Yaxın şərq » İsrail Barak Obamanın təklifini rədd etdi

İsrailin baş nazirinin Vaşinqtondakı danışıqları nəticə verməyib

İsrail 1967-ci il sərhədlərinə qayıtmaqla razı deyil. Bunu İsrailin baş naziri Binyamin Netanyahu Vaşinqtonda ABŞ prezidenti Barak Obama ilə görüşdə deyib-ANS PRESS "Ria novosti"yə istinadən xəbər verir.

Mayın 19-da ABŞ-ın Yaxın Şərq siyasəti ilə bağlı çıxış edən Barak Obama bəyan etmişdi ki, İsrail-Fələstin münaqişəsinin nizamlanmasının bazasını İsrailin hüdudlarının 1967-ci ildəki sərhədlərdə bərpası təşkil etməlidir.

İsrailin baş naziri isə bildirib ki, Barak Obama tərəfindən yeni prinsiplər açıqlananadək münaqişənin nizamlanmasında güzəştlərə hazır olub. Onun sözlərinə görə, amma indi Amerika administrasiyasının təkliflərini qəbul etmir. Çünki əvvəlki sərhədlərə qayıdış dövləti müdafiəsiz edə bilər.

Vaşinqtonda keçirilən mətbuat konfransında həm Barak Obama, həm də Binyamin Netanyahu təmkinlə danışıblar və bəyan ediblər ki, görüş uzun və ciddi olub.

Binyamin Netanyahunun sözlərinə görə, hazırda ABŞ və İsraiol arasında fikir ayrılıqları mövcudur. Barak Obama isə qeyd edib ki, bu fikir ayrılıqları yalnız “yaxşı dostlar arasındakı mübahisə” xarakteri daşıyır. Onun sözlərinə görə, Ağ ev Yaxın Şərq siyasətinin elan edilmiş müddəalarından imtina etmir.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!