Sionist Knessetinin spikeri İordaniyanı İsrail rejiminin bir hissəsi hesab edir

Sionist İsrail rejiminin qondarma Knessetinin spikeri Reuven Rivlin bildirib ki, İsrail rejiminin İordan çayının hər iki tərəf sahilində tikintilər aparmaq missiyası bu günə kimi bu qədər məqsədə yaxın olmamışdır. Bu barədə İsrail rejiminə məxsus qəzetlərdən biri xəbər verib.


Bununla da sionist parlamentinin spikeri İordaniya ərazisini də qondarma İsrail rejiminin tərkibində gördüyünü bir daha ifadə edib. Sionist knessetinin rəhbərinin belə bir bəyanatla çıxışı sionist İsrail rejiminin rəhbəri Şimon Peresin bu yaxınlarda “ilk sionistlərin İordan çayının qərb və şərq sahillərində yayılması arzusuna nail olmağın çətinliyini” bildirməsinə cavab olub.Dəyərlər AİN

В этом разделе