçün bildikləri şeyləri ümumi camaat üçün açıqlaya bilmirdilər.

Buna əsasən, xülasələrşdirib desək: işin gizli saxlanılması ilə bağlı verilən bu əmr Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) həyatda olduğu müddət üçün keçərli idi. Buna görə də hadisənin o həzrətin vəfatından sonra müəyyən şəxslərə nəql edilməsinin heç bir problemi yoxdur. Hətta biz deyə bilərik ki, o həzrətin sağ olduğu zamanda belə bəzi xüsusi və güvənilir şəxslərin bu məsələdən xəbərdar edilmələri tam mümkündür. Belə şəxslərə misal olaraq, Əhli-Beyti (əleyhimus-səlam) və onların yaxın dostları olan bəzi səhabələri göstərə bilərik. Əlbəttə, ümumi kütləyə yayıb ifşa etməmələri şərti ilə. Deməli, istənilən halda hadisənin xüsusi şəxslərə nəql edilməsində bir problem yoxdur.

Müqəddəs Qurani-Kərimdə buyurulur:

يَحْلِفُونَ بِاللَّهِ مَا قَالُواْ وَلَقَدْ قَالُواْ كَلِمَةَ الْكُفْرِ وَكَفَرُواْ بَعْدَ إِسْلَـمِهِمْ وَهَمُّواْ بِمَا لَمْ يَنَالُواْ وَمَا نَقَمُواْ إِلاَ أَنْ أَغْنَاهُمُ اللَّهُ وَرَسُولُهُ مِن فَضْلِهِ فَإِن يَتُوبُواْ يَكُ خَيْراً لَّهُمْ وَإِن يَتَوَلَّوْا يُعَذِّبْهُمُ اللَّهُ عَذَابًا أَلِيمًا فِى الدُّنْيَا وَالاٌّخِرَةِ وَمَا لَهُمْ فِى الاٌّرْضِ مِن وَلِيٍّ وَلاَ نَصِيرٍ


(Münafiqlər) Allaha and içirlər ki, (Peyğəmbər haqqında nalayiq sözlər) deməyiblər. (And olsun ki) onlar küfr sözünü demiş, islamı (zahirən) qəbul etdikdən sonra kafir olmuş, müvəffəq ola bilmədikləri bir işə (Təbuk döyüşündən qayıdarkən Peyğəmbərə qarşı hazırladıqları sui-qəsdə) girişmişdilər. (Münafiqlərin Peyğəmbərə və möminlərə qarşı) kin-küdurət bəsləmələrinin səbəbi yalnız Allahın və Peyğəmbərinin Öz nemətləri ilə onları varlandırmasıdır. Bununla belə, əgər (ikiüzlülüklərindən və digər yaramaz əməllərindən) tövbə etsələr, onlar üçün xeyirli olar. Yox, əgər (imandan) üz döndərsələr, Allah onları dünyada və axirətdə şiddətli bir əzaba mübtəla edər. Yer üzündə onların nə bir dostu, nə də bir imdada yetəni var!
(Tövbə, 74)

İslamı qəbul etdikdən sonra kafir olan bu şəxslər kimlərdi? Bu ayə Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) sui-qəsd edənlər barədə nazil olmuşdu.

İbn Kəsir yazır:

وقال الإمام أحمد رحمه الله: حدثنا يزيد، أخبرنا الوليد بن عبد الله بن جميع عن أبي الطفيل قال: لما أقبل رسول الله صلى الله عليه وسلم من غزوة تبوك، أمر منادياً فنادى: إن رسول الله صلى الله عليه وسلم أخذ العقبة، فلا يأخذها أحد، فبينما رسول الله صلى الله عليه وسلم يقوده حذيفة، ويسوقه عمار، إذ أقبل رهط متلثمون على الرواحل، فغشوا عماراً وهو يسوق برسول الله صلى الله عليه وسلم فأقبل عمار رضي الله عنه يضرب وجوه الرواحل، فقال رسول الله صلى الله عليه وسلم لحذيفة: " قد قد " حتى هبط رسول الله صلى الله عليه وسلم فلما هبط نزل، ورجع عمار، فقال: " يا عمار هل عرفت القوم؟ " قال: لقد عرفت عامة الرواحل، والقوم متلثمون، قال: " هل تدري ما أرادوا؟ " قال: الله ورسوله أعلم، قال: " أرادوا أن ينفروا برسول الله صلى الله عليه وسلم راحلته فيطرحوه " قال: فسأل عمار رجلاً من أصحاب رسول الله صلى الله عليه وسلم فقال: نشدتك بالله كم تعلم كان أصحاب العقبة؟ قال: أربعة عشر رجلاً، فقال: إن كنت منهم، فقد كانوا خمسة عشر قال: فعذر رسول الله صلى الله عليه وسلم منهم ثلاثة، قالوا: والله ما سمعنا منادي رسول الله صلى الله عليه وسلم وما علمنا ما أراد القوم، فقال عمار: أشهد أن الاثني عشر الباقين حرب لله ولرسوله في الحياة الدنيا ويوم يقوم الأشهاد

