Kitabın adı: Təfsirul Kəbir
Müəllif: Fəxr Razi
"Fatihədən çıxarılan fiqhi məsələlər" bölməsi, səh: 213
İbn Məsuddan nəqlən: Qurandan Fatihəni və Müavvizəteyni (Fələq və Nas surələrini) atmışdır. (yəni öz müshəfinə salmamışdır). Buna hüsni zənnlə baxmaq lazımdır.
əs-Suyuti "İtqan fi ulumil-Quran" kitabında "Surə, ayə, kəlimə və hərflərin sayı barədə" yazır:
وفي مصحف ابن مسعود مائة واثنتا عشرة سورة لأنه لم يكتب المعوذتين وفي مصحف أبيّ بن كعب في مصحفه فاتحة الكتاب والمعوذتين واللهم إنا نستعينك واللهم إياك نعبد وتركهن ابن مسعود.
وكتب عثمان منهم فاتحة الكتاب والمعوذتين.
النوع التاسع عشر في عدد سوره وآياته وكلماته وحروفه
İbn Məsudun "Mushəf"ində (yazdığı Quranda) 112 surə var idi. Çünki o, "muavvizəteyn"i (Fələq və Nas surələrini) yazmamışdır. Ubeyy bin Ka`bin "Mushəf"ində "Fatihətul-kitab", "muavvizəteyn", "allahummə innə nəstə`inuk"(xəl` surəsi) və "Allahummə iyyakə nə`bud"(həfd surəsi) var idi. İbn Masud onları (surələri) tərk etmişdi.
Osman onlardan "Fatihətul-kitab"ı və "Muavvizəteyn"i yazdı.
Maraqlıdır İbn Məsud Quranı təhrif edərək 112 surədən ibarət Quranı qəbul edib, yoxsa Ubeyy bin Ka`b təhrif edərək 116 surədən ibarət Qurana etiqad edib? Bəlkə təhrifçinin ən böyüyü Osmandır ki, namazda Həfd və Xəl surələrini oxuduğu halda, öz Quranında onları ixtisara salıb?
Əhli-sünnə mənbələrindən Quran təhrifinə nümunə olaraq səhabə İbn Məsudun Quranını göstərmək olar. Yuxarıda Suyutinin "İtqan" təfsirindən müşahidə etdik ki, İbn Məsudun "Mushəf"i 112 surədən ibarət idi. Səhabə İbn Məsud "əl-Fələq" və "ən-Nas" surələrinin Quranın bir hissəsi olduğunu qəbul etmirdi.
Birdən kimsə fikirləşər ki, ola bilsin İbn Məsud elmi olmayan səhabələrdən olub və bu haqda xəta edib. Onun şəxsiyyəti barədə sadəcə olaraq Buxarinin "Səhih"inə baxmaq kifayətdir. İxtisar üçün ən qısasına nəzər salaq:
اسْتَقْرِئُوا الْقُرْآنَ مِنْ أَرْبَعَةٍ مِنْ عَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ، وَسَالِمٍ مَوْلَى أَبِي حُذَيْفَةَ، وَأُبَىِّ بْنِ كَعْبٍ، وَمُعَاذِ بْنِ جَبَلٍ
(Peyğəmbər s.a.s. buyurur:) Quranı 4 nəfərdən öyrənin: Abdullah bin Məsud, Əbu Huzeyfənin azad etdiyi qul Salimdən, Ubeyy bin Ka`b və Muaz b. Cəbəldən.
Səhih Buxari "Abdullah bin Məsudun mənaqibləri" fəsli 3806-cı hədis.
Həmçinin:
حَدَّثَنَا عُمَرُ بْنُ حَفْصٍ، حَدَّثَنَا أَبِي، حَدَّثَنَا الأَعْمَشُ، حَدَّثَنَا مُسْلِمٌ، عَنْ مَسْرُوقٍ، قَالَ قَالَ عَبْدُ اللَّهِ ـ رضى الله عنه ـ وَاللَّهِ الَّذِي لاَ إِلَهَ غَيْرُهُ مَا أُنْزِلَتْ سُورَةٌ مِنْ كِتَابِ اللَّهِ إِلاَّ أَنَا أَعْلَمُ أَيْنَ أُنْزِلَتْ وَلاَ أُنْزِلَتْ آيَةٌ مِنْ كِتَابِ اللَّهِ إِلاَّ أَنَا أَعْلَمُ فِيمَ أُنْزِلَتْ، وَلَوْ أَعْلَمُ أَحَدًا أَعْلَمَ مِنِّي بِكِتَابِ اللَّهِ تُبَلِّغُهُ الإِبِلُ لَرَكِبْتُ إِلَيْهِ.
Abdullah bin Məsud deyir: And olsun O Allaha ki, Ondan başqasına ibadət etmək olmaz! Quranda elə bir surə yoxdur ki, mən bilməyim o harada nazil olub. Quranda elə bir ayə yoxdur ki, mən bilməyim o kimin haqqında nazil olub. Əgər mən kiminsə Quranı məndən yaxşı bildiyini öyrənsəydim və o kəs dəvənin gedə biləcəyi məsafədə olsaydı mən onun yanına gedərdim.
Səhih Buxari kitab 66 "Quranın fəziləti", bab 8 "Peyğəmbər (s) səhabələrindən qarilər", hədis 5053
Bunları nəzərə alaraq əhli-sünnətdən (əsasən vəhhabilərdən) soruşmaq lazımdır ki:
Nəyə görə peyğəmbərinizin əmrinə itaət edib Quranı İbn Məsud və Ubeyy bin Ka`bdən öyrənmirsiniz, yəni Quranınız ya 112 yada ki, 116 surə olmamalıdır?
İbn Masud rəvayətdə öndə gəldiyindən 112 surəlı "vəhhabi Quranı" daha əzəmətli olmazmı?
Əhli-sünnətin ulu Quran ustadı İbn Məsudun "muavvizəteyn" Quran surələri hesab etməməsi o qədər məşhur bir məsələdir ki, hətta dəlilə belə ehtiyyac yoxdur. Lakin, bu haqda bir neçə rəvayət daha gətirmək olar:
حدثني محمد بن الحسين بن أشكاب حدثنا محمد بن أبي عبيدة بن معن حدثنا أبي عن الأعمش عن أبي إسحاق عن عبد الرحمن بن يزيد قال كان عبد الله يحك المعوذتين من مصاحفه [ ص: 130 ] ويقول إنهما ليستا من كتاب الله تبارك وتعالى قال الأعمش وحدثنا عاصم عن زر عن أبي بن كعب قال سألنا عنهما رسول الله صلى الله عليه وسلم قال فقيل لي فقلت
.............Əbdur-Rəhman b. Yezid dedi: Abdullah (b. Məsud) "muavvizeteyn"i (Əl-Fələq və ən-Nas surələrini) öz "Mushəf"lərindən silərək deyərdi: Bunlar (əl-Fələq və Ən-Nas surələri) Allah Təbərakə və Taalanın "Kitab"ından deyildir. A`məş dedi: Asim bizə Zərdən o da Ubeyy b. Ka`bdən xəbər verərək dedi: Rasulallahdan (s.a.s.) dən onlar (muavvizəteyn) barədə soruşdum. Dedi: Mənə deyildi məndə dedim.
Əhməd b. Hənbəl "Musnəd" 5/130 20683-cü hədis
أخبرنا وكيع عن سفيان الثوري عن أبي إسحاق عن عبد الرحمن بن يزيد قال: رأيت عبد الله يحك المعوذتين من المصحف
ويقول: لا تخلطوا به ما ليس منه
Vəki` Sufyan Sauridən, o, Əbu İshaqdan o, da Əbdur-Rəhman b. Yeziddən bizə xəbər verdi. Dedi: Abdullahın "muavvizəteyn"i "mushəf"dən silərək belə dediyini gördüm:" Ondan (Qurandan) olmayanı ona qarışdırmayın!
