Muhəmməd ibn Əbdül-Vəhhabın səhabələri təhqir etməsi

»»

Muhəmməd ibn Əbdül-Vəhhabın səhabələri təhqir etməsi

Əziz oxucular! Çoxunuz xəbərdarsınız ki, sələfilərin şiələri zındıq, kafir adlandırmalarının səbəblərindən biri guya şiələrin səhabələrin hamısını(?!) təhqir etmələridir. Halbuki, şiə Allah Rəsulunun (sallallahu əleyhi və alihi) sadiq səhabələri barədə çox yüksək fikirdədir. Sözümüz bunda deyil.

Sizə təqdim edəcəyimiz məqalədə İbn Teymiyyə əqidəsini XVIII əsrdə təkarar dirildərək vəhhabilik ideologiyasını yaradıb müsəlmanların qanı bahasına yayan Muhəmməd ibn Əbdül-Vəhhabın bu günkü sələfilərin və klassik sünnilərin səhabə hesab etdiyi 2 şəxs barədə alçaldıcı ifadələr işlətdiyinin şahidi olacaqsınız. Görək sələfilər (vəhhabilər) öz şeyxlərini də təkfir edəcəklərmi?

Muhəmməd ibn Əbdül-Vəhhab “Muxtəsər Sirə ər-Rasul” kitabında deyir:

ذكر أهل العراق عثمان بالسوء وتكلموا فيه بكلام خبيث في مجلس سعيد بن عامر فكتب في أمرهم إلى عثمان. فكتب يأمره بإجلائهم إلى الشام. فلما قدموا على معاوية أكرمهم وتألفهم. ونصحهم. فأجابه متكلمهم بكلام فيه شناعة. ثم نصحهم فتمادوا في غيهم وجهالتهم وشرهم. فنفاهم معاوية عن الشام، وكانوا عشرة: كميل بن زياد، والأشتر النخعي - مالك بن يزيد -، وعلقمة بن قيس النخعي، وثابت بن قيس النخعي، وجندب بن زهير العامري، وجندب بن كعب الأزدي، وعروة بن الجعد، وعمرو بن الحمق الخزاعي، وصعصعة بن صوحان، وأخوه زيد بن صوحان، وابن الكواء. فأووا إلى الجزيرة. واستقروا بحمص حتى كانت الفتنة التي قادوها لقتل عثمان.

İraq camaatı Osman barəsində pis danışdılar. Səid ibn Amirin məclisində onun barəsində xəbis sözlər dedilər. Səd onlar barədə Osmana yazdı. Osman ona cavab yazıb bildirdi ki, onları Şama göndərsin. Elə ki, onlar (Şama) Müaviyənin yanına gəldilər, Müaviyə onlarla hörmətlə və mehribanlıqla davrandı. Onlara nəsihət etdi. İçlərində onların adından danışan şəxs Müaviyəyə çirkin bir şəkildə cavab verdi. Sonra Müaviyə (yenidən) onlara nəsihət etdi, lakin onlar öz azğınlıqlarında, cəhalətlərində və şərlərində qalmaqda davam etdilər. Müaviyə də onları Şamdan sürgün etdi. Onlar on nəfər idilər: Kumeyl ibn Ziyad, əl-Əştər ən-Nəxai (Malik ibn Yəzid), Əlqəmə ibn Qeys ən-Nəxai, Sabit ibn Qeys ən-Nəxai, Cundəb ibn Zuheyr əl-Amiri, Cundəb ibn Kəb əl-Əzdi, Urvə ibn əl-Cəd, Əmr ibn əl-Həməq əl-Xuzai, Sasan ibn Sauhan və onun qardaşı Zeyd ibn Sauhan, İbn əl-Kəva. Onlar “Cəzirəyə” sığındılar və Homsda qərarlaşdılar. Nəhayət, Osmanın qətlə yetirilməsi üçün başçılıq etdikləri fitnə baş tutdu.

 

Fotoşəkil: Muhəmməd ibn Əbdül-Vəhhab, Muxtəsər Sirə ər-Rasul, səh.314; təhqiq: Əbdür-Rəhman ibn Nasir əl-Bərrak, Əbdül-Əziz ibn Abdullah əl-Racihi və Muhəmməd əl-Əli əl-Bərrak

Tarixdən məlumdur ki, Cundəb ibn Kəb əl-Əzdi və Əmr ibn əl-Həməq əl-Xuzai səhabə olmuşlar. Deməli, vəhhabiliyin banisi Muhəmməd ibn Əbdül-Vəhhab Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) səhabələrinə “azğın”, “cahil”, “şər insan” deyir.