وهكذا روى ابن لهيعة عن أبي الأسود عن عروة بن الزبير نحو هذا، وأن رسول الله صلى الله عليه وسلم أمر أن يمشي الناس في بطن الوادي، وصعد هو وحذيفة وعمار العقبة، فتبعهم هؤلاء النفر الأرذلون وهم متلثمون، فأرادوا سلوك العقبة، فأطلع الله على مرادهم رسول الله صلى الله عليه وسلم فأمر حذيفة، فرجع إليهم فضرب وجوه رواحلهم، ففزعوا ورجعوا مقبوحين، وأعلم رسول الله صلى الله عليه وسلم حذيفة وعماراً بأسمائهم وما كانوا هموا به من الفتك به صلوات الله وسلامه عليه، وأمرهما أن يكتما عليهم،

وما رواه مسلم أيضاً من حديث قتادة عن أبي نضرة عن قيس بن عباد عن عمار بن ياسر قال: أخبرني حذيفة عن النبي صلى الله عليه وسلم أنه قال: " في أصحابي اثنا عشر منافقاً لا يدخلون الجنة، ولا يجدون ريحها حتى يلج الجمل في سم الخياط: ثمانية منهم تكفيكهم الدبيلة؛ سراج من نار تظهر بين أكتافهم حتى ينجم في صدورهم "

ولهذا كان حذيفة يقال له: صاحب السر الذي لا يعلمه غيره، أي: من تعيين جماعة من المنافقين، وهم هؤلاء، قد أطلعه عليهم رسول الله صلى الله عليه وسلم دون غيره، والله أعلم،


İmam Əhməd demişdir: Bizə Vəlid ibn Abdullah ibn Cəmi, Əbu Tufeyldən xəbər verib dedi: Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) Təbuk qəzvəsindən qayıdarkən əmr etdi ki, carçı belə səslənsin: “Allah Rəsulu əqəbədən2 keçəcək, heç kəs oradan keçməsin.” (Elə ki,) Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) (o yerdən keçirdi) və onun (dəvəsini) öndən Hüzeyfə çəkir, arxadan isə Əmmar sürürdü, bu zaman dəvələrin üzərində olan və üzləri örtülü olan bir dəstə şəxs gəlib Əmmarın üzərinə şığıdılar. Həmin vaxt Əmmar Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) dəvəsini arxadan sürürdü. Əmmar (radiyallahu anh) dönüb onların dəvələrinin üzlərinə vurmağa başladı. Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) isə Hüzeyfəyə dedi: “Sür, sür!” Nəhayət Allah Rəsulu (dağ keçidindən) endi və enincə dəvəsindən düşdü. Bu zaman Əmmar da qayıtdı. Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) ona dedi: “Ey Əmmar, onları tanıdın?” Əmmar dedi: “Mən bütün dəvələri tanıdım.3 Onların üzləri örtülü idi.” Peyğəmbər dedi: “Bilirsən nə istəyirdilər?” Əmmar dedi: “Allah və Rəsulu daha yaxşı bilər.” Dedi: “İstəyirdilər ki, Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) dəvəsini hürkütsünlər və onu dəvədən yerə yıxsınlar.”