Əş-Şafi "Kitabul-Umm" "Əli ilə Abdullah b. Məs`udun r.a. ixtilafı" "Həddlər" fəsli
حدثنا أبو الأحوص عن أبي إسحاق عن عبد الرحمن بن يزيد قال رأيت عبد الله محا المعوذتين من مصاحفه وقال لا تخلطوا فيه ما ليس منه
Əbul-Əhvas Əbu İshaqdan, o da Əbdur-Rəhman b. Yeziddən bizə xəbər verdi: Dedi: Abdullah (b. Məsud) "muavvizeteyn"i (Əl-Fələq və ən-Nas surələrini) öz "Mushəf"lərindən sildi və dedi: Ondan (Qurandan) olmayanı ona qarışdırmayın!
İbn Əbi Şeybə "Musənnəf" "Muavvizəteyn haqqında" 30205-ci hədis
حَدَّثَنَا عَلِيُّ بْنُ عَبْدِ اللَّهِ، حَدَّثَنَا سُفْيَانُ، حَدَّثَنَا عَبْدَةُ بْنُ أَبِي لُبَابَةَ، عَنْ زِرِّ بْنِ حُبَيْشٍ، وَحَدَّثَنَا عَاصِمٌ، عَنْ زِرٍّ، قَالَ سَأَلْتُ أُبَىَّ بْنَ كَعْبٍ قُلْتُ يَا أَبَا الْمُنْذِرِ إِنَّ أَخَاكَ ابْنَ مَسْعُودٍ يَقُولُ كَذَا وَكَذَا. فَقَالَ أُبَىٌّ سَأَلْتُ رَسُولَ اللَّهِ صلى الله عليه وسلم فَقَالَ لِي قِيلَ لِي. فَقُلْتُ، قَالَ فَنَحْنُ نَقُولُ كَمَا قَالَ رَسُولُ اللَّهِ صلى الله عليه وسلم.
......Zər dedi: Ubeyy b. Ka`bdən soruşdum: Ey Əba Munzir, qardaşın İbn Məsud bu cür və bu cür deyir. Ubeyy dedi: Rasulallahdan s.a.s. (bu haqda) soruşdum cavabında mənə dedi: "Mənə deyildi mən də dedim." Dedi: Biz Rasulallah s.a.s. necə deyibsə o cür deyirik.
Səhih Buxari "ən-Nas surəsinin təfsiri" 5029-cu hədis
Fikir verin Buxari öz ən`ənəsinə sadiq qalaraq İbn Məsudun "muavvizəteyn"i Qurandan hesab etməməsini gizlədərək "bu cür və bu cür" deyir. O bunu nə qədər ört-basdır etməyə çalışsa da əl-Heysəmi açıq-aydın bu hədisin "Səhih"də mövcud olduğunu bildirir.
Heysəmi "Məcməuz-Zəvaid"də yazır:
وعن عبد الرحمن بن يزيد - يعني النخعي - قال: كان عبد الله يحك المعوذتين من مصاحفه ويقول: إنهما ليستا من كتاب الله تبارك وتعالى. رواه عبد الله بن أحمد والطبراني ورجال عبد الله رجال الصحيح ورجال الطبراني ثقات
Əbdur-Rəhman b. Yeziddən--yə`ni Ən-Nəx`idən--Dedi: Abdullah (b. Məsud) "muavvizeteyn"i (Əl-Fələq və ən-Nas surələrini) öz "Mushəf"lərindən silərək deyərdi: Bunlar (əl-Fələq və Ən-Nas surələri) Allah Təbərakə və Taalanın "Kitab"ından deyildir.
Bunu Abdullah b. Əhməd və ət-Təbərani rəvayət etmişdir. Abdullahın ricalları "Səhih"in ricallarıdır. Ət-Təbəraninin ricalları saqadırlar (e`timadlıdırlar)
وعن زر قال: قلت لأبي: إن أخاك يحكهما من المصحف؟ قيل لسفيان: ابن مسعود؟ فلم ينكر. قال: سألت رسول الله صلى الله عليه وسلم فقال: "قيل لي فقلت". فنحن نقول كما قال رسول الله.