Elə isə sual veririk: sizin nəzərinizdə Peyğəmbər səhabələrini təhqir edənin, səhabələrdən biri barədə pis söz danışan və onu alçaldan şəxsin hökmü nədir?

Biz sizə bunun üçün iki mənbə göstərməklə kifayətlənəcəyik:

Birinci: İbn Həcər “əl-İsabə fi təmyiz əs-səhabə” kitabında belə deyir:

ثم روي بسنده الي أبي زرعة الرازي ، قال : اذا رأيت الرجل ينتقص أحداً من أصحاب رسول الله صلى الله عليه وسلم ، فاعلم أنه زنديق ؛ ... وهم زنادقة .

Sonra o (Xətib əl-Bağdadi) öz sənədi ilə Əbu Zəra ər-Razidən belə nəql edir: Əgər bir nəfərin Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) səhabələrindən biri barəsində pis danışdığını görsən, bil ki, o şəxs zındıqdır... (Səhabə barədə pis danışanlar) zındıqdılar.

 

Fotoşəkil: İbn Həcər əl-Əsqəlani, əl-İsabə fi təmyiz əs-səhabə, s.238, r.1308; əl-Məktəbə əl-Əsriyyə, Beyrut, 1433/2012

İkinci: Əbu Bəkr Əhməd ibn Muhəmməd əl-Xəllal “əs-Sünnə” kitabında belə nəql edir ki, Əbu Abdullah, yəni Əhməd ibn Hənbəl deyib:

...من تنقص أحداً من أصحاب رسول الله صلى الله عليه وسلم ، فلا ينطوي الا على بلية ، وله خبيئة سوء

...Yalnız çirkin daxilə sahib olan kəs Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) səhabələrindən biri barəsində pis danışa bilər.

 

Fotoşəkil: Əbu Bəkr Əhməd ibn Muhəmməd əl-Xəllal, əs-Sunnə, c. 2, səh.307, hədis 378; Dar ər-Rəya, Riyad, Səudiyyə Ərəbistanı, 1410/1989; təhqiq: Ətiyyə əz-Zəhrani

Görəsən, Muhəmməd ibn Əbdül-Vəhhabın Cündəb ibn Kəb və Əmr ibn əl-Həməqə nisbət verdiyi “cahil”, “şər” “azğın” kimi sözlər səhabə barəsində pis danışmaq və onları alçaltmaq deyilmi? Elə isə, əhli-sünnə vəl-cəmaə məzhəbinə görə Muhəmməd ibn Əbdül-Vəhhab zındıq və çirkin batinə sahib birisi sayılır.

Bəli, həmişəki kimi, vəziyyətdən çıxmaqdan ötrü bəziləri Cündəb ibn Kəbin səhabəliyi barədə şəkk ortaya atmışlar. Biz aşağıda Cündəb ibn Kəbin səhabə olmasını isbat edəcəyik. Və ardıyca onun səhabə olması ilə bağlı atılan cılız şübhəyə cavab verəcəyik. Tövfiqimiz Allahu-təaladandır.

Üstəlik, fərq etməz, hətta Cündəb ibn Kəbin səhabə olmadığını desək belə, yenə də Muhəmməd ibn Əbdül-Vəhhabın əhli-sünnə nəzərində zındıq və çirkin batinə sahib birisi olması sabit olur. Çünki, Cündəb ibn Kəbin səhabə olması sübuta yetməsə belə Əmr ibn Həməq əl-Xuzainin səhabəliyi sübuta yetmişdir.