Ravi deyir: “Əmmar Allah Rəsulunun səhabələrindən olan bir şəxsə sual verib dedi: “Səni and verirəm Allaha, (de görüm) əqəbədə hücum edən şəxslərin neçə nəfər olduğunu bilirsən?” Dedi: “On dörd nəfər idilər.” Əmmar dedi: “Sən də onlardan biri idinsə, o zaman on beş nəfər idilər!45

Onlardan üç nəfəri Allah Rəsuluna üzr gətirdilər və dedilər ki: “Allaha and olsun, Allah Rəsulunun carçısını eşitmədik və bu şəxslərin nə (etmək) istədiklərini bilmədik” .

Əmmar dedi: “Şəhadət verirəm ki, yerdə qalan on iki nəfər dünya həyatında da və şahidlərin gətiriləcəyi (qiyamət) gün(ün)də də Allaha və Rəsuluna düşməndirlər.”

Habelə, İbn Ləhiə bu hadisəni Əbul-Əsvəddən, o da Urvə ibn əz-Zubeyrdən bu şəkildə nəql etmişdir. Və göstərmişdir ki: Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) əmr etdi ki, camaat vadinin içi ilə getsin. Özü, Hüzeyfə və Əmmar isə keçidə qalxdılar. Bu rəzil şəxslər də üzləri bağlı vəziyyətdə onların ardınca düşdülər və keçiddən getmək istədilər. Allah onların istəklərini Peyğəmbərə xəbər verdi. Həzrət Hüzeyfəyə göstəriş verdi və Hüzeyfə geri dönüb onların dəvələrinin üzlərinə vurmağa başladı. Onlar qorxuya düşüb zəlil vəziyyətdə geri qayıtmalı oldular. Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) Hüzeyfəyə və Əmmara onların adlarını və onların o həzrətə qarşı sui-qəsd etmək istədiklərini xəbər verdi. Və onlara əmr etdi ki, onları(n adlarını) gizli saxlasınlar.

Həmçinin, Müslim, Qətadənin hədisində Əbu Nəzrədən, o Qeys ibn İbaddan, o da Əmmardan belə nəql edir: “Mənə Hüzeyfə Peyğəmbərdən (sallallahu əleyhi [və alihi] və səlləm) xəbər verib dedi: Əshabım arasında on iki münafiq vardır ki, dəvə iynənin gözündən keçməyincə Cənnətə daxil olmayacaqlar və onun iyini belə duymayacaqlar. Onların səkkizinə (çox) “dubeylə” kifayət edəcək; o bir od şöləsidir ki, onların çiyinləri arasında zahir olacaq və sinələrinə batacaq.”

Buna görədir ki, Hüzeyfəyə “özündən başqa heç kəsin bilmədiyi sirrin sahibi” deyərdilər. Yəni, münafiqlərdən olan həmin dəstənin kimlikləri ilə bağlı sirrin sahibi. Onların kim olduğunu Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) yalnız ona bildirmişdi. Allah daha yaxşı bilər.”

Həmçinin, Təbəri Hafiz Əbu Bəkr əl-Beyhəqinin “Dəlailun-Nubuvvə” kitabından nəql edir ki, Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) buyurdu: “...Bu şəxslər qiyamət gününədək münafiqdirlər.”

 

Təfsir ibn Kəsir. c 4, s. 181 - 182; Dar Teybə, Riyad, Səudiyyə Ərəbistanı, 1420/1999; təhqiq: Sami ibn Muhəmməd əs-Sələmə

MÜNAFİQLƏR KİMLƏR İDİLƏR?

İbn Həzm yazır:

وأما حديث حذيفة فساقط لأنه من طريق الوليد بن جميع وهو هالك ولا نراه يعلم من وضع الحديث فإنه قد روى أخبارا فيها أن أبا بكر وعمر وعثمان وطلحة وسعد بن أبي وقاص رضي الله عنهم أرادوا قتل النبي صلى الله عليه وسلم وإلقاءه من العقبة في تبوك وهذا هو الكذب الموضوع


Hüzeyfənin hədisi etibarsızdır, çünki o, Vəlid ibn Cumey yolu ilə rəvayət edilmişdir ki, o, həlak olmuş bir şəxsdir! Biz onun bu hədisi kimin uydurduğunu bildiyini zənn etmirik. O bir sıra hədislər nəql etmişdir ki, bu hədislərdə Əbu Bəkr, Ömər, Osman, Təlhə və Səd ibn Əbi Vəqqasın Təbuk səfərində Peyğəmbəri (s.ə.a) əl-Əqəbə təpəsindən dərəyə ataraq öldürmək istədikləri bildirilr. Bu, uydurulmuş bir yalandır!