قلت: هو في الصحيح غير حكهما من المصحف.رواه أحمد والطبراني ورجال أحمد رجال الصحيح.
Zər dedi: Ubeyydən soruşdum:" Qardaşın onları "Mushəf"dən silir? Sufyandan soruşuldu: "İbn Məs`ud?" O da inkar etmədi. Dedi: Rasulallahdan (s.a.s.) soruşdum. (cavabında) Dedi: "Mənə deyildi məndə dedim. Biz Rəsulallah dediyi(öyrətdiyi) kimi deyirik.
(Mən əl-Heysəmi)Deyirəm: Bu (hədis) "Səhih"də mövcuddur məgər ki, "onları "Mushəf"dən silir" (cümləsindən)-dən başqa.
Bunu Əhməd və ət-Təbərani rəvayət etmişdirlər. Əhmədin ricalları "Səhih"in ricallarıdır.
əl-Heysəmi "Məcməuz-Zəvaid" 7 cild "Muavvizəteyn haqqında" fəsli
İbn Həcər "Səhih"in şərhində sünnü damarını işə salıb Buxarini müdafiə etməyə çalışır.
قوله: (يقول كذا وكذا) هكذا وقع هذا اللفظ مبهما، وكان بعض الرواة ابهمه استعظاما له. واظن ذلك من سفيان فان الاسماعيلي اخرجه من طريقي عبد الجبار بن العلاء عن سفيان كذلك على الابهام، كنت اظن اولا ان الذي ابهمه البخاري لانني رايت التصريح به في رواية احمد عن سفيان ولفظه " قلت لابي ان اخاك يحكها من المصحف " وكذا اخرجه الحميدي عن سفيان ومن طريقه ابو نعيم في " المستخرج " وكان سفيان كان تارة يصرح بذلك وتارة يبهمه
"Bu cür və bu cür deyir" sözü mubhəm (aydın olmayan) şəkildə gəlib. Bəzi ravilər ona (İbn Məsuda) hörmət olaraq bunu gizlətmişlər. Zənn edirəm ki, bunu Süfyan etmişdir. Çünki əl-İsmaili bunu Əbduc-Cəbbar b. əl-A`lənin Sufyandan rəvayət etdiyi yolla bu cür mubhəm (aydın olmayan) şəkildə təxric etmişdir, əvvəl zənn edirdim ki, bunu aydın olmayan şəkildə rəvayət edən Buxaridir. Çünki mən Əhmədin Sufyandan olan rəvayətində bunu açıq-aydın şəkildə dediyini və "Ubeyydən soruşdum ki, qardaşın "Mushəf"dən onları silir" cümləsini gördüm. əl-Humeydi və Əbu Nueym "əl-Mustəxrəc"də də Sufyandan bu cür təxric etmişdirlər. Sufyan bunu gah gizli gah da ki, açıq-aydın şəkildə rəvayət edərmiş.
Deyək ki, Sufyan bunu gizlədib, özü də İbn Həcər demiş İbn Məsuda hörmət olaraq. Bəs onda nəyə görə növbəti dəfə bunu gizlətməyib? Bəlkə Sufyanın İbn Məsuda hörməti azalıb?
İsmaili də Buxarinin dalınca düşənlərdən olub. Buxari nə edibsə o da onu təkrarlayıb. Odur ki, böyük ehtimal yenə də Buxarinin ört-basdır etməsindədir.
İbn Həcər sonra yazır:
ولم يتابع ابن مسعود على ذلك أحد من الصحابة.
İbn Məsuda (bu məsələdə) səhabələrdən heç biri tabe tabe olmamışdı.
وقد تأول القاضي أبو بكر الباقلاني في كتاب " الانتصار " وتبعه عياض وغيره ما حكي عن ابن مسعود فقال: لم ينكر ابن مسعود كونهما من القرآن وإنما أنكر إثباتهما في المصحف، فإنه كان يرى أن لا يكتب في المصحف شيئا إلا إن كان النبي صلى الله عليه وسلم أذن في كتابته فيه، وكأنه لم يبلغه الإذن في ذلك، قال: فهذا تأويل منه وليس جحدا لكونهما قرآنا.
