Əhli-sünnə alimi İbn əl-Cəuzinin səhabəni təhqir etməsi

»»

Əhli-sünnə alimi İbn əl-Cəuzinin səhabəni təhqir etməsi

İbn əl-Cəuzi yazır:

وَقد رويت أَحَادِيث فِي ذمّ عُثْمَان: الحَدِيث الأول: أَنْبَأَنَا الْمُبَارَكُ بْنُ عَلِيٍّ قَالَ أَنْبَأَنَا شُجَاعُ بْنُ فَارِسٍ قَالَ أَنْبَأَنَا أَبُو طَاهِرٍ مُحَمَّدُ بْنُ أَحْمَدَ الأُشْنَانِيُّ قَالَ أَنْبَأَنَا عَلِيُّ بْنُ أَحْمَدَ بْنِ عُمَرَ الْحَمَامِيُّ قَالَ أَنْبَأَنَا عَلِيُّ بْنُ مُحَمَّدِ بْنِ أَبِي قَيْسٍ قَالَ حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ عُبَيْدٍ الْقُرَشِيُّ قَالَ حُدِّثْتُ عَنْ كَامِلُ بْنُ طَلْحَةَ قَالَ حَدَّثَنَا ابْنُ لَهِيعَةَ قَالَ حَدَّثَنَا يَزِيدُ بْنُ عَمْرٍو الْمَعَافِرِيُّ أَنَّهُ سَمِعَ أَبَا ثَوْرٍ الْفَهْمِيُّ قَالَ: قَدِمْتُ عَلَى عُثْمَانَ فَصَعَدَ ابْنُ عُدَيْسٍ مِنْبَرَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَقَالَ أَلا إِنَّ عبد الله بْنَ مَسْعُودٍ حَدَّثَنِي أَنَّهُ سَمِعَ رَسُول الله صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: " أَلا إِنَّ عُثْمَانَ أضلّ من عَيبه على فعلهَا [عُتْبَةَ عَلَى قَفْلِهَا] فَدَخَلْتُ عَلَى عُثْمَانَ فَأَخْبَرْتُهُ فَقَالَ: كَذَبَ وَاللَّهِ ابْنُ عُدَيْسٍ مَا سَمِعَهَا مِنِ ابْنِ مَسْعُودٍ وَلا سَمِعَهَا ابْنُ مَسْعُودٍ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ".

Osmanın məzəmməti barədə bir sıra hədislər nəql edilmişdir:

Birinci hədis: ...Yəzid ibn Əmr əl-Məafiri nəql etdi ki, Əbu Saur əl-Fəhminin belə dediyini eşitmişdir: “(Mədinəyə) Osmanın yanına gəlmişdim. İbn Udeys Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) minbərinə çıxıb dedi: “Bilin, Abdullah ibn Məsud mənə nəql etdi ki, Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) belə buyurduğunu eşitmişdir: Həqiqətən də Osman qıfılını itirmiş sandıqdan daha pis vəziyyətdədir.1” Mən Osmanın yanına daxil olub bunu ona dedim. Osman dedi: “Allaha and olsun, İbn Udeys yalan deyib. O İbn Məsuddan belə bir şey eşitməyib, İbn Məsud da Allah Rəsulundan (sallallahu əleyhi [və alihi] və səlləm) belə bir şey eşitməyib.”

Hədisin ardınca İbn əl-Cauzi deyir:

هَذَا حَدِيث لَا نشك فِي أَنه كذب ولسنا نحتاج إِلَى الطعْن فِي الروَاة وَإِنَّمَا هُوَ من تخرص ابْن عديس.

Bu, elə bir hədisdir ki, biz onun yalan olmasına şübhə etmirik. Ravilərə tənə etməyə ehtiyac duymuruq, bu məhz İbn Udeysin uydurduğu şeydir (və innəma huvə min təxarrus-İbni Udeys).

Mühəqqiq Dr. Nurəddin Cilar haşiyədə yazır:

Ət-təxərrus: yəni, batil sözlə yalan danışmaq. Ağac altında beyət edən və Peyğəmbərə (sallallahu əleyhi [və alihi] və səlləm) səhabəlik edən böyük bir səhabə barədə bu cür kobud söz demək doğru deyildir. Allah İbn əl-Cövzinin xətasından keçsin və onu bağışlasın. İbn Həcər “əl-İsabə”də demişdir: “O, Əbdür-Rəhman ibn Udeys ibn Əmr ibn Kilab ibn Duhman ibn ibn Muhəmməd əl-Bəlvidir. Peyğəmbərə (sallallahu əleyhi [və alihi] və səlləm) səhabəlik edib, ondan hədis eşidib, Misirin fəthində iştirak edib. Şəcərə (ağac) altında beyət (Rizvan beyəti) edənlərdən idi. Fitnə vaxtı Misirdən Osmanı (öldürmək üçün) gələn qoşunun başçısı olmuşdur.”


1 Rəvayətin bu cümləsi barədə çoxlu ixtilafar mövcuddur. Biz bu tərcüməni münasib bildik. Başqa oxunuşlara və rəylərə əsasən tərcümə belə də ola bilər: “Osman çöllükdə itən dəvədən daha pis vəziyyətdədir”, həmçinin: “Osman, kəsilmək üçün üç ayağı bağlanan, lakin bu vəziyyətdə qaçan, lakin ən sonda yorulub arxası üstə yıxılan dəvədən daha pis vəziyyətdədir.” (Müt.)

 

Fotoşəkil: Əbul-Fərəc Əbdür-Rəhman ibn Əli ibn əl-Cəuzi, əl-Mauduat, c.2, səh.88-89; Dar əl-Ədva əs-Sələf, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1417/1997; təhqiq: Dr. Nurəddin ibn Şukri ibn Əli Buya Cilar

Qeyd:

Göründüyü kimi, İbn əl-Cəuzi rəvayətin yalan olduğunu və bunun İbn Udeys tərəfindən uydurulduğunu deyir. Buna əsasən, İbn əl-Cəuzi İbn Udeysi kəzzab bilir. Əbdür-Rəhman ibn Udeys ibn Əmr əl-Bəlvi isə səhabədir, Beyəti-Rizvanda iştirak etmişdir. Buna həm mühəqqiqin qeydləri şahidlik edir, həm də dəlil olaraq aşağıdakı mənbələrə baxa bilərsiniz:

İbn Həcər əl-Əsqəlaninin "əl-İsabə" kitabından dəlil

Şəmsuddin əz-Zəhəbinin "Tarixul-İslam" kitabından dəlil

İbn Əbd əl-Birrin "əl-İstiab" kitabından dəlil

İbn Əbi Hatimin "əl-Cərh vət-Tədil" kitabından dəlil

Əbu Nueym əl-İsfahaninin "Mərifət əs-səhabə" kitabından dəlil

Buna əsasən, İbn əl-Cauzi Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) səhabəsinə kəzzab (yalançı) demişdir. Elə isə İbn əl-Cauzinin hökmü nədir?

Рейтинг

В этом разделе