"İraqdan çəkilməsəniz əsgərlərinizin cəsədlərini toplayacaqsınız"

İraq parlamentindəki Bədr hərəkatının siyasi qanadı, Türkiyəni İraqdakı əsgərlərini geri çəkməsi barədə xəbərdar edib.

313news xarici mətbuata istinadən xəbər verir ki, bu barədə bəyanat yayımlayan Bədr hərəkatı, Türkiyə hökumətinə əsgərlərini geri çəkmədiyi təqdirdə onların cəsədləri ilə ölkələrinə qayıtmalı olacaqlarını bildirdi.

Bəyanatda Ərdoğana xitabən ağlını başına toplaması və əsgərlərini hələ sağikən İraqdan çəkməsi, yoxsa meyitlərini Türkiyəyə geri aparmaq məcburiyyətlə qalacağı bildirildi.

Mənbə: FHA

В этом разделе