وهو تأويل حسن إلا أن الرواية الصحيحة الصريحة التي ذكرتها تدفع ذلك حيث جاء فيها: ويقول إنهما ليستا من كتاب الله
Əl-Qazi Əbu Bəkr əl-Baqilani "əl-İntisar" kitabında İbn Məsuddan hekayət olunanları təvil etmiş, İyaz və qeyriləri də onun yolu ilə getmişdilər. O, (əl-Baqilani) deyir: İbn Məsud onların Qurandan olduğunu inkar etməmişdir, onların yalnız "Mushəf"də yazılmasına qarşı olmuşdur. O, peyğəmbər s.a.s. yazılmasına icazə verdiyindən başqa "Mushəf"də nəyinsə yazılmasına qarşı idi. Sanki ona bu məsələdə izn verilməmişdir. Dedi: Bu ondan bir təvildir, Quran olmalarının inkarı (inanmaması) deyil.
Bu yaxşı təvildir. Lakin zikr etdiyim səhih (mənası) açıq-aydın rəvayət bunu (bu təvili) dəf edir. Belə ki, rəvayət bu cür gəlmişdir: "O, deyir ki, onların heç biri Allahın Kitabından deyildir".
Gördüyümüz kimi bu rəvayətləri təvil etmək istəyənlər buna müvəffəq olmamışlar. Çünki mənası açıq-aydındır. İbn Həcərin yuxaridakı sözləri bunu təsdiq edir.
وأما قول النووي في شرح المهذب: أجمع المسلمون على أن المعوذتين والفاتحة من القرآن، وأن من جحد منهما شيئا كفر، وما نقل عن ابن مسعود باطل ليس بصحيح، ففيه نظر، وقد سبقه لنحو ذلك أبو محمد بن حزم فقال في أوائل " المحلى ": ما نقل عن ابن مسعود من إنكار قرآنية المعوذتين فهو كذب باطل.
وكذا قال الفخر الرازي في أوائل تفسيره: الأغلب على الظن أن هذا النقل عن ابن مسعود كذب باطل.
والطعن في الروايات الصحيحة بغير مستند لا يقبل، بل الرواية صحيحة والتأويل محتمل
Ən-Nəvəvinin "Şərhul-Muhəzzəb"dəki ----"Musəlmanlar "muavvizəteyn" və "əl-Fatihə"nin Qurandan olmasında icma etmişlər, kim bunlardan bir şey inkar etsə küfr etmişdir. İbn Məsuddan rəvayət olunanlar isə batildir, doğru deyildir."---- sözünə gəldikdə isə bunda nəzərlər var. Ondan (ən-Nəvəvidən) əvvəl İbn Həzm buna bənzər sözü "əl-Muhəlla"nın əvvəlində söyləmişdir: "İbn Məsuddan muavvizəteynin Qurana məxsus olmasıni inkar etməsi barədə nəql olunanlar yalan və batildir."
Fəxr Razi də öz təfsirinin əvvəlində bu cür demişdir: "Çox güman ki, İbn Məsuddan nəql olunanlar yalan və batildir".
Səhih rəvayətlərə istinadsız tənə etmək qəbul olunmazdır, rəvayət səhihdir, təvil ehtimal olunur.
Burada isə İbn Həcərin rəvayətlərin zəif olduğunu iddia edən Fəxr Razi və İbn Həzmə etiraz etdiyini müşahidə edirik.
فقال: إن قلنا إن كونهما من القرآن كان متواترا في عصر ابن مسعود لزم تكفير من أنكرها، وإن قلنا إن كونهما من القرآن كان لم يتواتر في عصر ابن مسعود لزم أن بعض القرآن لم يتواتر. قال: وهذه عقدة صعبة.
