Ramazan ayında az susamağın yolları

Ramazan ayında isti havanın mənfi təsirindən qorunmaq və gün ərzində daha az susamaq üçün imsaka qədər fasilələrlə duru qidalar qəbul etmək məsləhət görülür.

Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Selcuk Universitetinin dosenti, diyetoloq Mehmet Akman bir adamın gündəlik maye ehtiyacının təqribən 2,5 litr olduğunu bildirib. 



Ramazan ayı yaya düşdüyündən oruc tutanların maye qəbuluna çox diqqət yetirməsi gərəkdiyini deyən Akman bu dönəmdə düzgün qidalanmanın vacibliyinin daha da artdığını vurğulayıb: “Oruc tutanlar susuzluq çəkməsin deyə, iftar və imsakda bol sulu qidalar qəbul etməlidir. İmsakda nə qədər çox yeyilib içilsə, gün ərzində o qədər az acıb susanır anlayışı yanlışdır. Bir anda çoxlu miqdarda maye qəbulu, bir anda həddən çox yemək yeyən zaman yaranan təsirə bənzəyir. Bu zaman yaranan həzm çətinliyi, vücudun suyu istənilən şəkildə paylaşdırmamasına səbəb olur, yəni həzm sistemi ideal şəkildə çalışmaz. Ona görə də oruc tutan zaman gün ərzində susuzluk çəkməmək üçün imsaka qədər fasilələrlə duru qidalar yeyilməlidir”.


Mütəxəssis çox çalışanlar və həddən artıq tərləyənlərə itirdikləri mineralları bərpa etmək üçün iftarda duzlu ayran içmələrini, fosfor itkisinin qarşısını almaq üçünsə qırmızı ət əvəzinə balıq yeməyi məsləhət görüb.


Diyetoloq iftar və imsakda susuzluq yaradan qovurma və qızartmadan uzaq olmağı da xüsusilə vurğulayıb.

В этом разделе