 

əl-Muhəlla, c. 11, s. 224; əl-Mətbəə əl-Muniriyyə, Misir, 1352/1931; təhqiq: Əhməd Muhəmməd Şakir

İbn Həzm açıqca bildirir ki, Vəlid ibn Cumey Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) sui-qəsd edənlərin adları açıqlandığı bir sıra rəvayətlər nəql etmişdir. Bəs hanı o rəvayətlər? Niyə biz bu gün onları əhli-sünnə kitablarında görmürük? Bu qədər kitablarda zəif, uydurma və sair qəbul edilməz rəvayətlər yazılıb, bunu da yazardılar bir zəif və ya uydurma rəvayət kimi. İbn Həzm bu rəvayətləri harda görüb ki, biz indi onları görə bilmirik? Necə olur ki, İbn Həzm kimi təəssübkeş birisi belə bu rəvayətlərdən xəbərdar olur, lakin bu rəvayətlər bu günümüzədək gəlib çıxmır? Kimdir bu rəvayətləri aradan aparan?

VƏLİD İBN CUMEYİN RƏVAYƏTİ "SƏHİH MÜSLİM"DƏ

"Səhih Müslim" Müslim ibn Həccac tərəfindən toplanan hədis külliyatıdır. Əhli-sünnə arasında onun kitabı Peyğəmbər sünnəsi barədə ən səhih kitablardan biri hesab edilir və əl-Buxarinin "Səhih"i ilə birlikdə "Səhiheyn" (iki səhih) adlanırlar.

Nəvəvi deyir:

إنّ أصح الكتب بعد القرآ ن الصحيحان: البخاري ومسلم


“Qurandan sonra kitabların ən səhihi Buxarinin və Müslimin “səhih” kitablarıdır.”
(Şərhu-Sahih Muslim, 1/128)

İbn Həcər əl-Məkki deyir:

الصحيحان هما أصح الكتب بعد القرآن بإجماع من يعتدّ به


“İki səhih kitabı dəyərli (və elmi çəkisi olan) şəxslərin icmasına əsasən ən səhih kitablardırlar.”
(əs-Səvaiq əl-Muhriqə, 1/31)

İmamul-Hərəmeyn əl-Cuveyni demişdir:

لو حلف إنسان بطلاق امرأته أن ما في كتابي البخاري ومسلم مما حكما بصحته من قول النبي صلى الله عليه وسلم لما ألزمته الطلاق ، ولا حنثته ، لإجماع علماء المسلمين على صحتهما


“Əgər bir nəfər xanımının təlağı üzərinə and içsə ki, Buxarin və Müslimin kitablarında gələn və onların səhihliklərinə hökm etdikləri hədislər Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) sözləridir, ona talaq vacib bilmərəm və onun bu andını günah hesab etmərəm. Ona görə ki, müsəlman alimləri bu iki kitabın səhihliyi barəsində icma etmişlər.”
(Siyanətu-Sahih Muslim, səh.86; Hafiz Əbu Əmr ibn Səlah öz sənədi ilə nəql edir.)

Səhih Müslimin əhli-sünnə yanında mövqeyini müəyyən etdikdən sonra Təbuk barədə Vəlid ibn Cumeyin Huzeyfə haqqında nəql etdiyi və münafiqlərin adlarını açıqca söyləmədiyi bir hədisə diqqət yetirək:

حدثنا زهير بن حرب حدثنا أبو أحمد الكوفي حدثنا الوليد بن جميع حدثنا أبو الطفيل قال كان بين رجل من أهل العقبة وبين حذيفة بعض ما يكون بين الناس فقال أنشدك بالله كم كان أصحاب العقبة قال فقال له القوم أخبره إذ سألك قال كنا نخبر أنهم أربعة عشر فإن كنت منهم فقد كان القوم خمسة عشر وأشهد بالله أن اثني عشر منهم حرب لله ولرسوله في الحياة الدنيا ويوم يقوم الأشهاد وعذر ثلاثة قالوا ما سمعنا منادي رسول الله صلى الله عليه وسلم ولا علمنا بما أراد القوم وقد كان في حرة فمشى فقال إن الماء قليل فلا يسبقني إليه أحد فوجد قوما قد سبقوه فلعنهم يومئذ


