QayNar: Bir müddət əvvəl, Rusiyada" Yeqova şahidləri" missioner təşkilatının bu ölkədə yaşayan soydaşlarımızı təsir altına salmaları ilə bağlı yazı təqdim etmişdik. Xatırladaq ki, adı cəkilən sektanın üzvləri, dünyanın əksər ölkələrində qadağan olunmasına baxmayaraq, fəaliyyətlərini davam etdirməkdə, insanları öz təsirləri altına salmaqda davam edirlər. Onu da qeyd edək ki, bu sekta Bakıda da bir sıra zərərli missioner təşkilatları kimi sərbəst fəaliyyət göstərir.
AZƏRBAYCANLILAR QAPI-QAPI DÜŞÜB TƏBLİĞAT APARIRLAR
Qeyd edək ki, Rusiya Federasiyasında "Yeqova şahidləri"nin fəaliyyətinə xüsusilə paytaxtda- Moskvada qadağa qoyulub. Bu yaxınlarda isə Sankt-Peterburq şəhərində baş verən qalmaqallı hadisədən sonra, bu şəhərdə də sektanın fəaliyyəti qadağan olundu. Şəhər xəstəxanalarının birində azyaşlı uşağın qan ehtiyacından dünyasını dəyişməsi böyük hay-küyə səbəb olmuşdu. Araşdırılanda məlum olmuşdu ki, uşağın valideynləri "Yeqova şahidləri" sektasının üzvləridir və onlar bu sektanın qaydalarına uyğun olaraq (sekta üzvlərinə görə, başqa qanın bədənə köçürülməsi haramdır.- müəl.,',0), təkidlə uşaqlarına qan vurulmasının əleyhinə olublar. Digər bir qalmaqal isə avtomobil qəzasına düşmüş qadının ona qan köçürən həkimdən şikayət etməsi olub. Qəza zamanı hadisə yerinə gələn təcili tibbi yardım həkimləri çoxlu qan itirən qadına qan köçürmək istəyərkən, onun etirazı ilə qarşılaşıblar. Amma, yaralının həyatının təhlükədə olduğunu görüb zor tətbiq etməklə qan köçürməyə məcbur olublar. Əvəzində isə qadın, hüquqlarının pozulduğunu, ona zor tətbiq edildiyini iddia edərək, məhkəməyə müraciət edib. Məlum olub ki, bu qadın da adıçəkilən sektanın üzvüdür. Bu kimi hadisələrdən sonra yerli orqanlar, sektanın fəaliyyətini araşdırmalı olub və fəaliyyətləri şəhər rəhbərliyi tərəfindən qadağan edilib. Buna baxmayaraq, hazırda "Yeqova şahidləri" öz təbliğatlarını dini ibadətlər adı altında davam etdirir, daha çox insanı təşkilata cəlb etməyə çalışır və bunun üçün küçəbəküçə, evbəev gəzməkdən də çəkinmirlər.
"ÜZVÜMÜZ OLSAN, PEŞMAN OLMAZSAN"
Xatırladım ki, bu sektaya təkcə Sankt-Peterburqda yüzlərlə həmvətənimiz cəlb edilib. Və artıq onların böyük əksəriyyəti küçələrdə insanları, xüsusilə öz həmvətənlərini bu sektaya cəlb etmək üçün fəaliyyətlə məşğuldurlar.
Ötən yazımda, qeyd etdiyim kimi, sekta üzvlərinin bir neçəsini tanımağım mənə, vaxtaşırı bu barədə məlumatları almaq imkanları qazandırdı. Sekta ilə maraqlandığımı düşünüb, həmin qadınlar həvəslə istənilən ədəbiyyatları, üzvləri barədə məlumatları mənə təqdim etdilər. Bir neçə dəfə təbliğat xarakteri daşıyan görüşlərdən sonra, onlar mənə açıq təklifdən də cəkinmədilər: "Sizə bacılarımız qonaq gəlmək istəyir. Maraqlansan, pulsuz dərslər də keçərik. Üzvümüz olsan, peşiman olmazsan, həm bu dünyada mənfəətin olar, həm o dünyada". Halbuki, ilk tanışlığımız zamanı onların cəlbetmə üsulları tamam fərqli idi.
