Dünyanın ən təsirli 500 müsəlmanının siyahısı tərtib olunub
Ən təsirli müsəlmanların reytinqi hesab olunan "Muslim 500 2012" siyahısı açıqlanıb. 313news.net-in "timeturk"ə istinadlı məlumatına görə, siyahıya Səudiyyə Ərəbistanı kralı Abdullah bin Əbdüləziz başçılıq edir. 2-ci yerdə isə Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan qərarlaşıb.
Siyahıda iki mərceyi-təqlidin adı da var. 6-cı yerdə İran İslam İnqilabının lideri Ayətullah Seyid Əli Xameneyi, 13-cü yerdə isə İraqlı böyük müctəhid Ayətullah Seyid Əli Sistani qərarlaşıb.
Qeyd edək ki, Fəthullah Gülən siyahıda 10-cu, Şeyx Yusif Qərdavi 16-cı, Seyid Həsən Nəsrullah isə 28-ci yerdədir.