Peyğəmbər səhabəyə əmr edir, səhabə isə onun əmrini qəbul etməyib ona qarşı çıxır.

»»

Peyğəmbər səhabəyə əmr edir, səhabə isə onun əmrini qəbul etməyib ona qarşı çıxır.

Əl Qazi Ənsari, "Əhadisu-ş-şuyuxi-s-siqat" (Məşyəxəti-l-kubra) kitabı, 1097-ci səhifə.

Peyğəmbər və səhabələri xaric oldu. Biz həcc ehramında idik. Məkkəyə çatdıqda Peyğəmbər dedi: "Həccinizi ümrə qərar verin". Camaat dedi: "Ya Rəsuləllah biz artıq həcc ehramındayıq. Onu necə ümrə qərar verək."  Peyğəmbər (s) buyurdu: "Sizə əmr etdiyim şeyə fikir verin və ona əməl edin." Onlar onun sözünü qəbul etmədilər. Peyğəmbər əsəbləşdi və gedib Aişənin yanına daxil oldu. Aişə onun üzündəki qəzəbi gördü və dedi: "Səni kim qəzəbləndirib? Allah ona qəzəblənsin." Peyğəmbər dedi: "Necə qəzəblənməyim? Mən bir işə əmr edirəm, amma ona əməl olunmur."

isnadı səhihdir.

 

Рейтинг

В этом разделе