Sələfi (vəhhabi) şeyxi əl-Əlbani və "Həvəb itləri" hədisinin izahı

»»

Sələfi (vəhhabi) şeyxi əl-Əlbani və "Həvəb itləri" hədisinin izahı

Bu kiçik məqalədə sələfilərin (vəhhabilərin) daima bir yolla müdafiə etməyə çalışdıqları bir məsələyə aydınlıq gətirməyə çalışacağıq.

İbn Əbi Şeybə yazır:

حدثنا أبو أسامة قال حدثنا إسماعيل عن قيس قال: لما بلغت عائشة بعض مياه بني عامر ليلا نبحت الكلاب عليها، فقالت: أي ماء هذا؟ قالوا: ماء الحوأب. فوقفت فقالت: ما أظنني إلا راجعة. فقال لها طلحة والزبير: مهلا رحمك الله، بل تقدمين فيراك المسلمون فيصلح الله ذات بينهم.قالت: ما أظنني إلا راجعة، إني سمعت رسول الله (ص) قال لنا ذات يوم: (كيف بإحداكن تنبح عليها كلاب الحوأب)

Bizə Əbu Üsamə nəql edib dedi: bizə İsmayıldan, o da Qeysdən nəql edib dedi:

Aişə gecə vaxtı Bəni-Amir qəbiləsinin quyuları olan əraziyə çatdıqda, oradakı itlər onun üstünə hürməyə başladılar. Aişə dedi: “Bura haradır?”. Dedilər: “Həvəbdir”. Bu zaman Aişə dayanıb dedi: “Mən qayıtmalıyam”. Təlhə və Zübeyr ona dedilər: “Bir dur, Allah sənə rəhmət eləsin. Əksinə, yoluna davam etməlisən ki, müsəlmanlar səni görsünlər və Allah onlar arasında barışıq yaratsın”. Lakin Aişə dedi: “Mən qayıtmalıyam. Bir gün Allah rəsulunun bizə belə dediyini eşitdim: “Görəsən, Həvəb itləri sizdən birinin üstünə hürəndə necə olacaq?”.”

 

İbn Əbi Şeybə, “Əl-Müsənnəf”, c.14, səh.242, №38767; Məktəbətur-Rüşd, ər-Riyad, 1425/2004; təhqiq: Həməd ibn Abdullah əl-Cuma və Muhəmməd ibn İbrahim əl-Luheydan

İbn Həcər deyir:

وأخرج هذا أحمد وأبو يعلى والبزار، وصححه ابن حبان والحاكم، وسنده على شرط الصحيح

“Bu hədisi Əhməd, Əbu Yəla və Bəzzar nəql etmiş, İbn Hibban və Hakim səhih bilmişlər. Hədisin sənədi Buxarinin şərtinə əsasəndir”.

 

İbn Həcər əl-Əsqəlani, “Fəthul-Bari fi şərh Səhihul-Buxari”, c.16, səh.516; Dar Teybə, ər-Riyad, 1426/2005; təhqiq: Nədr Muhəmməd əl-Fəryabi

Həmçinin, İbn Şeybə bu hədisin ardınca eyni səhih sənədlə belə nəql edir:

حدثنا أبو أسامة قال حدثنا إسماعيل عن قيس قال:قالت عائشة لما حضرتها الوفاة: ادفنوني مع أزواج النبي عليه السلام فإني كنت أحدثت بعده حدثا

Bizə Əbu Üsamə nəql edib dedi: bizə İsmayıldan, o da Qeysdən nəql edib dedi:

Aişə vəfat edən vaxt belə dedi: “Məni Peyğəmbərin xanımlarının yanında dəfn edin. Mən Peyğəmbərdən sonra (xoşagəlməz və ya bidət) bir iş gördüm”.

