Səlahəddin Özgündüz: "Türkiyə əhalisinin 1/3-i cəfəridir"

"Türkiyə əhalisinin 1/3-i cəfəridir." 313news.net-in ABNA-ya istinadən verdiyi xəbərə görə, Səlahəddin Özgündüz Fransanın yüksək tirajlı "Le Monde" qəzetinə müsahibəsində belə deyib.

"Türkiyədə nə qədər Cəfəri vətəndaş var?" sualına  cavab olaraq, Azəri Cəfəri mənasında 3 milyon nəfər olduğunu qeyd edən Səlahəddin Özgündüz, İstanbul və onun ətrafında (Kocaəli də daxil olmaqla) 1 milyon nəfər olduğunu bildirib. Həmçinin qeyd edib ki, onların əksər hissəsi Azərbaycan əsilli türk vətəndaşlarıdır.

Daha sonra Özgündüz sözlərinə belə davam edib: "Cəfəri toplum dedikdə, sadəcə Azəri Cəfərilər başa düşülür. Halbuki, Türkiyədə 20 milyondan çox Ələvidən "məzhəbiniz nədir?" soruşsan, "Cəfəriyik." - deyə cavab verər. Məsələ də budur. Ölkəmizin cənubunda Hatay, Adana, Mersin bölgəsində yaşayan iki milyona yaxın Ələvi Nuseyri var. Onlardan da soruşsanız "Cəfəriyik." - deyəcəklər. Bunlarla birlikdə 25 milyona yaxın bir əhali deməkdir. Yəni, ölkə əhaləsinin təxminən 1/3-i. Bütün böyük şəhərlərdə Cəfəri əhali var. Şərqdə İğdır, Qars, Ardahan əsl ata ocağımız olmaqla bərabər, iqtisadi və təhlükəsizlik səbəblərindən böyük şəhərlərə çox sayda köç baş vermişdir. Öz kəndimdən misal çəksək, əhalisinin 95%-i İstanbul başda olmaqla, ölkəmizin böyük şəhərlərinə köçmüşdür."

В этом разделе