(Fəxr Razi) Dedi: Əgər desək ki, İbn Məsud əsrində onların Qurandan olma məsələsi mütavatir idi, gərək onları inkar edəni təkfir edək, yox əgər desək ki, onların Qurandan olma məsələsi mütavatir deyildi, onda gərək Quranın bəzi hissələri təvatür olmasın. Bu çətin düyündür (dolaşıq məsələdir).
İbn Həcər "Fəthul-Bari" "Qul a`uzu birabbin-nas surəsi" fəsli
Fəxr Razinin bu cümlələrini diqqətlə oxusaq çox şey aydın olur.
İbn Məsudun "mushəf"i barədə vəhhabi sual-cavabı
السؤال
السلام عليكم
سمعت أن عبد الله بن مسعود رضي الله عنه لم يدخل سورتي الفلق والناس في مصحفه، ما سبب ذلك؟Sual: Eşitmişəm ki, Abdullah b. Məsud r.a. öz "Mushəf"inə Fələq və Nas surələrini daxil etməyib. Bunun səbəbi nədir?
الجواب
د. ناصر بن محمد الماجد
عضو هيئة التدريس بجامعة الإمام محمد بن سعود الإسلامية
الاربعاء 24 صفر 1425 الموافق 14 إبريل 2004Cavab: D. Naser b. Mühəmməd əl-Məcid
İmam Mühəmməd b. Səud adına islam universiteninin müəllimi
Çərşənbə 24 Səfər 1425 Hicri ili (14 aprel 2004-cü il)Qeyd: Vəhhabinin cavabında məhz bizə lazım olan nöqtələri tərcümə etməklə kifayətlənirik:
ما أشار إليه السائل الكريم عن ابن مسعود رضي الله عنه صحيح، إذ روي ذلك عنه بأسانيد حسان،
Sual verənin toxunduğu İbn Məsud haqqında məsələ doğrudur, bu (məsələ) ondan həsən sənədlərlə rəvayət olunub.
وبكل حال فإن هذا المروي عن ابن مسعود رضي الله عنه اجتهاد منه، بحسب ما انتهى إليه علمه،
Bütün hallarda, İbn Məsuddan (r.a.) rəvayət olunan onun ictihadıdır.
وهذا منه رضي الله عنه اجتهاد بحسب ما انتهى إليه علمه، وهو بشر غير معصوم يصيب ويخطئ، كما يصيب البشر ويخطئون، ولا عصمة لقول أحد بعد النبي – صلى الله عليه وسلم-
Bu Allah ondan razı olsun elminin çatdığı yerə qədər onun ictihadıdır. O, mə`sum olmayan insandır , necə ki, insanlar düz də edirlər xəta da, Onun da doğruları da olur xətaları da. Peyğəmbər s.a.s.-dən sonra heç kəsin sözü xətadan qorunmur.
Deməli Vəhhabiyə görə İbn Məsud ictihad edərək 2 surəni Qurandan hesab etməyib və nəticədə 112 surəli Quran onun ictihadıdır. Çox gözəl! Buxari də rəvayət etdi ki, Peyğəmbər s.a.s. müsəlmanlara Quran öyrənməyi birinci olaraq İbn Məsuddan başlamağı tövsiyyə edib və yaxud heç olmasa Ubeyy b. Ka`bdən. Yəni əhli-sünnətin əslində əlində ya 112, ya da 116 surəli Quranları olmalıdır. Yada ki, gərək ən azı hər ikisini təkfir edsinlər!
Abdullah b. Məsud sadəcə olaraq səhabələrdən biri deyildi. Əvvəlcə milli vəhhabilərimizin saytından nümunə:
ƏN GÖZƏL QURAN OXUYAN SƏHABƏ - ABDULLAH İBN MƏSUD
Sitat:
İbn Məsud (r.a) ilahi vəhyi birbaşa onu alan və tələffüz edən Peyğəmbərdən (s.a.s) öyrənmişdir. Buna görə də Qurani Kərimi ən yaxşı bilən və mükəmməl əzbərləyən səhabələrdəndir. Hər kəs onun bu xüsusiyyətini bilir və təqdir edirdi. Səhabələrin hamısı onun bu üstünlüklərini qəbul edirdilər. (Buxari, Fadailul-Ashabin–Nəbi, 37)O, Qurani-Kərimi Allah elçisindən öyrəndiyinə görə onun qiraətində bir mükəmməllik var idi. Rəsulullah (s.a.s) onun qiraətindən bəhs edər və tərifləyərdi.
