"Mötədillər" - yeni İŞİD namizədləri

Dünya gündəmini ən yüksək sıralarda işğal edən “terrorla mübarizə” şüarının altında müzakirə edilən yeganə bir təşkilat var: İŞİD. ABŞ Nümayəndələr Palatası Obamanın İŞİD-ə qarşı mübarizədə “mötədil müxalifəti dəstəkləmək və silahlandırmaq” maddəsinin də olduğu planını təsdiq etdi.

ABŞ-ın liderlik edəcəyi koalisiya/beynəlxalq ittifaq indi bu terror təşkilatına qarşı hava əməliyyatlarını qurudan müşayiət etmək üçün təlim verəcəyi mötədil müxalifət axtarır. İlk fazada 5000 nəfərə təlim keçiləcək. Bu 5000 nəfər daha əvvəl olduğu kimi İordaniyadakı və ABŞ-ın elan etdiyi kimi Səudiyyə Ərəbistanındakı düşərgələrdə təlimatlandıracaqlar. Daha sonra isə onlar zenit və tank əleyhinə raketlər, son model silahlar, zirehli maşınlar və s. ilə təchiz ediləcəklər.

Meydanda isə:

1. İŞİD-in istifadə etdiyi bayrağın eynisini istifadə edən;

2. İŞİD-in Hələb və Rəqqada dağıtdığı, Ərəbistanın və Vəhhabiliyin qurucularından olan Muhəmməd ibn Əbdül-Vəhhabın “ət-Tövhid” adlı əsərini əsas kitabları hesab edən;

3. 700 il əvvəl özlərindən olmayan sünniləri, qeyri-müsəlmanları və ələviləri təkfir edən İbn Teymiyyənin fətvalarının eynisini İŞİD kimi təkrar-təkrar verən və bu şəkildə İŞİD-in etdiyi kimi minlərlə xristianlı, ələvini, kürdü öz yurdlarından didərgin düşməyə məcbur edən;

4. Aylarla eyni üsul və hədəflərlə IŞİD-lə yan-yana hərəkət etmiş və Hələb başda olmaqla şimal şəhərlərdəki hərbi bazalara /silah-sursat anbarlarına birgə hücum edərək qənimətləri bölüşmüş;

5. Latakiya, Məan və Rojava qətliamlarını birlikdə həyata keçirmiş;

6. Sahilə məzhəbçi şüarlarla birgə əməliyyat həyata keçirmiş, Rojavadakı əyalətlərə və kürd bölgələrinə müştərək hücumlar həyata keçirmiş, İŞİD-lə birgə onlara beyət etməyən sünniləri minamyot atəşinə tutmuş onlarla silahlı qrup var.

Bu siyahı uzadıla da bilər.

Bu və digər əməkdaşlıq əlaqələrinə dair xəbərlər, İnsan Haqları İzləmə Təşkilatı hesabatları, videolar, fotolar, açıqlamalar, bəyanatlar, elanlar, fətvalar və daha bir çox fakt var. Hər biri ayrı bir yazının mövzusu olacaq qədər genişdirlər.

Bəs İŞİD ilə eyni ideologiyaya sahib bu silahlı qruplar nə olacaq? İllərlə İŞİD-i necə görməzdən gəldilərsə, yenə eyni şəkildə məhəl qoyulmayacaqmı? Nə vaxta qədər belə davam edəcək?

Hər biri bir “Kiçik İŞİD” olan bu qruplar İŞİD kiçik ikən istifadə edildiyi kimi regional qüvvələr tərəfindən istifadə edilməyə davam ediləcəkmi? İŞİD haqqında “On illərlə davam edən cihad tarixinin bir məhsulu” olduğu deyilir. Bəs Suriyada varlığına göz yumulan IŞİD-ə oxşar onlarla sələfimeylli cihadçı təşkilatların aylar/illər sonrakı məhsulu nə olacaq? Yeni bir İŞİD bilərmi?

Onları maliyyələşdirən/silahlandıran dövlətlərin gündəliyinə görə hərəkət edən bu selefi/cihadi meylli qrupların vəzifələri daim uğursuz əməliyyatlar keçirməklə (baxın: Şamı işğal əməliyyatları, Hələbi işğal əməliyyatları, Sahili ələ keçirmə əməliyyatları...) regionların stabilliyini pozmaq və fəaliyyətsiz hala gətirməkdir.