Bizə Zuheyr ibn Hərb nəql edib (dedi): bizə Əbu Əhməd əl-Kufi nəql edib (dedi): bizə Vəlid ibn Cumey nəql edib (dedi): bizə Əbu Tufeyl nəql edib dedi: “Əqəbə əhlindən olan şəxslərdən biri ilə Hüzeyfə arasında camaat arasında olan şeylərdən bir şey var idi.7 Həmin şəxs Hüzeyfəyə dedi: “Səni and verirəm Allaha, (de görüm) Əqəbə camaatı neçə nəfər idilər?” Əbu Tufeyl deyir: Camaat ona dedi ki, daha sual verib, cavab ver. Hüzeyfə dedi: Bizə deyirdilər ki, onlar on dörd nəfər olublar, əgər sən də onlardansansa, o zaman on beş nəfər olublar. Allaha şəhadət verirəm ki, onlardan on iki nəfəri dünyada Allaha və Allah Rəsuluna döyüş açdılar və şahidlərin şəhadət verəcəyi gündə də bu şəkildə (məhşərə gələcəklər). Onlardan üç nəfəri isə üzr gətirib dedilər: “Allah Rəsulunun carçısını eşitmədik və bu şəxslərin nə (etmək) istədiklərini bilmədik.” O zaman Allah Rəsulu isti havada idi.8 O yeridi və dedi: “(Növbəti dayanacaqda) su azdır, heç kəs məndən qabaq onun yanına varmasın.” Lakin (oraya çatdıqda) gördü ki, bir dəstə şəxs ondan qabaq oraya çatıblar və buna görə də onları lənətlədi.”

 

Səhih Müslim. s. 1282, h. 2879; Dar Teybə, Riyad, Səudiyyə Ərəbistanı, 1427/2006; təhqiq: Nəzər b. Muhəmməd əl-Qurtubi

VƏLİD İBN CUMEYİN RİCAL ELMİNDƏ YERİ

Əl-Mizzi yazır:

الوليد بن عبدالله بن جميع الزهري الكوفي ، والد ثابت بن الوليد بن عبدالله بن جميع ، وقد ينسب إلى جده أيضا .

قال عبدالله بن أحمد بن حنبل عن أبيه ، وأبو داود : ليس به بأس .

وقال إسحاق بن منصور ، عن يحيى بن معين : ثقة

وكذلك قال العجلي

وقال أبو زرعة : لا بأس به

وقال أبو حاتم : صالح الحديث .

وقال عمرو بن علي : كان يحيى بن سعيد لا يحدثنا عن الوليد بن جميع ، فلما كان قبل موته بقليل حدثنا عنه

وذكره ابن حبان في كتاب " الثقات "

روى له البخاري في " الادب " والباقون سوى ابن ماجة .


Vəlid ibn Abdullah ibn Cumey əl-Zuhri əl-Kufi. Sabit ibn Vəlid ibn Abdullah ibn Cumeyin atasıdır. Həmçinin, babasına da nisbət edilir (yəni: adına Vəlid ibn Abdullah yox, Vəlid ibn Cumey də deyilir-red.).

Abdullah ibn Əhməd ibn Hənbəl atasından nəql edərək demişdir və həmçinin Əbu Davud demişdir: Onda bir problem yoxdur.

İshaq ibn Mənsur Yəhya ibn Məindən nəql edərək demişdir: Siqədir.

əl-İcli də belə demişdir.

Əbu Zəra demişdir: Onda bir problem yoxdur.

Əbu Hatəm demişdir: Salihul-hədisdir (hədisləri yaxşıdır).

Əmr ibn Əli demişdir: Yəhya ibn Səid bizə Vəlid ibn Cumeydən hədis nəql etməzdi. Lakin ölümünə az qalmış bizə ondan hədis nəql etdi.

İbn Hibban onu “Siqat” (siqələr) kitabında qeyd etmişdir.

