Bunu Küveytli din xadimi höccətül-İslam Seyid Məhəmməd Baqir deyib
ABNAnın məlumatına görə şiə alimi bəyanat yayaraq bunları bildirib: "Şiələri şirkdə ittiham edənlər müşrikdirlər. Hər kim Əhli-beyt məzhəbinin ardıcıllarının kafir olduğunu düşünsə azğın və kafirdir. Kim şiələri "Mütə övladı" adlandırsa, Quran və əziz peyğəmbərimizdən (s) uzaqdır".
Alim həmçinin qeyd edib ki, sünni alimləri də şiələrin təkfir edilməsinin əleyhinə fətva verməlidirlər.
Təqlid mərcelərinin Küveytdəki nümayəndəsi olan şeyx Məhəmməd Baqir Mehri əl-Əzhər şeyxi Əhməd Teyyibin şiələri himayə edən bəyanatına da dəstək verib.