Hər bir halda, Cündəb ibn Kəbin səhabə olmasına dəlil olaraq aşağıdakıları deyirik:

I. Zəhəbi “Siyər əlam ən-Nubəla” əsərində “səhabələr” bölməsində onun adını qeyd edərək deyir:

جُنْدُبٍ الأَزْدِيِّ، أَبِي عَبْدِ اللهِ * (ت)
فَذَاكَ: جُنْدُبُ بنُ عَبْدِ اللهِ. وَيُقَالُ: جُنْدُبُ بنُ كَعْبٍ. أَبُو عَبْدِ اللهِ الأَزْدِيُّ، صَاحِبُ النَّبِيِّ -صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ -.
رَوَى عَنِ: النَّبِيِّ -صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ - وَعَنْ: عَلِيٍّ، وَسَلْمَانَ الفَارِسِيِّ.
حَدَّثَ عَنْهُ: أَبُو عُثْمَانَ النَّهْدِيُّ، وَالحَسَنُ البَصْرِيُّ، وَتَمِيْمُ بنُ الحَارِثِ، وَحَارِثَةُ بنُ وَهْبٍ.
قَدِمَ دِمَشْقَ، وَيُقَالُ لَهُ: جُنْدُبُ الخَيْرِ، وَهُوَ الَّذِي قَتَلَ المُشَعْوِذَ.
رَوَى: خَالِدٌ الحَذَّاءُ، عَنْ أَبِي عُثْمَانَ النَّهْدِيِّ: أَنَّ سَاحراً كَانَ يَلْعَبُ عِنْدَ الوَلِيْدِ بنِ عُقْبَةَ الأَمِيْرِ، فَكَانَ يَأْخُذُ سَيْفَهُ، فَيَذْبَحُ نَفْسَهُ وَلاَ يَضُرُّهُ. فَقَامَ جُنْدُبٌ إِلَى السَّيْفِ، فَأَخَذَهُ، فَضَرَبَ عُنُقَهُ، ثُمَّ قَرَأَ: {أَفَتَأْتُوْنَ السِّحْرَ وَأَنْتُم تُبْصِرُوْنَ (1)} [الأَنْبِيَاءُ: 3] .
إِسْمَاعِيْلُ بنُ مُسْلِمٍ: عَنِ الحَسَنِ، عَنْ جُنْدُبِ الخَيْرِ، قَالَ: قَالَ رَسُوْلُ اللهِ -صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ -: (حَدُّ السَّاحِرِ ضَرْبُهُ بِالسَّيْفِ (2)) .
ابْنُ لَهِيْعَةَ: عَنْ أَبِي الأَسْوَدِ: أَنَّ الوَلِيْدَ كَانَ بِالعِرَاقِ، فَلَعِبَ بَيْنَ يَدَيْهِ سَاحِرٌ، فَكَانَ يَضْرِبُ رَأْسَ الرَّجُلِ، ثُمَّ يَصِيْحُ بِهِ، فَيَقُوْمُ خَارِجاً، فَيَرْتَدُّ إِلَيْهِ رَأْسُهُ. فَقَالَ النَّاسُ: سُبْحَانَ اللهِ! سُبْحَانَ اللهِ! وَرَآهُ رَجُلٌ مِنْ صَالِحِي المُهَاجِرِيْنَ، فَلَمَّا كَانَ مِنَ الغَدِ اشْتَمَلَ عَلَى سَيْفِهِ، فَذَهَبَ لِيَلْعَبَ، فَاخْتَرَطَ الرَّجُلُ سَيْفَهُ، فَضَرَبَ عُنُقَهُ، وَقَالَ: إِنْ كَانَ صَادِقاً، فَلْيُحْيِي نَفْسَهُ. فَسَجَنَهُ الوَلِيْدُ، فَهَرَّبَهُ السَّجَّانُ لِصَلاَحِهِ (3) .

Cundəb əl-Əzdi: o, Cundəb ibn Abdullahdır, həmçinin demişlər: Cundəb ibn Kəbdir. Əbu Abdullah əl-Əzdi. Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) səhabəsidir.

Peyğəmbərdən, Əlidən və Salman əl-Farisidən nəql etmişdir.

Əbu Osman ən-Nəhədi, Həsən əl-Bəsri, Təmim ibn əl-Haris və Harisə ibn Vəhəb də ondan hədis nəql etmişlər.

Dəməşqə gəlmişdir. Ona Cundəb əl-Xeyr də deyirlər. Hoqqabazı (sehirbazı) öldürən odur.

Xalid əl-Həzza, Əbu Osman ən-Nəhədidən belə nəql edir: Bir sehirbaz əmir Vəlid ibn Uqbənin hüzurunda oynayırdı. O, qılıncını götürüb öz başını kəsir, lakin ona bir şey olmurdu. Bu zaman Cundəb qalxıb qılıncı götürdü və onun boynunu vurdu. Sonra bu ayəni oxudu: “Gözünüz görə-görə sehirəmi uyursunuz?” (Ənbiya surəsi, 3).

