Danyal peyğəmbər kimdir?

»»

Danyal peyğəmbər kimdir?

Danyal peyğəmbər adı Quranda gəlməyən, amma barəsində çoxlu rəvayətlər nəql edilən bir peyğəmbərdir. Əksər rəvayətlərə görə Babil hökmdarı Nevuxadnesarın müasiri olmuşdur. Danyal peyğəmbər ondan çoxlu zülm və əziyyət görmüşdür. Tarixdən məlum olduğu kimi (yeni) Babil imperiyası Əhəməni hökmdarı Kuruş (Kir) tərəfindən süquta uğradılmışdır.

Təfsirlərin birində deyilənə görə, “Kuruşun azad etdiyi şəhərlərdən biri də Babil şəhəri idi. Şəhər e.ə. 538-ci ildə azad edilmişdi. Kuruş şəhəri azad etdikdən sonra şəhərdə sürgündə olan yəhudilərin (Qüdsə) geri qaytarılmasını əmr etdi. Həmin vaxt Danyal Kuruşun divanında işləyirdi” (Hüccətüt-təfasir və bəlağul-iksir, Bəlaği: 1/204).

Bu faktları qəbul etdiyimiz təqdirdə o, təxminən 2500-2600 il əvvəl yaşamış olur. Lakin bəzi rəvayətlər onun Yəhya peyğəmbərdən sonra yaşadığını deyir. Bu rəvayətləri əsas götürdüyümüz təqdirdə o, təxminən 2000 il əvvəl yaşamış olur. LakinNuh peyğəmbər kimi bəzi peyğəmbərlərin uzunömürlü olduğunu nəzərə alaraq, Danyal peyğəmbərin də uzunömürlü peyğəmbərlərdən olduğunu demək olar və belə olunca hər iki qrup rəvayətlər doğru sayılar (Biharul-ənvar, Məclisi: 14/355).

İranın Səmit şəhərində ona mənsub edilən bir qəbr vardır. Qəbr “Şuşe-Danyal” adlanır.

Mənbə: islamquest.net

Tərcümə: 313news.net

Рейтинг

В этом разделе