Beləliklə, sekta üzvləri mənimlə daha sıx əlaqələr saxlamağa başladılar. Az qala hər gün zəng edərək, bir bəhanə ilə görüşməyə çalışır, tez-tez: "bu, ayaqüstü sohbətlər deyil", "bir dəfə qonağın olarıq, ətraflı izah eləyərik", "evinizin yanından keçirdim, dedim bir hal-əhval tutum", "nə vaxtdı görmürdüm səni, darıxdım, çox maraqlı həmsöhbətsən, müsbət auran var"-və s. kimi ifadələrlə görüşlərin sayını və müddətini artırmağa çalışırdılar. Mənim öz dinim haqqında nə dərəcədə məlumatlı olub-olmadığımı öyrənmək üçün Qurani-Kərimdən suallar verirdilər.
Qeyd edim ki, təbliğatçılar Qurandaki bəzi surələri və ayələri seçərək, öz xeyirlərinə istifadə edir, həmçinin çap etdirdikləri kitablara da salıblar. Məsələn, onların ən tez-tez vurğuladıqları məqam, Quranda İslamdan əvvəlki dinlər və peyğəmbərlər barədə olan surələrdir. Bunu "görürsüz, sizin kitab da inkar etmir Müqəddəs kitabın varlığını və İslamdan çox qabaq yer üzünə göndərildiyini" kimi ifadələrlə özlərinə haqq qazandırmaq istəyirlər. Əslində isə İslam dini və Qurani-Kərim barədə heç bir məlumatları olmadığını bir neçə sadə sualıma cavab tapa bilmədikdən sonra etiraf etdilər. "Bunları bizim müəllim daha yaxşı bilir, istəsən toplantılarımıza qatıl, ətraflı cavab alarsan".
Mənim sektadakı azərbaycanlılarla maraqlandığımı görüb onlarla yaxından tanış olmağımı istədilər. Bu görüş təbii ki, mənim üçün də maraqlı idi. Onlar mənim suallarımı cavablandırmaq üçün bir neçə azərbaycanlı qadını mənimlə görüşə gətirdilər. Təxmin etdiyim kimi, bu qadınların heç birinin İslam dini ilə bağlı elementar bilikləri olmadığının şahidi oldum. Dinimizlə bağlı bildikləri məlumatlar isə yalnız sektada "müəllimdən" eşitdikləri yanlış bilgilər idi.
"GÜLNARƏ BACINI GƏTİRƏK"
Bəhs etdiyim təbliğatçı qadınlar- Rima və Zoya verdiyim suallara cavab üçün öz aralarında məsləhətləşdilər. Zoya: "Gələn dəfə gələndə Gülnarə bacını gətir, o, Quranı yaxşı bilir"- deyə Rimaya məsləhət verdi. Mənim də maraqlı olduğumu görüb, söz verdilər ki, gələn dəfə mütləq verdiyim suallara cavablarla və Quran barədə məlumatı olan həmyerlilərimdən biri ilə gələcəklər. Beləliklə, bir necə sadə sualın cavabı ücün bir neçə azərbaycanlı qadını mənimlə görüşdürməyə məcbur oldular. Beləcə, çoxdan məni narahat edən və maraqlandıran (soydaşlarımızın hansı səbəbdən kütləvi şəkildə bu cür sektalara cəlb edilməsi) sualıma da cavab tapmış oldum.
İlk görüşüm Gülnarə adlı gənc xanımla oldu. Onu mənə "Gülnarə bacı"- deyə təqdim etdilər (Sekta üzvləri bir-birlərinə "bacı", "qardaş"- deyə müraciət edir). Tanışlıq zamanı öyrəndim ki, əslən Ucar rayonundan olan Gülnarə uşaqlıqdan Rusiyadadır. Ailəsi ilə ölkənin bir necə ayrı-ayrı şəhərlərində yaşayıblar. On il əvvəl isə Sankt-Peterburqa köçüblər. Ana dilində çox çətin danışan Gülnarə əvvəlcə dinimizlə bağlı məlumatlı olduğunu desə də, söhbət əsnasında bunun tam əksini gördüm. Sonradan məlum oldu ki, o da digərləri kimi dinimiz və kitabı barədə ən adi məlumatlardan belə xəbərsizdi. Ona rusca və ya azərbaycanca oxumaq ücün Qurani-Kərimi təklif etdim. "Anam oxuya bilir, soruşaram, istəsə, verərsiniz"...