İsmayıl ibn Müslim Həsəndən, o da Cündəbdən belə nəql etmişdir: Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) buyurdu: “Sehr edənin (cəza) həddi qılıncla vurulmasıdır.”

İbn Ləhiə Əbul-Əsvəddən nəql edir ki: Vəlid İraqda idi. Bir sehrbaz onun qarşısında oynamağa başladı. O bir şəxsin boynunu vurur, sonra isə onu səsləyirdi. O şəxs ayağa qalxırdı və o onun başını yerinə qaytarırdı. Camaat (bunu görüncə) dedilər: “Sübhanallah, sübhanallah!” Bunu mühacirlərin saleh şəxslərindən biri gördü. Səhəri gün olunca (həmin sehirbaz) qılıncına sarılaraq oynamaq üçün (Vəlidin hüzuruna) gəldi. O şəxs (Cündəb) qılıncını sıyırdı və onun boynunu vurdu. Və dedi: “Əgər doğruçu idisə, özünü diriltsin!” Budan sonra Vəlid onu həbs etdirdi. Lakin, salehliyinə görə zindanın gözətçisi onu qaçırdı (qaçmasına şərait yaratdı).

Daha sonra Zəhəbi Əbu Mixnəfdən növbəti bir rəvayət qeyd edir ki, bu rəvayətdə deyilir:

فَرَأَى جُنْدُبُ بنُ كَعْبٍ ذَلِكَ، فَأَخَذَ سَيْفاً، وَأَتَى

Cündəb ibn Kəb bunu gördü. Qılıncını götürüb gəldi...

Daha sonra Zəhəbi deyir:

وَقَالَ أَبُو عُبَيْدٍ: جُنْدُبُ الخَيْرِ: هُوَ جُنْدُبُ بنُ عَبْدِ اللهِ بنِ ضَبَّةَ، وَجُنْدُبُ بنُ كَعْبٍ: هُوَ قَاتِلُ السَّاحِرِ

Əbu Ubeyd demişdir: “Cundəb əl-Xəyr: O, Cundəb ibn Abdullah və Cundəb ibn Kəbdir: O, sehibazı qətlə yetirən şəxsdir.

 

Fotoşəkil: Şəmsuddin əz-Zəhəbi, Siyər əlam ən-nubəla, c.3, s.175-177; Muəssiə ər-Risalə, Beyrut, 1996/1417; təhqiq: Şueyb əl-Arnaut

Deməli, əz-Zəhəbi Cündəb əl-Əzdi adlı şəxsin tərcümeyi-halında bunları deyir:

1. Cundəb əl-Əzdi adlı bu şəxs Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) səhabəsidir.

2. Bu şəxsə həm də Cundəb ibn Kəb və Cundəb əl-Xeyr də deyirlər.

3. O, sehrbazı qətlə yetirən şəxsdir.

4. Xalid əl-Həzzanın rəvayətində sehrbazı öldürən şəxsin adının Cündəb olduğu bildirilir.

5. Əbu Ləhiədən nəql edilən rəvayətda sehrbazı öldürən Cündəb adlı bu şəxsin mühacirlərdən, yəni, səhabələrdən olduğu bildirilir.

6. Əbu Mixnəfdən nəql edilən rəvayətdə sehrbazı öldürən və səhabə olan bu Cündəb adlı şəxsin tam adının Cündəb ibn Kəb olduğu bildirilir.

7. Zəhəbi Əbu Ubeyddən nəql edir ki, sehrbazı öldürən şəxs məhz Cündəb ibn Kəbdir.

Deməli bütün bunlardan belə nəticə əldə edilir ki: Cündəb əl-Əzdi adlı peyğəmbər səhabəsi elə sehirbazı qətlə yetirən Cündəb ibn Kəbdir. Bunu, Zəhəbinin “həmçinin demişlər ki, o, Cündəb ibn Kəbdir” - sözü, daha sonra Xalid əl-Həzzanın, Əbu Ləhiənin və Əbu Mixnəfin rəvayətləri və ən sonda da Əbu Ubeydin sözü təsdiq edir.

