İmam Hüseyn dünyanın müxtəlif universitetlərində anılıb.

313news.net xəbər verir ki, İslam peyğəmbərinin sevimli nəvəsi Həzrəti Imam Hüseynin Ərbəini ilə bağlı dünyanın müxtəlif universitetlərində təhsil alan tələbələrin təşəbbüsü ilə müəllim və tələbələrə İmam Hüseyn haqqında məktub, su və müxtəlif şirnilər verilib.

Bu layihənin ideya müəllifi və təşkilatçısı azərbaycanlı tələbə Adil Dərvişov fikirlərini aşağıdakı sözlərlə ifadə etmişdir:

“Ətraf mühitlə yanaşı, mənəviyyatın da çirkləndirildiyi, münaqişələrin artdığı dünyada belə layihələrə böyük ehtiyac var. Müxtəlif millət,din və məzhəblərdən olan tələbələrlə bir araya gələrək akademik mühitdə Həzrəti Imam Hüseyni və şəhid olduğu Kərbəlanı tanıtmağa səy göstərdik.”

Adil Dərvişov sözlərinə belə davam etmişdir:

“Mən əlbəttə ki, tək başına bu işi görə bilməzdim. Aksiyamıza qoşulan tələbə-gənclərlə yanaşı iştirakçıların tapılmasında müxtəlif məzhəbə malik insanların rolu böyük olmuşdur. Şükürlər olsun ki, bu işi görmək şərəfinə nail olduq.”

Xəbərin videosu:

Tədbirdən fotoşəkillər:

{img2}{img6}{img8}{img14}

{img1}{img3}{img4}{img10}

{img11}{img12}{img16}{img7}

{img18}{img5}{img9}{img13}{img17}

 

 

 

В этом разделе