Sələfilərin "əqidəni Quranla sübut et" iddiasına cavab

»»

Sələfilərin "əqidəni Quranla sübut et" iddiasına cavab

Sələfilərin tez-tez işlətdikləri sözlərdən biri də “əqidəni Quranla sübut et”, “Qurandan sübut etmədiyin müddətcə əqidə sabit olmur” kimi sözlərdir. Lakin onların imamları Nasiruddun əl-Albani özünün “Vucubul-əxz bi hədisil-ahad fil-əqidə” (“Əqidə sahəsində xəbəri-vahidləri qəbul etməyin vacibliyi”) adlı kitabında onların bu müddəalarını puça çıxararaq deyir:

ذهب بعضهم إلى أنه لا تثبت العقيدة إلا بالدليل القطعي، بالآية أو الحديث المتواتر تواترًا حقيقيًّا، إن كان هذا الدليل لا يحتمل التأويل، وادّعى أن هذا ممّا اتفق عليه عند علماء الأصول، وأن أحاديث الآحاد لا تفيد العلم وأنها لا تثبت بها عقيدة.
وأقول : إن هذا القول، وإن كنا نعلم أنه قد قال بعض المتقدمين من علماء الكلام، فإنه منقوض من وجوه عديدة
:
الوجه الأول : أنه قول مبتدع محدث، لا أصل له في الشريعة الإسلامية الغراء، وهو غريب عن هدي الكتاب وتوجيهات السنة، ولم يعرفه السلف الصالح رضوان الله تعالى عليهم، ولم ينقل عن أحد منهم


Onlardan biri belə demişdir ki, əqidə yalnız və yalnız qəti dəlil ilə: ayə və ya həqiqi təvatür həddinə çatmış mütəvatir hədislə sabit ola bilər. Özü də bu dəlil təvil qəbul etməz olmalıdır. Və iddia etmişdir ki, bu məsələ üsul alimləri nəzərində ittifaq olunmuş məsələlərdəndir. Demişdir ki, xəbəri vahidlər elm hasil etmirlər və onlarla əqidə sabit olmaz.

Deyirəm: Hərçənd ki, biz bəzi qədim kəlam alimlərinin bu sözü dediklərini bilirik, lakin bu söz bir neçə cəhətdən batildir:

Birinci cəhət: Bu söz sonradan ortaya çıxan bidət sözdür. Onun nurlu İslam şəriətində heç bir əsası yoxdur. O, Quranın hidayətindən və sünnənin göstərişlərindən kənar bir sözdür. Sələfi-saleh (ridvanullahi-təala əleyhim) onu tanımamışlar1 və onların heç birindən (belə bir söz) nəql edilməmişdir.


1 Onlar arasında belə bir söz mövcud və ya məşhur olmayıb. Müt.

 

Fotoşəkil: Nasiruddin əl-Albani, Vucubul-əxz bi hədisil-ahad fil-əqidə, səh.5.

Göründüyü kimi, Albaninin sözünə əsasən, hətta xəbəri-vahidlə də əqidə sabit olur.

Рейтинг

В этом разделе