II. İbn Həcər əl-Əsqəlani “Təhzib ət-Təhzib” kitabında deyir:

جندب" الخير الأزدي العامري قاتل الساحر يكنى أبا عبد الله له صحبة يقال أنه جندب بن زهير ويقال جندب بن عبد الله ويقال جندب بن كعب بن عبد الله ...

Cundəb əl-Xeyr əl-Əzdi əl-Amiri. Sehrbazın qatili. Künyəsi Əbu Əbdillahdır. Səhabədir. Demişlər ki, o Cundəb ibn Zuheyrdir, (həmçinin) demişlər ki, Cundəb ibn Abdullahdır, həmçinin də demişlər ki, Cundəb ibn Kəb ibn Abdullahdır...

وقال البخاري وابن مندة جندب بن كعب قاتل الساحر وقال علي بن المديني هو جندب بن زهير وقال البغوي يشك في صحبته وقال الطبراني اختلف في صحبته أخرج له الترمذي حديثه وصحح أن وقفه أصح

Buxari və İbn Məndə demişdir ki, Cundəb ibn Kəb sehrbazın qatilidir.

Əli əl-Mədaini demişdir: “o, (yəni: Cündəb əl-Əzdi) Cündəb ibn Züheyrdir.” Əl-Bəğəvi də demişdir: “onun səhabəliyi barədə şəkk edilir.” Təbərani “onun səhabə olması barədə ixtilaf edilmişdir”, – demişdir. Tirmizi onun bir hədisini qeyd etmişdir və demişdir ki, səhih olan bu hədisin məvquf1 hədis olmasıdır.

Sonra deyir:

قلت ذكر العسكري أنه مات في خلافة معاوية وذكره بن حبان في ثقات التابعين وقد ذكرنا في المعرفة ما يدل على صحبته.

Deyirəm: “Əl-Əskəri qeyd etmişdir ki, o Müaviyənin xilafəti zamanında ölmüşdür. İbn Hibban onu siqə tabeinlər içərisində qeyd etmişdir. Biz “əl-Mərifə” kitabında onun səhabə olmasına dəlalət edən (dəlilləri) qeyd etmişik.

 

Fotoşəkil: İbn Həcər əl-Əsqəlani, Təhzb ət-təhzib, c.2, s.318; Musəssiə ər-Risalə, Beyrut; təhqiq: İbrahim əl-Zəybəq və Adil Murşid

Deməli, İbn Həcər Cündəb əl-Əzdi adlı şəxsin tərcümeyi halında bunları deyir:

1. Cündəb əl-Xeyr adlı şəxs səhabədir.

2. Bu şəxs sehrbazın qatilidir.

3. Buxari və İbn Məndə sehrbazın qatili olan bu səhabənin əsl adının Cündəb ibn Kəb olduğunu demişlər.

Deməli, burada deyilənlərdən də belə başa düşürük ki, Cündəb ibn Kəb elə həmin Cündəb əl-Əzdidir və səhabədir.

III. İbn Həcər “əl-İsabə fi təmyiz əs-Səhabə” kitabında deyir:

جندب بن كعب بن عبد اللَّه بن جزء بن عامر بن مالك بن دهمان الأزديّ الغامديّ، أبو عبد اللَّه وربما نسب إلى جدّه، وهو جندب الخير، وهو قاتل السّاحر. تقدم في ترجمة جندب بن زهير.

قال ابن حبّان: جندب بن كعب الأزديّ له صحبة، وقال أبو حاتم: جندب بن كعب قاتل الساحر...

وروى البخاريّ في «تاريخه» ...من طريق عاصم، عن أبي عثمان، قال: قتله جندب بن كعب.


Cündəb ibn Kəb ibn Abdullah
ibn Cuz ibn Amir ibn Malik ibn Dəhman əl-Əzdi əl-Ğamidi: Əbu Abdullah. Bəzən babasına da nisbət verilir (Cündəb ibn Abdullah da deyilir). O, Cündəb əl-Xeyrdir və sehrbazın qatilidir. Necə ki, Cündəb ibn Züheyrin tərcümeyi-halında qeyd edildi.2

İbn Hibban demişdir: “o, səhabə olmuşdur.”

Əbu Hatəm demişdir: “Cündəb ibn Kəb sehrbazın qatilidir...”