Buxari “əl-Ədəb”də ondan hədis nəql etmişdir, həmçinin də başqaları. Bircə İbn Macədən başqa.

 

Təhzib əl-Kəmal, c.31, s.35-37; Müəssisə ər-Risalə, Beyrut, 1403/1983; təhqiq: Bəşşar Avvad Məruf

İbn Səd deyir:

الوليد بن عبد الله بن جميع الخزاعي من أنفسهم ، وكان ثقة ، وله أحاديث .


Əl-Vəlid ibn Abdullah ibn Cumey əl-Xuzai onlardan (4-cü təbəqədən) biridir. O siqədir və çox sayda hədisləri var.

 

Təbəqat əl-kəbir, c.8, s.473; Məktəbə əl-Xanci, Qahirə, Misir, 1421/2001; təhqiq: Əli Muhəmməd Ömər

Yəhya ibn Məin deyir:

قال: و سمعت يحيي يقول: (الوليد بن جميع) ثقة، و هو زهري مأمون مرضي.


Dedi: Yəhyanın belə dediyini eşitdim:
Vəlid ibn Cumey siqədir. O, Zuhridir, etibarlıdır, razı qalınmışdır.”

 

Mərifət ər-Rical. c. 1, s. 97; Dəməşq Ərəb Dili Akademiyası, Suriya, 1405/1985; təhqiq: Muhəmməd Kamil əl-Qəssar

Bu cür böyük alimlərin dilindən Vəlid ibn Cumey haqqında deyilən tərifləri necə gözardı edərək onun rəvayətlərini şübhə altına almaq olar ki? Bəziləri deyə bilər ki, bu şiələrin spekulyasiyasıdır və o münafiqlərin adları müəyyən edilə bilməz. Çox maraqlıdır ki, Ömər ibn əl-Xəttab özü Huzeyfəyə "Mən də o münafiqlərin içindəyəm?" deyə sual verirdi.

İbn Həcər əl-Əsqəlani yazır:

وحذيفة أحد أصحاب النبي صلى الله عليه وسلم الأربعة عشر النجباء، كان النبي صلى الله عليه وسلم أسر إليه أسماء المنافقين، وحفظ عنه الفتن التي تكون بين يدي الساعة، وناشده عمر بالله: أنا من المنافقين قال اللهم لا، ولا أزكي أحداً بعدك.

وقال مسدد : ثنا يحيى ، عن الأعمش ، عن زيد بن وهب ، قال : سمعت حذيفة رضي الله عنه ، يقول : " مات رجل من المنافقين فلم أصل عليه ، فقال عمر رضي الله عنه : ما منعك أن تصلي عليه ؟ قلت : إنه منهم ، فقال : أبالله منهم أنا ؟ قلت : لا . قال : فبكى عمر رضي الله عنه " إسناده صحيح ، وقد استنكره يعقوب بن سفيان من حديث زيد بن وهب


“Hüzeyfə Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) on dörd nəcib (alicənab) səhabəsindən biridir. Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) ona münafiqlərin adını sirr vermişdir. O, Peyğəmbərdən qiyamətə yaxın zamanda baş verəcək fitnələri hifz etmiş (yadda saxlamış)dır. Ömər onu Allaha and verərək demişdir ki: “Mən münafiqlərdənəmmi?” O isə demişdir ki: “İlahi, xeyr. Səndən sonra heç kəsə təmiz deyə bilmərəm”.

Musəddəd demişdir: bizə Yəhya, Aməşdən, o da Zeyd ibn Vəhəbdən belə nəql etmişdir: Hüzeyfə radiyallahu anhın belə dediyini eşitdim: Münafiqlərdən bir nəfər öldü, mən ona namaz qılmadım. Ömər dedi: “Sənə ona namaz qılmağa nə mane oldu?” Dedim: “O onlardan idi.” Ömər dedi: “Allaha and verirəm, mən də onlardanam?” Dedim: “Xeyr.” Ömər ağladı.” İsnadı səhihdir. Yaqub ibn Süfyan Zeyd ibn Vəhəbin hədisini münkər bilmişdir.”

