Bu içkinin tərkibindəki mənbəyi məlum olmayan qarışıq maddələr İsraildən gətirilir
Azərbaycanın istehlak bazarında təhlükəli ərzaq məhsulları tüğyan edir. İstər yerli şirkətlərin istehsal etdiyi malların, istərsə də xaricdən idxal olunanların tərkibində modifikasiya edilmiş maddələr var. Xəbər verdiyimiz kimi, Qəbələ Konserv Zavodu tərəfindən istehsal olunan “Jalə” şirələri heç də telekanalların reklam çarxlarında deyildiyi kimi, yüz faiz təbii deyil. Əldə etdiyimiz məlumatlara görə, şirənin hazırlanması üçün qarışıq, meyvə tamı verən maddələr İsraildən gətirilir. Həmin maddələrin insan həyatı və sağlamlığı üçün təhlükəli olduğu vurğulanır. Belə ki, “Jalə” xərçəng və digər ciddi xəstəliklərin yaranmasına yol açır.
Şirə istehsalı sahəsi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olduğundan müvafiq qurumlar - Səhiyyə Nazirliyi, o cümlədən Standartlaşma, Meterologiya və Patent üzrə Dövlət Komitəsi məsələnin üstünü açıb-ağartmırlar.
Yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il meyvə və tərəvəz şirələrinin idxalı 2007-ci illə müqayisədə azalıb. Dövlət Gömrük Komitəsinin 2009-cu ilin birinci rübündə idxal-ixrac əməliyyatları ilə bağlı hesabatında isə xaricdən nə qədər meyvə şirəsi idxal edildiyi göstərilməyib. Belə çıxır ki, bu ilin 4 ayında şirə idxalı tamamilə azalıb. musavat.com