Buxari öz “Tarix”ində Asimdən, o da Əbi Osmandan nəql etmişdir ki, sehrbazı Cündəb ibn Kəb öldürmüşdür.

 

Fotoşəkil: İbn Həcər əl-Əsqəlani, əl-İsabə fi təmyiz əs-səhabə, s.238, r.1308; əl-Məktəbə əl-Əsriyyə, Beyrut, 1433/2012

Daha sonra İbn Həcər Cündəb barəsində Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) hədis buyurmasını və Osmanın bu hədisi yada salmasını qeyd edir. Daha sonra İbn əs-Səkəndən nəqlən Vəlid ibn Uqbənin Cündəbi zindana salması və daha sonra zindan gözətçisinin onu azad buraxması hadisəsini nəql edir. Və burada göstərir ki, zindan gözətçisi onu azadlığa buraxarkən belə bir şer oxuyur:

أفي مضرب السّحّار يسجن جندب ... ويقتل أصحاب النّبيّ الأوائل

Məgər sehrbazı öldürmək üstündə də Cündəb zindana atılarmı?

Və Peyğəmbərin ilkin səhabələri qətlə yetirilərmi?

 

Fotoşəkil: İbn Həcər əl-Əsqəlani, əl-İsabə fi təmyiz əs-səhabə, s.239, r.1308; əl-Məktəbə əl-Əsriyyə, Beyrut, 1433/2012

Elə isə, bu deyilənlərdən də bir daha açıq-aşkar aydın olur ki, Cündəb ibn Kəb Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) səhabəsidir. Deyilənləri kompleks şəkildə nəzərə aldıqda şübhə üçün ən kiçik yer belə qalmır. Buna əsasən, Cündəb ibn Kəb, Cündəb əl-Əzdi, Cündəb əl-Xeyr və Cündəb ibn Abdullah eyni şəxsdirlər. Sadəcə olaraq, bu şəxsin adı gah nisbəsi ilə (əl-Əzdi), gah ləqəbi ilə (əl-Xeyr), gah da babasının adı ilə (ibn Abdullah) zikr edilmişdir.

Bəs görəsən nə üçün bəziləri belə iddia etmişlər ki, Cündəb ibn Kəbin səhabə olması məsələsi şübhəlidir?

Bizim araşdırmamıza əsasən, qarşı tərəfin nümayəndələri buna əsas kimi üç mənbəni təqdim edirlər. Biz aşağıda bu mənbələrlə dəlil gətirməyin batilliyini və orada qeyd olunanların əsassızlığını sübut edəcəyik. Hörmətli oxucu özü görəcək ki, dəlil gətirilən bu sözlərin heç bir əhəmiyyəti yoxdur və belə şeylərdən yapışaraq vəziyyətdən çıxmağa çalışmaq, suda boğulanın qurtulmaqdan ötrü saman çöpündən yapışmasından fərqli deyildir.

Dəlil göstərilən mənbələr aşağıdakılardır:

Birinci mənbə: Dəlil göstərilən birinci mənbə İbn Həcər əl-Əsqəlaninin “Təhzib ət-Təhzib” əsəridir. Burada (yuxarıda da qeyd olunduğu kimi) İbn Həcər Cündəb əl-Əzdinin tərcümeyi-halı qeyd edir. Biz bilmirik, ərəb dili anlayışının olmamasındanmı, yoxsa dərindən tədqiqat aparmağa tənbəllik etməkdənmi, müxaliflər İbn Həcərin sözündən düzgün nəticə çıxara bilməmişlər. Belə ki, İbn Həcər deyir:

وقال علي بن المديني هو جندب بن زهير وقال البغوي: يشك في صحبته وقال الطبراني اختلف في صحبته اخرج له الترمذي حديثه وصحح أن وقفه اصح.

Əli ibn əl-Mədaini demişdir: O (yəni: Cündəb əl-Əzdi adlı şəxs) Cündəb ibn Züheyrdir. Əl-Bəğəvi də demişdir: onun səhabəliyi barədə şəkk edilir. Təbərani “onun səhabə olması barədə ixtilaf edilmişdir”, – demişdir. Tirmizi onun bir hədisini qeyd etmişdir və demişdir ki, səhih olan bu hədisin məvquf hədis olmasıdır.

