Peyğəmbərin (s.ə.a) səhabələri silsiləsindən (1) - İbrahim Əbu Rafe

»»

Peyğəmbərin (s.ə.a) səhabələri silsiləsindən (1) - İbrahim Əbu Rafe

Bağışlayan və Mehriban Allahın adı ilə

İbrahim Əbu Rafe: Onun üçün bir neçə ad qeyd ediblər: İbrahim, Əsləm, Yəsar, Əbdür-Rəhman, Hürmüz. Məşhur künyəsi isə Əbu Rafedir. O, Peyğəmbərin (s) azad etdiyi qullardan biri idi. Birinci Abbas ibn Əbdül-Müttəlibin qulu idi. Abbas da onu Peyğəmbərə (s) hədiyyə etmişdi. İbrahim Abbas İbn Əbdül-Müttəlibin İslamı qəbul etməsi müjdəsini Peyğəmbərə (s) müjdə verdikdə Peyğəmbər (s) onu azad etdi.1

O, Ühüd döyüşündən başqa Peyğəmbərlə (s) bütün qəzvələrdə (Peyğəmbərin (s) iştirak etdiyi müharibələrə deyilir) iştirak etmiş mühacirlərdən idi.2

O, sonralar Həzrət Əlinin (ə) də vəfalı səhabələrindən və ixlaslı şiələrindən olub. Belə ki, o, Cəməl, Siffeyn və Nəhrəvan müharibələrində cihad etmişdir. O, Həzrət Əmirulmöminin (ə) tərəfindən Kufənin xəzinədarı təyin olunmuşdu. Onun iki oğlu Abdullah və Əli Həzrət Əlinin (ə) katibləri idi.3 Onun Həzrət Əliyə (ə) qarşı sonsuz məhəbbəti və Həzrətin (ə) də onun haqqında dua etməsi barəsində bir dastan da nəql olunub.4 O, sonadək Həzrət Əliyə (ə) vəfadar qaldı, Həzrətin (ə) şəhadətindən sonra isə İmam Həsənə (ə) xidmət etməyə başladı.5


1Əl-İsabə, c. 7, s. 134; Qamus ər-rical, c. 1, s. 126

2Əl-İsabə, c. 7, s. 134; Qamus ər-rical, c. 1, s. 126

3Qamus ər-rical, c. 1, s. 127; Mucəm rical əl-hədis, c. 1, s. 175

4Rical Nəcaşi, s. 4; Qamus ər-rical, c. 1, s. 127

5Rical Nəcaşi, s. 4-5; Mucəm rical əl-hədis, c. 1, s. 72; Qamus ər-rical, c. 1, s. 146

Tərcümə etdi: Fərhad Mirzə

Рейтинг

В этом разделе