Ermənistanın xüsusi xidmət orqanları tərəfindən hazırlanmış terror aktı nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər isə yaralanmışdı
Bu gün Bakı metropolitenin "20 yanvar" stansiyasında baş verən terror aktının ildönümüdür. 15 il əvvəl martın 19-da törədilən bu hadisənin Ermənistanın xüsusi xidmət orqanları tərəfindən hazırlanmış terror aktı olduğu təsdiqini tapıb. Xatırladaq ki, 19 mart 1994-cü il tarixində erməni xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə Bakı metropolitenin "20 yanvar" stansiyasında törədilən terror aktı nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər isə yaralanmışdı. Hadisə ilə bağlı məhkəmə istintaq qrupunın apardığı araşdırma zamanı Ermənistan xüsusi xidmət orqanlarının planı əsasında hazırlanan terror aksiyasının separatçı "Sadval" ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirildiyi məlum olub. Terror aktı ilə bağlı aparılan istintaq materiallarına görə, hadisəni törədən "Sadval" separatçı təşkilatının fəalları 1992-ci ildən etibarən dəfələrlə Ermənistanda olmuş və bu ölkənin milli təhlükəsizlik baş idarəsi təşkilatın formalaşmasında, maliyyələşməsində o, cümlədən silahlanmasında yaxından iştirak etmişdi. 1992-ci ilin aprel-may aylarında 30 nəfər milliyyətcə ləzgi olan Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi terror-təxribatına hazırlıq keçib. İstintaq zamanı müəyyənləşdirilib ki, təxribatçılar təlimata uyğun olaraq "20 yanvar" stansiyası ilə yanaşı Bakının "Nizami" kinoteatrında, Respublika Sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırıblar. Aparılan istintaq tədbirləri zamanı partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı həbs edilərək cinayət məsuliyyətinə cəlb edilib. /ANS PRESS/
Müasir dövrdə İran-Azərbaycan münasibətləri hələ SSRİ mövcud olduğu zamanlarda başlamışdı. İran İslam inqilabından sonra, İranda kommunistlərin təqib edilməsi...
ABŞ Səudiyyə krallığını qınayaraq Səud ailəsini təkfirçilər tərəfindən alovlandırılan bombardman və müharibələrin arxasında durmaqda günahlandırır. Bütün...
313news.net xəbər verir ki, İslam peyğəmbərinin sevimli nəvəsi Həzrəti Imam Hüseynin Ərbəini ilə bağlı dünyanın müxtəlif universitetlərində təhsil alan...
Allahın gerçəyinin isbatı ilə bağlı dəyərli əsərlərdən biri olan “Teizm Seminarları” kitabı yanvar ayının 13-dən etibarən satışa çıxarılacaq. Böyük islam...
313news.net-in commdiginews.com saytına istinadən verdiyi xəbərə görə, Almaniyanın Tübinqen Universitetinin kitabxanasında “Quran layihəsi”nin (Coranica...
Hər il məhərrəm ayı ərəfəsində bu sualın müxtəlif formalarda qoyuluşunun şahidi oluruq. Istər sualın cavabını bilməyən və öyrənməyə çalışan şəxslər, istərsə...
Başqa sahələrdə olduğu kimi, din aləmində də tarix boyunca xeyli təfriqəçi, sapqın, dini istilahla desək, “zall və müzill” (azğın və azdırıcı) şəxslər...
Səudiyyə Ərəbistanı İraq Şam İslam Dövləti (İŞİD) faktını təcrid etmə və onu müasir Ərəb siyasi mədəniyyətindəki ünsürlərlə (yaxud bu baxımdan Amerikanın...
Dünya gündəmini ən yüksək sıralarda işğal edən “terrorla mübarizə” şüarının altında müzakirə edilən yeganə bir təşkilat var: İŞİD. ABŞ Nümayəndələr Palatası...