Meydandakı digər “İŞİD”lər və “mötədil” qruplar

Meydanı yaxından izləyən ekspertlərə görə, Suriyada 1000-den çox silahlı qrup var. BBC 8 ay əvvəl bununla bağlı bir hesabat da hazırlamışdı.

ABŞ-ın kimə təlim keçəcəyi, kimə silah verəcəyi, kimi vuracağı məlum deyil. Kim “terrorçu”, kim isə “mülayim” (mötədil) qrupdur - bu da bəlli deyil. Bu mənada ifadələrdə bir bağlılıq var. Onsuz da “mülayim” qrupların kimliyi də elan edilməyib.

Məlumdur ki, əvvəlcə “vəzifəsini tamamlamış” İŞİD vurulacaq, digər qruplar isə “başqa vəzifələr” üçün gözlədiləcək. Bu vəzifələr arasında Rusiya Xarici İşlər Nazirinin açıqladığı kimi, Suriya ordusu da ola bilər. Yaxud daha əvvəl vura bilmədikləri Hələbi vurmaq da ola bilər, Rəqqada İŞİDİ vurduqdan sonra Rəqqanı bu “mülayim” qruplara verərək Şama yenidən yüklənmək də ola bilər.

Hamanın şimalında xristiyan bölgələrinə (Halfaya və Mahrda) hücum edən Əl-Qaidənin qolu olan Nusra, Şamın Duhaniyə kəndində baş kəsən İslam Ordusuna bağlı radikal silahlı qruplar, Hələbə qərbdən hücum edərək şəhəri minamyot yağışına tutan Qafqaz İslam Əmirliyinə bağlı Qafqaz cihatçılarından ibarət olan və bir vaxtlar İŞİDİN baş komandanı Ömər Şişaninin liderlik etdiyi Mühacirin və Ensar, sələfi qrupların birləşərək yaratdıqları Mücahidlər Ordusu... Siyahısı uzadıla bilən bu cihatçı qruplar hal-hazırda döyüş meydanının ən fəal üzvləridirlər. Bu qruplar İŞİD-ə bənzər ideologiyaya sahib olmaqla bərabər,  “terrorla mübarizə” şüarı çərçivəsində onlara qarşı mübarizə aparılacağına dair heç bir işarə yoxdur və adları bu sənəddə çəkilmir.

“Mötədillər”

2014-cü ilin əvvəllərində qurulmuş “Həzm Hərəkatı”nın Qərb tərəfindən təlim keçildiyi və TOW raketləri ilə dəstəkləndiyi məlum olur. Bununla yanaşı, 2013-cü ilin son aylarında mütəşəkkil İslami Cəbhə elanına cavab olaraq radikal İslamı qruplardan “mülayim və dünyəvi” şüarı ilə Suriya İnqilab Cəbhəsi yaradılmışdı. Suriya İnqilab Cəbhəsi də Amerika yardımlarından öz paylarını almışdı. Sonuncu dəfə İdlibdə beynəlxalq ittifaqı İslama qarşı bir hücum hesab edərək rədd edən əl-Qaidə qolu olan Nusra ilə qarşılıqlı razılaşma əldə edən və müqavilə imzalayan Suriya İnqilab Cəbhəsi “mülayim” siyahısına salınacağına oxşayır.

“Ray əl-yəvm” qəzetinin redaktoru Əbd əl-Bari Ətvan daxildən sızan məlumatlara əsasında təlim keçiləcək və silahlandırılacaq qrupları qeyd etmişdir: Suriya İnqilab Cəbhəsi, Mücahidlər Ordusu, Həzm Hərəkatı, Fursan Briqadası, Əcnad əl-Şam və Sakkur Əlab.

Başqa mənbələr isə digər qrupların da adlarını qeyd edib. Bir çoxları yenə Suriya İnqilab Cəbhəsinə (SİC) bağlı olan bu silahlı qruplaşmalar yeri gəldikcə mövqe dəyişdirirlər. Bunun ən son nümunəsi Dəraada baş verdi. SİC-ə bağlı bir qrup heç bir səbəb yox ikən SİC-dən ayrıldığını bildirib. Bir sonrakı yazıda bu “mötədil” qruplardan geniş şəkildə bəhs edəcəyik.

Həsən Sivri

www.medyasafak.net

В этом разделе