عن ابن عباس : " قال : أي القراءتين ترون كان آخر قراءة ؟ قالوا : قراءة زيد ، قال : لا ! إن رسول الله صلى الله عليه وآله وسلم كان يعرض القرآن كل سنة على جبريل فلما كانت السنة التي قبض فيها عرضه عليه عرضتين فكانت قراءة ابن مسعود آخرهن
....İbn Abbas dedi: Qiraətlərdən hansı sonuncudur? Dedilər: Zeydin qiraəti. İbn Abbas dedi: Xeyr! Peyğəmbər s.a.s. hər il Quranı Cəbrailə göstərərdi. Vəfat etdiyi il 2 dəfə göstərdi. İbn Məsudun qiraəti sonuncusu idi.
"əl-Mustədrək alas-Sahiheyn" 2/230
əz-Zəhəbi də bu hədisin səhih olduğunu bildirmişdi. İbn Abbasdan olan başqa bir səhih rəvayətdə:
قال : أيّ القراءتـيّن تعدّون أوَّل ؟ قالوا : قراءة عبد الله . قال: لا ! بل هي الآخرة ، كان يعرض القرآن على رسول الله صلى الله عليه (وآله) وسلم في كل عام مرّة ، فلمّا كان العام الذي قبض فيه عرض عليه مرّتين فشهد عبد الله ، فعلم ما نسخ وما بُدِّل
İbn Abbas dedi: Hansı qiraət birinci hesab edirsiniz? Dedilər: Abdullahin(İbn Məsudun). İbn Abbas dedi: Xeyr! Onun qiraəti sonuncudur. Quran hər il Peyğəmbərə s.a.s. göstərilirdi. Vəfat etdiyi il isə 2 dəfə göstərildi. Abdullah da bunun şahidi olaraq nəyin nəsx olunduğunu nəyin dəyişdirildiyini bildi.
Əhməd b. Hənbəl "Musnəd" 5/141
Bu cür rəvayətlərdən İbn Həzmin "əl-Əhkam"ından, İbn Əbi Şeybənin "Musənnəf"indən və s. kitablardan çoxlu şahid gətirmək olar. Lakin qananlar üçün bu ikisi də kifayət edər. Etmirsə bir dənə də İbn Həcər Əsqalanidən gətirək:
ومن طريق مجاهد عن ابن عباس قال : أي القراءتين ترون كان آخر القراءة ؟ قال : قراءة زيد بن ثابت . فقال : لا ! إن رسول الله صلى الله عليه (وآله) وسلم كان يعرض القرآن كل سنة على جبريل فلما كان في السنة التي قبض فيها عرضه عليه مرتين ، وكانت قراءة بن مسعود آخرهما
Mucahidin təriqi ilə İbn Abbasdan. İbn Abbas dedi: Hansi qiraət sonuncudur? Dedi: Zeyd b. Sabitin qiraəti. İbn Abbas cavabinda dedi: Xeyr! Peyğəmbər s.a.s. hər il Quranı Cəbrailə göstərirdi. Vəfat etdiyi il isə 2 dəfə göstərdi. İbn Məsudun qiraəti ikisindən ən sonuncusudur.
"Fəthul-Bari" 9/46
Yazdığımız və yazmadığımız hədislərə əsasən İbn Məsud sonuncu Quranı görmüşdü. Deməli ən düzgün mushəf İbn Məsudun mushəfidir. Buna görə də o, Osmana və Zeyd b. Sabitə etiraz etməkdə haqqlı idi. Öz sözündə də sonuna kimi durdu. Çünki bunun əksini sübut etməyə heç yarım dənə də olsun hədis gətirə bilməzsiniz.
