Hacı Şahin: "Kərbəlada da din xadimləri pandemiyaya görə Aşura və digər mərasimlərin qeyd olunmaması ilə bağlı müraciət edib”

“Qarşıdan Məhərrəm ayı gəlir. Məscidlərdə insanların kütləvi şəkildə toplaşması virusun yoluxma riskini artıra bilər deyə, belə qəbul olunub ki, məscidlərin açılma məsələsi təxirə salınsın”.

Bunu APA-ya açıqlamasında “Məşədi Dadaş” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib.

Hacı Şahin Həsənli inanclı insanların məscidlərdə dini ayinləri keçirməyi arzulamalarının təbii olduğunu, buna görə də məscidlərin açılması ilə bağlı məsələnin mütəmadi olaraq müzakirə edildiyini bildirib. Bununla belə, o, pandemiya səbəbindən bəzi ayinlərin təxirə salındığını diqqətə çatdırıb: “Bu il Həcc ziyarəti də təxirə düşdü. Ramazan ayı boyunca da ayinlər məscidlərdə icra olunmadı, Qurban bayramı da bu şəkildə qeyd olundu”.

Hacı Şahin deyib ki, qapalı mühitdə insanların toplaşaraq qaydalara riayət etməsi xüsusilə Məhərrəm ayında çox çətindir: “Heç bir icma bu qaydalara riayət etmək məsuliyyətini üzərinə götürə bilmir. Çünki insanlar çox olur və sıxlıq yaranır. Hətta Kərbəlada da din xadimləri pandemiyaya görə Aşura və digər mərasimlərin qeyd olunmaması ilə bağlı müraciət ediblər. Çünki insanlar orda sıx şəkildə iştirak edirlər. Bizdə də il ərzində insanlar məscidlərdə daha çox Ramazan və Məhərrəm aylarında toplanırlar deyə, vəziyyəti tənzimləmək bir qədər çətindir. Lakin insanlar bilsin ki, bu, diqqət mərkəzində olan mövzudur, heç kəs bu məsələyə biganə yanaşmır, müzakirələr gedir, lakin hazırda məscidlərin açılması mümkün görünmür”.

Məhərrəm ayından sonra məscidlərin açılması məsələsinə gəldikdə, QMİ nümayəndəsi bildirib ki, bu, yoluxma dinamikası ilə birbaşa bağlı olan məsələdir: “Ümumiyyətlə, qeyd edim ki, bütün ölkələrdə yumşalma tədbirlərində insanların kütləvi şəkildə toplandığı qapalı məkanların açılması ən axırda baxılan məsələdir. Hər bir halda Azərbaycanda virusa yoluxma ilə bağlı müsbət dinamika var. Belə inkişaf eləsə, yəqin ki, müvafiq şəkildə məsələyə baxılacaq. Lakin hələlik bu, mümkünsüz görünür”.

В этом разделе

  • Bəhailik güclü informasiya dəstəyi alır!

    Son zamanlarda bəzi internet səhifələrində və ya mətbuat orqanlarında Bəhailik və xüsusilə bəhai qadını iranlı Tahirə Qəzvini haqqında məqalələrə rast...
  • Suriya erməniləri Azərbaycanda

    Ermənistanın Suriyadan qaçan erməni ailələrinin bir hissəsini Azərbaycanın işğal altında olan ərazilərində yerləşdirdiyi məlumdur. Əslində Suriyadakı müharibənin...
  • Bu güzəştlər artıq ləğv edilir

    Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində ölkənin digər bölgələrində məskunlaşan məcburi köçkünlərə yardım qaydaları dəyişəcək. 313news...

    ANS açılır, amma...

    Kanal internet-televiziya kimi yenidən yayıma başlayacaq. Verilən məlumatda bildirilir ki, artıq kanal rəhbərliyi hüquqi sənədlərin hazırlığı ilə məşğuldur...
  • Bakıda xanım avtomobil ustası... - VİDEO

    Nüşabə Ağayeva 4 ildir ki avtomobil təmir ustası işləyir. Bir qız və bir oğlan anası olan 42 yaşlı xanım hər gün saat 9-da işə gəlir. Ətraf çirkli olarsa...
  • Rusiyada yeni güc strukturu yaradılır

    Federal Təhlükəsizlik Xidmətinin ləğv ediləcəyi, əvəzində daha böyük qurum kimi Dövlət Təhlükəsizliyi Nazirliyinin yaradılacağı bildirilir

    Taleh Bağırovun verdiyi şikayətə baxılıb

    Bu gün Nəsimi rayon məhkəməsində ötən il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı...