İsrailin baş nazirinin Vaşinqtondakı danışıqları nəticə verməyib
İsrail 1967-ci il sərhədlərinə qayıtmaqla razı deyil. Bunu İsrailin baş naziri Binyamin Netanyahu Vaşinqtonda ABŞ prezidenti Barak Obama ilə görüşdə deyib-ANS PRESS "Ria novosti"yə istinadən xəbər verir.
Mayın 19-da ABŞ-ın Yaxın Şərq siyasəti ilə bağlı çıxış edən Barak Obama  bəyan etmişdi ki, İsrail-Fələstin münaqişəsinin nizamlanmasının bazasını  İsrailin hüdudlarının 1967-ci ildəki sərhədlərdə bərpası təşkil  etməlidir. 
 
 İsrailin baş naziri isə bildirib ki, Barak Obama tərəfindən yeni  prinsiplər açıqlananadək münaqişənin nizamlanmasında güzəştlərə hazır  olub. Onun sözlərinə görə, amma indi Amerika administrasiyasının  təkliflərini qəbul etmir. Çünki əvvəlki sərhədlərə qayıdış dövləti  müdafiəsiz edə bilər.
 
 Vaşinqtonda keçirilən mətbuat konfransında həm Barak Obama, həm də  Binyamin Netanyahu təmkinlə danışıblar və bəyan ediblər ki, görüş uzun  və ciddi olub.
 
 Binyamin Netanyahunun sözlərinə görə, hazırda ABŞ və İsraiol arasında  fikir ayrılıqları mövcudur. Barak Obama isə qeyd edib ki, bu fikir  ayrılıqları yalnız “yaxşı dostlar arasındakı mübahisə” xarakteri  daşıyır. Onun sözlərinə görə, Ağ ev Yaxın Şərq siyasətinin elan edilmiş  müddəalarından imtina etmir.