Bəzi axmaqlar bu surələr "İbn Məsuda təvatür yolu ilə çatmamışdır" deyərək guya məsələni həll etməyə çalışırlar. Onda bəs bu cür səhih hədisləri neyləyək? Bəlkə İbn Məsud dağda yaşayırdı ki, bu 2 kiçik surədən xəbərsiz idi? Yuxarıda qeyd etdiyimiz milli vəhhabilərimiz öz saytlarında yazırlar:
Sitat:
Bu gündən sonra İbn Məsud Peyğəmbərin (s.a.s) yanından ayrılmadı.İslamı qəbul edənlərin altıncısıdır. İslamı qəbul edəndən sonra həmişə Qurani-kərimi əzbərləmişdir. Əzbərlədiyi 70 surəni Peyğəmbərin (s.a.s) hüzurunda oxumuşdur. Səhabələr arasında da heç kimsə bu mövzuda onunla rəqabətə girməmişdir. Daha sonra Abdullah Quranın əvvəldən sonadək əzbərləmişdir.
Birini də biz əlavə edək. Vəhhabinin şeyxi əl-Albani "Səhih əl-Camius-Sağir" 1/254-də yazır:
اقتدوا بالذين من بعدي أبي بكر وعمر واهتدوا بـهدي عمار ، وما حدثكم ابن مسعود فاقبلوه
Məndən sonra Əbu Bəkr və Ömərə iqtida edin, Əmmarın hidayəti ilə hidayət olun, İbn Məsud da sizə nə hədis söyləsə qəbul edin!
İndi istər vəhhabilər, istərsə də əhli-sünnə zəhmət olmasa İbn Məsudun dedikləri ilə razılaşın. Boynunuza alın ki, sizə görə Quranda artırmalar var.
Yekunda isə İbn Quteybənin "Təvilu Muxtəlifil-Hədis" kitabından bir hissəni nəzərinizə çatdırırıq. Nəzərinizə çatdırırıq ki, İbn Quteybə əhli-sünnə hədis elminin bu sahəsində ilk kitab yazanlardandır.
وطعنه عليه لجحده سورتين من القرآن العظيم يعني المعوذتين فإن لابن مسعود في ذلك سببا والناس قد يظنون ويزلون وإذا كان هذا جائزا على النبيين والمرسلين فهو على غيرهم أجوز وسببه في تركه إثباتهما في مصحفه أنه كان يرى النبي صلى الله عليه وسلم يعوذ بهما الحسن والحسين ويعوذ غيرهما كما كان يعوذهما بأعوذ بكلمات الله التامة فظن أنهما ليستا من القرآن فلم يثبتهما في مصحفه وبنحو هذا السبب أثبت أبي بن كعب في مصحفه افتتاح دعاء القنوت وجعله سورتين لأنه كان يرى رسول الله صلى الله عليه وسلم يدعو بهما في الصلاة دعاء دائما فظن أنه من القرآن
İbn Məsuda tənə etməyinin səbəbi Qurandan iki surəni, yəni "muavvizəteyn"i inkar etməsi idi. İbn Məsudun isə bu cür etməyə səbəbi var idi. İnsanlar bəzən zənn edir, sonra zənnindən dönür. Əgər bu əməl nəbilərə və rəsullara caizdirsə digərlərinə xüsusən caizdir.
Peyğəmbərin (s) onlar vasitəsilə, eləcədə "Əuzu bikəlimətillah ət-tammə" vasitəsilə Həsən, Hüseyn və başqalarını qoruduğunu görməsi 2 surəni öz mushəfində yazmağı tərk etməsinin səbəbi idi. O, zənn etdi ki, bu 2 surə Qurandan deyil və buna görə də onları öz mushəfində yazmadı.
Ubey b. Ka`b də elə bu cür səbəbə görə qunut duasının girişini 2 surə kimi öz müshəfində yazmışdır. Çünki o, daim Peyğəmbərin (s) namaz vaxtı onları qunutda oxuduğunu görürdü və elə zənn etmişdi ki, onlar Quran surələridir.
İbn Quteybə "Təvilu Muxtəlifil-Hədis" Səh 30-31