Səudiyyə Yəmənin əl-Couf əyalətinə şiddətli aviazərbələr endirib, 19 qadın və uşaq ölüb

Səudiyyə Ərəbistanın hərbi koalisiyasının təyyarələri Yəmənin əl-Couf əyalətində hərəkətdə olan 3 maşını hədəfə alıb. 19 qadın və uşaq həlak olub.

Bu barədə Yəmənin əl-Məsira telekanalına istinadla SalamNews məlumat verir.

Bildirilib ki, əl-Couf əyalətinin əş-Şəaf bölgəsində hərəkətdə olan üç maşına hava zərbələri endirilib.

Məlumata görə əl-Məatirə qəbiləsinə mənsub olan bir neçə ailə bu hava zərbələri nəticəsində həlak olublar. 19 qadın və uşağın bu hava zərbələri nəticəsində öldüyü bildirilir.

Səudiyyə Ərəbistanı hərbi koalisiyası hələ bu hava zərbələrinə münasibət bildirməyib.

В этом разделе