İbn Həcər əl-Əsqəlani, əl-İsabə fi təmyiz əs-səhabə, s.238, r.1308; əl-Məktəbə əl-Əsriyyə, Beyrut, 1433/2012

Müxaliflər İbn Həcərin nəql etdiyi “Əl-Bəğəvi də demişdir ki, onun səhabəliyi barədə şəkk edilir” – cümləsində belə başa düşmüşlər ki, güya söhbət Cündəb ibn Kəbdən gedir. Halbuki, bu başdan ayağa yanlış təsbitdir və hətta, elmi cəhətdən bağışlanmaz xəta sayılır!

Belə ki, səhabəliyi barədə şəkk edilən kəs Cündəb ibn Kəb deyil, Cündəb ibn Züheyrdir. Bu, o qədər aşkardır ki, bunun üçün əlavə dəlil gətirməyə ehtiyac yoxdur. Ərəb dilindən azca anlayışı olanlar üçün məsələ tamamilə aydındır. Lakin, biz tam arxayınlıq yaransın deyə, elə İbn Həcərin özünün “əl-İsabə” kitabında Cündəb ibn Züheyrin tərcümeyi halında dediyi sözləri sizə təqdim edirik. Oxucu bir qədər diqqət edərsə, həqiqət tamamilə aşkar olar.

İbn Həcər Cündəb ibn Züheyrin tərcümeyi-halında deyir:

قال ابن عبد البرّ: ذكر الزبير أن جندب بن زهير هذا هو قاتل السّاحر. والصحيح أنه غيره.

İbn Əbdül-Birr demişdir: “Zübeyr demişdir ki, Cündəb ibn Züheyr sehirbazın qatilidir. Halbuki, səhih olan budur ki, sehirbazın qatili o deyildir.4

Sonra İbn Əbdül-Birr deyir:

واختلف في صحبة جندب بن زهير، وتكلموا في حديثه من أجل السري بن إسماعيل.

Cündəb ibn Züheyrin səhabə olması barədə ixtilaf edilmişdir. Onun Səriy ibn İsmayıl barədə nəql etdiyi hədis barəsində bəzi sözlər demişlər.

 

Fotoşəkil: İbn Həcər əl-Əsqəlani, əl-İsabə fi təmyiz əs-səhabə, s.236-237, r.1308; əl-Məktəbə əl-Əsriyyə, Beyrut, 1433/2012

Gördüyünüz kimi, məsələ tamamilə ortadadır və əlavə şərhə ehtiyac duymuruq. Səhabəliyi barədə ixtilaf edilən şəxs, məhz Cündəb ibn Züheyrdir, Cündəb ibn Kəb deyil. Buna əsasən, Cündəb ibn Kəbin səhabə olması məsələsi öz qüvvəsində qalır.

İkinci və üçüncü mənbə: Muhəmməd əl-Cəvahiri, “əl-Mufid min mucəm ricalil-hədis”, səh.119 da Cündəb ibn Kəbin tərcümeyi-halında belə deyir:

2396 - 2395 - 2404 - جندب بن كعب: قاتل أهل الشام، شك في صحبته، - من أصحاب رسول الله (ص) - مجهول -.


2396-2395-2404: Cündəb ibn Kəb: Şam əhli ilə döyüşmüşdür. Səhabəliyi barədə şəkk edilmişdir. Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) əshabındandır. Məchuldur.

 

Fotoşəkil: Muhəmməd əl-Cəvahiri, əl-Mufid min mucəm ricalil-hədis, səh.119; Müəssisə ət-Tarix əl-Ərəbi, Beyrut

“əl-Mufid min mucəm” kitabı Seyyid Xoinin (rəhiməhullah) “Mucəmu rical əl-hədis” kitabının xüsusi kriteriyada hazırlanmış kiçik xülasəsidir. Buna görə də “Mucəmu-rical əl-hədis” kitabının müəllifin qeyd etdiyi nömrələrinə müraciət etdikdə də eyni məlumatla qarşılaşırıq. Eyni məlumatın “Mucəmu-rical əl-hədis” kitabında da gəldiyini görürük. Yalnız, Seyyid Xoi “Mucəmu-rical əl-hədis” kitabında bu cümlənin sonuna “Ricaluş-Şeyx, 14” (رجال الشيخ 14) sözünü əlavə etmişdir. Yəni, bu qeyd olunan məlumat, Şeyx Tusinin (quddisə sirruh) “ər-Rical” kitabının 14-cü səhifəsində (Seyyid Xoinin əlindəki nüsxəyə əsasən) gəlmişdir. Biz Şeyxin (quddisə sirruh) “ər-Rical” kitabına müraciət etdikdə də burada yalnızca belə deyildiyinin şahidi oluruq:

(جندب) * بن كعب قاتل أهل الشام شك في صحبته.

Şam əhli ilə döyüşmüşdür. Səhabəliyi barədə şəkk edilmişdir.

 

Fotoşəkil: Şeyx ət-Tusi, ər-Rical, səh.33; Muəssisə ən-naşir əl-İslamiyyə, Qum, 1373 h.

Biz deyirik: Zahir budur ki, Şeyx Tusinin (quddisə sirruh) qeyd etdiyi “səhabəliyi barədə şəkk edilmişdir” sözü xəta ilə deyilmiş bir sözdür. Görünür, Şeyx Tusi də Cündəb ibn Kəblə Cündəb ibn Züheyri səhv salmışdır. Biz heç bir alimimizin məsum olduğunu iddia etmirik. Şeyx Tusi də bir bəşərdir və səhv etməsi mümkündür. Təkcə o deyil, – daha öncə də qeyd edildiyi kimi – , başqaları da İbn Kəblə İbn Zübeyri səhv salmışlar. Bizə görə bunun əsasə səbəbi bu şəxslərin hər ikisinin Əzd qəbiləsindən olmaları, hər iksinin adının sonunda “əl-Ğamidi” sözünün olması və hər ikisinin də Siffeyn döyüşündə şəhid olmalarıdır. Doğrusunu Allah bilər.

Bundan əlavə, “Mucəmu rical əl-hədis” və “əl-Mufid min mucəm rical əl-hədis” kitabında qeyd olunan məlumatların cümlə quruluşu üstünlüyün Cündəb ibn Kəbin səhabə olmasından yana olduğunu göstərir. Belə ki, deyilir:

“Səhabəliyi barədə şəkk edilmişdir. Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) əshabındandır. Məchuldur.”

Gördüyünüz kimi, sanki “səhabəliyi barədə şəkk edilmişdi” sözü, ikinci dərəcəli söz olaraq qeyd edilmişdir. Sabit olan isə, onun səhabədən olmasıdır.

Üstəlik, siz yuxarıda rical alimlərinin Cündəb ibn Kəb barədə dediyi sözlərlə tanış oldunuz; sizin üçün aydın oldu ki, Cündəb ibn Kəbin səhabəliyi Zəhəbi, Tirmizi, İbn Həcər, Abdullah ibn Abdul-Muhsin kimi alimlər tərəfindən təsdiq edilmişdir. Habelə, bütün mənbələr Cündəb əl-Əzdi adlı şəxsin Peyğəmbər səhabəsi olduğunu və sehrbazı qətlə yetirən şəxs olduğunu bildirmişdir. İbn Həcər, Zəhəbi, Tirmizi, Buxari, İbn Əbdül-Birr, İbn Məndə, Əbu Hatəm, Əbu Ubeyd, Əbu Mixnəf və başqaları da bildirmişlər ki, sehrbazı qətlə yetirən şəxs məhz elə Cündəb ibn Kəbdir. Buna əsasən, belə nəticə alırıq ki, Cündəb əl-Əzdi elə Cündəb ibn Kəbdir və dolayısı ilə də Cündəb ibn Kəb səhabədir.


1 Hədis növlərindən biridir. (Müt.)
2 Bu sözün nə anlama gəldiyini az sonra izah edəcəyik, inşəAllah. (Red.)
3 Az öncə də qeyd edildi ki, İbn Həcər Cündəb ibn Kəbin tərcümeyi-halını qeyd edərkən deyir: “O, Cündəb əl-Xeyrdir və sehrbazın qatilidir. Necə ki, Cündəb ibn Züheyrin tərcümeyi-halında qeyd edildi.” Yəni, Cündəb ibn Züheyrin tərcümeyi-halında qeyd edildi ki, sehrbazın qatili İbn Züheyr yox, məhz İbn Kəbdir. (Müt.)

313news.net

Рейтинг

В этом разделе