BU DƏFƏ DƏ SAMİRƏ "BACI"
Suallarıma "Gülnarə bacı"-dan da cavab ala bilmədiyimi görəndə, vəziyyətdən çıxmaq üçün qadınlar: "Gələn dəfə Samirə bacı ilə gələcəyik, o, Quranı bilir".
Bir neçə gündən sonra, Zoya Samirə "bacısı" ilə təşrif buyurdu. Tanışlıqdan sonra:"Neynirsən, necəsən, Kitab oxuyursanmı?"-sualları ilə Samirə "bacı" söhbətə başladı. "Kitab" dedikdə, onun Qurani-Kərimi nəzərdə tutduğunu zənn etdim. Amma, sonradan məlum oldu ki, o, məhz öz təbliğ etdikləri və mənə də təqdim etdikləri kitabları nəzərdə tutur. Özünü dinimizdən məlumatlı kimi təqdim eləsə də, söhbət əsnasında Samirənin də öz dini barədə heç bir məlumatı olmadığının şahidi oldum. Sadəcə, bir neçə ayəni əzbərləyib və təbliğat üçün istifadə edirdi. Özünün inandığı kimi, məni də inandırmağa çalışırdı: "Nə fərqi var, İslam dini, ya bizim inandıqlarımız, hamısı birdi. Biz də Allaha xidmət edirik. Bir gün yer üzündə Yeqovanın hakimliyi bərqərar olacaq və o zaman ona xidmət etdiyimiz üçün Allah bizi mükafatlandıracaq. Allah Yeqova ilə bizə xəbərdarlıq edir. Onlar bu missiya üçün göndəriliblər"... Məhz bu cür təbliğatlarla hər bir insanın, daha doğrusu, inancı, dini bilgisi zəif olanları səfərbər etməyə nail olur sekta...
"Bəs fərqi yoxdursa, nəyə görə, sən Qurani-Kərimi deyil, hansısa təşkilatın çap etdirdiyi kitabı oxuyursan və mənə də təklif edirsən?"- sualıma Samirə "bacı": "Bunu belə izah edirlər bizə. Qurani-Kərimi və İslamı başa düşmək üçün gərək əvvəlcə bunları öyrənək. Bəs birinci sinifə getməmiş beşinci sinif dərsliklərini necə mənimsəmək olar?" Dediklərinə özü də ürəkdən inandığına görə, məni də hər vəchlə inandırmağa çalışırdı. "Yeqova şahidləri" sektasının tarixi, həqiqi missiyası və ideologiyaları barədə (bu barədə birinci yazıda qeyd etmişdik. - müəl.) danışanda əvvəlcə qətiyyətlə qəbul etməməyə çalışdı. Sonra ondan bu etirafları "qopara" bildim: "Mən bu təşkilatı tanıyanda heç bir din barədə məlumatım olmayıb. Allaha inanan adam olmuşam. Azərbaycanda yaşadığım vaxtlar SSRİ vaxtı idi, onda da din qadağan olunmuşdu. Bura gələndən sonra isə tamamilə hər şeydən uzaq düşdüm. Amma ürəyimdə Allaha məhəbbətim heç vaxt itməyib. Bu təşkilatla tanışlıqdan sonra isə fikirləşdim ki, əsl axtardığımı tapmışam. Onlar yalnız Allaha xidmət etdiklərini deyirlər"...
Samirənin, eləcə də, digər həmsöhbət olduğum insanların bu sektanın nə tarixindən, nə ideologiyasından, nə də digər məqsədlərindən xəbərləri yoxdur. Hətta, əksəriyyəti "Yeqova şahidləri"nin dünyanın əksər ölkələrində qadağan olunmasından məlumatsızdır. Bu barədə maraqlananları isə "müəllimləri" inandırmağa çalışırlar ki, onlara mane olmaq istəyənlər şeytandır və onları yolundan azdırmaq istəyir. "Yolunu azanları" isə həm sektanın, həm də Allahın "qəzəbi" gözləyir.
// Azərin, Rusiya, Sankt-Peterburq
Qaynar.info