 

İbn Həcər, Mətalib əl-Aliyə, c. 14, s. 702; Dar əl-Asimə/Dar əl-Ğəys, Riyad, Səudiyyə Ərəbistanı; Səd ibn Nasir ibn Əbdül-Əziz əş-Şəsri

Ömərin bu sualları qarşısında Huzeydə "Yox, sən onlardan deyilsən!" - deyə cavab verirdi. Məgər Ömər özü bilmirdi ki, həmin gecə Əqəbədə idi ya yox? Məgər Ömər özünün münafiq olub-olmadığını bilmirdi? Huzeyfə bu məsələni ondan gizlədirdi. Görəsən niyə? Cavab aydındır, təbii ki, öz həyatını qorumaq üçün.

Təsəvvür edin ki, Huzeyfə Ömərə "bəli, sən o münafiqlərdən birisən" deyə cavab verir. Ömər onu həyatda saxlayardımı? Huzeyfənin bu cavabı qeyri-adi qarşılanmamalıdır. Başqa bir hadisədə Huzeyfə Osman haqqında dediklərini inkar edir və Allaha and içir. O, həqiqəti gizlədir və deyir ki, mən dinimin bir hissəsini digər bir hissəsi ilə qoruyuram:

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ نُمَيْرٍ ، عَنِ الْأَعْمَشِ ، عَنْ عَبْدِ الْمَلِكِ بْنِ مَيْسَرَةَ ، عَنِ النَّزَّالِ بْنِ سَبْرَةَ ، قَالَ : دَخَلَ ابْنُ مَسْعُودٍ وَحُذَيْفَةُ عَلَى عُثْمَانَ , فَقَالَ عُثْمَانُ لِحُذَيْفَةَ : بَلَغَنِي أَنَّكَ قُلْتَ : كَذَا وَكَذَا ؟ ، قَالَ : لَا وَاللَّهِ مَا قُلْتُهُ , فَلَمَّا خَرَجَ ، قَالَ لَهُ عَبْدُ اللَّهِ : سَأَلَكَ فَلِمَ تَقُولُهُ مَا سَمِعْتُكَ تَقُولُ ؟ قَالَ : " إنِّي أَشْتَرِي دِينِي بَعْضَهُ بِبَعْضٍ مَخَافَةَ أَنْ يَذْهَبَ كُلُّهُ " .


Bizə Abdullah ibn Zubeyr Aməşdən, o Əbdül-Məlik ibn Məsirədən, o da Nizal ibn Səbrədən belə nəql etdi:
“Hüzeyfə və İbn Məsud Osmanın yanına daxil oldular. Osman Hüzeyfəyə dedi: “Mənə çatıb ki, sən belə-belə sözlər demisən.” Hüzeyfə dedi: “Xeyr, Allaha and olsun ki, deməmişəm.” Elə ki, (Osman otaqdan) çıxdı, Abdullah ona dedi: “O səndən (dediyin sözü) soruşdu, amma sən demədin. O nə söz idi eşitdim səndən?” Hüzeyfə dedi: “Mən dinimin hamısı əldən gedər deyə onun bir hissəsini bir hissəsi ilə satın aldım (bir hissəsini başqa bir hissəsi ilə qorudum)”.

 

Əl-Musənnəf ibn Əbi Şeybə, c. 11, s. 359 - 360; Məktəbə ər-Rüşd, Riyad, Səudiyyə Ərəbistanı, 1425/2004; təhqiq: Həmmad ibn Abdullah əl-Cumua və Muhəmməd ibn İbrahim əl-Həydan

Bunu həmçinin, İbn Qeyyim əl-Cövziyyə, “İlamul-Muqiin” kitabında, 5/119-da, İbn Quteybə “Təvilu muxtələfil-hədis” kitabında, səh.72-də, əl-Xəsaf “əl-Hiyəl” kitabında səh.2-də, Əbu Nəim də “əl-Hilyə” kitabında, 1/279-da müxtəlif sənədlərlə nəql etmişlər. Rəvayətin sənədləri içərisində İbrahim ibn Mənveyhlə olan sənəddən başqa digər sənədləri səhihdir.

HUZEYFƏ ƏBU MUSA ƏL-ƏŞƏRİNİN MÜNAFİQLƏRDƏN BİR OLDUĞUNU DEYİR

الأعمش ، عن شقيق قال : كنا مع حذيفة جلوساً، فدخل عبد الله وأبو موسى المسجد فقال: أحدهما منافق ثم قال: إن أشبه الناس هدياً ودلاً وسمتاً برسول الله صلى الله عليه وسلم عبد الله .