 

İbn Əbi Şeybə, “Əl-Müsənnəf”, c.14, səh.242-243, №38768; Məktəbətur-Rüşd, ər-Riyad, 1425/2004; təhqiq: Həməd ibn Abdullah əl-Cuma və Muhəmməd ibn İbrahim əl-Luheydan

Sələfilərin (vəhhabilərin) məşhur şeyxlərindən olan Nasiruddin əl-Əlbani birinci hədis barəsində belə deyir:

وجملة القول أن الحديث صحيح الإسناد، ولا إشكال في متنه خلافا لظن الأستاذ الأفغاني، فإن غاية ما فيه أن عائشة رضي الله عنها لما علمت بالحوأب كان عليها أن ترجع، والحديث يدل أنها لم ترجع! وهذا مما لا يليق أن ينسب لأم المؤمنين.
وجوابنا على ذلك: أنه ليس كل ما يقع من الكمل يكون لائقا بهم، إذ لا عصمة إلا لله وحده، والسني لا ينبغي له أن يغالي فيمن يحترمه حتى يرفعه إلى مصاف الأئمة الشيعة المعصومين
!
ولا نشك أن خروج أم المؤمنين كان خطأ من أصله ولذلك همت الرجوع حين علمت بتحقق نبؤة النبي صلى الله عليه وسلم عند الحوأب، ولكن الزبير رضي الله عنه أقنعها بترك الرجوع بقوله "عسى الله أن يصلح بك بين الناس" ولا نشك أنه كان مخطئا في ذلك أيضا
.
والعقل يقطع بأنه لا مناص من القول بتخطئة إحدى الطائفتين المتقاتلتين اللتين وقع فيهما مئات القتلى ولا شك أن عائشة رضي الله عنها المخطئة لأسباب كثيرة وأدلة واضحة،ومنها ندمها على خروجها، وذلك هو اللائق بفضلها وكمالها، وذلك مما يدل على أن خطأها من الخطأ المغفور بل المأجور. قال الإمام الزيلعي في "نصب الراية" ( 4 / 69 - 70 ) : "وقد أظهرت عائشة الندم، كما أخرجه ابن عبد البر في "كتاب الإستيعاب" عن ابن أبي عتيق وهو عبد الله بن محمد بن عبد الرحمن بن أبي بكر الصديق قال: قالت عائشة لابن عمر: يا أبا عبد الرحمن ما منعك أن تنهاني عن مسيري؟ قال: رأيت رجلا غلب عليك - يعني ابن الزبير - فقالت: أما والله لو نهيتني ما خرجت انتهى".
ولهذا الأثر طريق أخرى فقال الذهبي في "سير النبلاء" ( 78 - 79 ) : "وروى إسماعيل بن علية عن أبي سفيان بن العلاء المازني عن ابن أبي عتيق قال: قالت عائشة: إذا مر ابن عمر فأرنيه، فلما مر بها قيل لها: هذا ابن عمر، فقالت: يا أبا عبد الرحمن ما منعك أن تنهاني عن مسيري؟ قال
: رأيت رجلا قد غلب عليك، يعني ابن الزبير".
وقال أيضا: "إسماعيل بن أبي خالد عن قيس قال: قالت عائشة وكانت تحدث نفسها أن تدفن في بيتها، فقالت
: إني أحدثت بعد رسول الله صلى الله عليه وسلم حدثا، ادفنوني مع أزواجه، فدفنت بالبقيع رضي الله عنها. قلت: تعني بالحدث مسيرها يوم الجمل، فإنها ندمت ندامة كلية، وتابت من ذلك. على أنها ما فعلت ذلك إلا متأولة قاصدة للخير، كما اجتهد طلحة بن عبد الله والزبير بن العوام وجماعة من الكبار رضي الله عن الجميع".
وأخرج البخاري في صحيحه عن أبي وائل قال: ولما بعث علي عمارا والحسن إلى الكوفة ليستنفرهم خطب عمار فقال: إني لأعلم أنها زوجته في الدنيا والآخرة، ولكن الله ابتلاكم لتتبعوه أو إياها
"

“Xülasə, hədisin sənədi səhihdir və ustad Əfqaninin düşündüyündən fərqli olaraq, onun mətnində heç bir problem yoxdur. Ustad Əfqaniyə görə, Aişə (Allah ondan razı olsun) Həvəb itləri məsələsini bildikdə, qayıtmalı imiş, amma hədisə əsasən, qayıtmamışdır. Belə bir şey də möminlərin anasına yaraşmır!

Buna cavabımız belədir ki: böyük şəxslərin heç də bütün işləri onlara yaraşan işlər olmur. Allahdan başqa heç kəs xətadan uzaq deyildir. Sünni olan kəs hörmət etdiyi şəxslər barədə ifrata varıb onları şiələrin məsum imamları səviyyəsinə qaldırmamalıdır.

Biz möminlərin anasının evindən çıxıb döyüşə yollanmasının kökündən yanlış bir iş olmasında şübhə etmirik. Məhz buna görədir ki, elə onun özü Peyğəmbərin Həvəb məntəqəsi ilə bağlı öncədən verdiyi xəbərin reallaşdığını görüncə, geri qayıtmaq istəmişdir. Lakin Zübeyr (Allah ondan razı olsun) “bəlkə Allah sənin vasitənlə camaatı barışdırar”, - deyərək onu fikrindən döndərmişdir. Biz Zübeyrin də bu işdə xətalı olması barəsində şübhə etmirik.

Ağıl qəti şəkildə – bir-biri ilə döyüşən və aralarında yüzlərlə insanın həyatını itirdiyi iki dəstədən birinin xətakar hesab edilməsinə hökm edir. Şübhəsiz ki, Aişə (Allah ondan razı olsun) çoxlu səbəblərə və aydın dəlillərə əsasən, xətakar idi. Belə aydın dəlillərdən biri Aişənin evindən çıxıb döyüşə yollanmasına görə peşiman olmasıdır – əlbəttə, onun fəzilətinə və kamalına yaraşan da elə budur (peşiman olmasıdır) və bu ona dəlalət edir ki, onun xətası bağışlanan, hətta savab yazılan xətalardandır (!) –.

İmam Zeyləi “Nasbur-rayə” kitabında (4/69-70) deyir:

“Aişə peşiman olduğunu bildirmişdir. Bunu İbn Əbdülbərr “Əl-İstiab” kitabında İbn Əbi Ətiqdən nəql etmişdir. Həmin rəvayətdə bildirilir ki, Aişə ibn Ömərə belə deyir:

“Ey Əbdürrəhmanın atası, niyə (Cəmələ gedərkən) məni yolumdan saxlamadın?” İbn Ömər deyir: “Bir nəfərin – yəni, İbn Zübeyrin – sənə hakim kəsildiyini gördüm.” Aişə deyir: “Allaha and olsun, əgər məni çəkindirsəydin, getməzdim”.

Bu rəvayətin başqa bir sənədi də vardır. Zəhəbi “Siyərun-nübəla” kitabında (78-79) belə deyir:

“İsmayıl ibn Əlyə İbn Əbu Ətiqdən belə nəql etmişdir: Aişə (mənə) dedi: İbn Ömər burdan keçəndə, mənə xəbər elə.” İbn Ömər onun yanından keçəndə, “bu, İbn Ömərdir”, - dedilər. Aişə dedi: “Ey Əbdürrəhmanın atası, nə üçün məni yolumdan saxlamadın?”. Dedi: “Bir nəfərin sənə hakim kəsildiyini gördüm – yəni, İbn Zübeyrin –.”

Həmçinin, Zəhəbi yazır:

“İsmayıl ibn Əbu Xalid Qeysdən belə nəql etmişdir: Aişə vəfat edərkən öz evində dəfn edilməsini istəyərək belə dedi: “Mən Allah rəsulundan sonra bir iş etdim. Məni onun xanımlarının yanında dəfn edin.”

Vəfat etdikdə Bəqidə dəfn edildi.”