Aməşdən, Şəqiqdən onun belə dediyini rəvayət etdi: Bir gün Huzeyfə ilə oturmuşduq. Bu vaxt Abdullah (ibn Məsud) ilə Əbu Musa (əl-Əşəri) məscidə daxil oldular. Huzeyfə dedi:
Onlardan biri münafiqdir. Sonra dedi: İnsanlar arasında davranış və hal baxımından Peyğəmbərə (s) ən çox bənzəyən Abdullahdır.

 

Şəmsuddin əz-Zəhəbi, Siyər əlam ən-nubəla, c.2, s.393-394; Muəssiə ər-Risalə, Beyrut, 1996/1417; təhqiq: Şueyb əl-Arnaut

Bu rəvayət qarşısında Zəhəbi deyir ki, Aməş zəif ravi hesab edilir və şiə olmaqda təqsirli bilinib. Daha sonra qeyd edir ki, rafizilər Əbu Musa Əşərini sevmirdilər, çünki o, İmam Əlinin (əleyhis-səlam) iştirak etdiyi heç bir müharibədə olmayıb və nəticə olaraq, onun xilafətini dəstəkləməyib. Şuəyb əl-Arnaut da haşiyədə Huzeyfənin bu sözləri əsəbdən dediyini qeyd edərək, məsələyə başqa cür don geyindirməyə çalışmışdır.

Lakin göründüyü kimi, bu addımlar sadəcə olaraq, bəzi səhabələrin cinayətləri ört-basdır etməkdən ötrü atılmış addımlardır.


1 Mənası daha sonra aydın olacaq. Müt.

2 Əqəbə: çətin aşılan dağ keçidi; dar dağ yolu. Müt.

3 Yaxud: dəvələrin əksəriyyətini tanıdım. Müt.

4 Yəni: səni də onlardan saydığımız zaman on beş nəfər idilər. Müt.

5 Zahirən rəvayətin bu hissəsində yanlışlıq var. Belə ki, bu rəvayətə əsasən “səni and verirərm Allaha, (de görüm) əqəbədə hücum edən şəxslərin neçə nəfər olduğunu bilirsən?” sualını verən şəxs Əmmar ibn Yasir (radiyallahu anh)-dır. Amma digər rəvayətlərdən aydın olur ki, əslində bu sualı verən şəxs Əmmar yox, əshabdan olan bir şəxsdir. Bu anlaşılmazlıq rəvayətdə gələn “səələ” felinə və bu feldən sonra məfulun bih halında gələn “raculən” sözünə görə yaranmışdır. Qeyd etmək lazımdır ki, rəvayətin bəzi nüsxələrində “səələ” feli yox, “səra” feli gəlmişdir. Belə olunca isə bizim dediyimiz məna sabit olmuş olur və rəvayətin bu hissəsinin tərcüməsi belə olur: “Əmmar Allah Rəsulunun səhabələrindən olan bir şəxsin yanından keçirdi. Bu zaman həmin şəxs ona dedi: “Səni and verirərm Allaha, (de görüm) əqəbədə hücum edən şəxslərin neçə nəfər olduğunu bilirsən?” Əmmar dedi: “On dörd nəfər idilər.” Sonra dedi: “Sən də onlardan biri idinsə, o zaman on beş nəfər idilər.” Müt.

6 Yaxud: Allah Rəsulu onlardan “Allaha and olsun, Allah Rəsulunun carçısını eşitmədik və bu şəxslərin nə (etmək) istədiklərini bilmədik” deyən üç nəfər şəxsin üzrünü qəbul etdi. Müt

7 Bununla mübahisə və ya ədavəti nəzərdə tutur. Yəni, insanların öz aralarında bir-birləri ilə mübahisə və ədavətləri olduğu kimi Hüzeyfə ilə Əqəbə münafiqlərindən biri arasında da da belə bir mübahisə və ədavət var idi. Müt.

8 Yaxud: Hərrə məntəqəsində idi. Müt.

313news.net

Рейтинг

В этом разделе