Deyirəm: Aişə “bir iş” sözü ilə Cəmələ yola düşməsini nəzərdə tutmuşdur. O, bu işinə görə tam peşiman olmuş və tövbə etmişdir, hərçənd ki, o bu işi məhz təvil (götür-qoy) edərək və xeyir məqsədi güdərək etmişdi (!). Eynən Təlhə ibn Abdullah, Zübeyr ibn əl-Əvvam və digər bir qrup böyük səhabənin ictihad etdiyi kimi.”

Buxari “Səhih” kitabında Əbu Vaildən belə nəql etmişdir:

Əli camaatı hərbi hazırlığa gətirmək üçün, Əmmar və Həsəni Kufəyə göndərəndə, Əmmar camaata xütbə edib belə dedi: “Mən bilirəm ki, o (Aişə) Peyğəmbərin dünya və axirətdə həyat yoldaşıdır. Lakin Allah sizin Ona yoxsa, o qadına tabe olacağınızı görmək üçün sizi imtahana salmışdır”.

 

Nasiruddun əl-Əlbani, Silsilətul-əhadisis-səhihə, c.1, səh.854-855; “Məktəbətül-məarif”, ər-Riyad, 1415/1995

Qeydlər:

1. Əlbani Aişə xanımın, o cümlədən Təlhə və Zübeyrin İmam Əliyə (əleyhissəlam) qarşı çıxarkən səhv etdiklərini etiraf edir.

2. Əlbaninin etirafına əsasən, Aişə xanım Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) öncədən etdiyi xəbərdarlığı bilə-bilə Peyğəmbərin sözünə deyil, Zübeyrin sözünə itaət etmişdir.

3. Əlbani sünniləri hörmət etdikləri şəxslər barədə ifrata varmaqdan çəkindirdiyi halda, bir neçə sətir sonra özü Aişə xanımın Allahın və Peyğəmbərin əmrindən çıxmasına görə savab qazandığını iddia etməklə onun barəsində ifrata varmışdır. (bax: “...bu ona dəlalət edir ki, onun xətası bağışlanan, hətta savab yazılan xətalardandır”).

4. Əlbani Aişənin etdiyi “xəta”nın bağışlanan, hətta savab yazılan xəta olduğunu iddia etdiyi halda, Qurani-Kərim Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) xanımlarına etdikləri günahlara görə iki qat əzab veriləcəyini vəd etmişdir. Allah-taala Əhzab surəsinin 30-cu ayəsində belə buyurmuşdur: “Siz ey Peyğəmbərin zövcələri! Sizdən hansı biriniz açıq-aşkar bir çirkin (günah) iş görsə, onun əzabı ikiqat olar. Bu, Allah üçün asandır!”.

5. İbn Kəsirin etirafına görə, Cəməl döyüşündə azı 10 minə yaxın insan həyatını itirmişdir (“Əl-Bidayə vən-nihayə”: 10/474 , rəqəmlər müxtəlifdir). Elə isə minlərlə insanın qanına bais olan bir şəxsin günahı necə savab yazılan bir günah sayıla bilər? Görəsən, Allahın və Peyğəmbərin əmrini çeynəyib minlərlə insanın ölümünə səbəb olmaq, savaba layiq bir işdirmi? Görəsən, belə bir iş tutmağı Aişə xanıma Allah göstəriş vermişdi, yoxsa Allah ona “(Ey Peyğəmbər xanımları) evlərinizdə qərar tutun!” (Əhzab surəsi, 33-cü ayə), - deyə əmr etmişdi? Görəsən, bunu Aişə xanıma Peyğəmbəri-Əkrəm göstəriş vermişdi, yoxsa Peyğəmbər onu Həvəb köpəkləri ilə çəkindirmişdi?! Elə isə hansı əsasla Aişə xanımın əməlinin “savaba layiq” əməl olduğunu iddia edə bilirsiniz?

313news.net
 
Рейтинг

В этом разделе