"Mazlumder" insan haqqları təşkilatının Ankara şöbəsinin baş katibi Üzeyir Yigit dindarların həbsi ilə bağlı danışdı

Azərbaycan dövlətinin "cəsarəti" gözlənildiyindən də böyükdür.

Dünya, azadlıq hayqırıqları ataraq küçələrə çıxmış, diktator və xalqa təzyiq göstərən rejimlərə qarşı çıxmış xalqların səsləri ilə çalxalanarkən, Azərbaycan dövləti, hələ də insan haqqlarını ciddi şəkildə pozmağa davam etməkdədir. Bununla birlikdə; silaha və ixtişaşa bulaşmamış, cəmiyyətin tanıdığı insanları bəzi uydurma ittihamlarla həbs edərək gələcəyini öz əlləri ilə təhlükəyə atmaqdadır.

Demokratiya yolunda olduğunu söyləyən bir rejimin ilk əvvəl inandırıcı olması üçün söz azadlığının qarşısını almamalıdır. Bir adam və ya qrup, xalqı silahlı üsyana çağırmayınca və buna məcbur etmədikcə hər cür fikrini açıqca ifadə edə bilməlidir.

Halbuki Azərbaycanın nə söz azadlığına dözümlülüyü var, nədə inanc azadlığına hörməti.

Cəmiyyətin xəbər aldığı və düşüncəsini sərbəst şəkildə bölüşdüyü virtual xəbər yaymağa qarşı göstərilən təzyiqlər jurnalist yoldaşımızın həbs olunmasına səbəb olub.

Əlində qələm və fotoaparatından başqa heç bir vəsaiti olmayan jurnalist Ramin Bayramovun, əlində bu səfər saxta bir ittiham tərtib edilməsi ilə silah və geroin varmış kimi göstərilməsi və bunu özlərinə məxsus KİV-də yaymaq yalnız təzyiq edən rejimlərin əl atdığı üsuldur.

Dini təhsil almış ruhani Abgül Süleymanov v ə siyasi partiyanın funksiyoneri Arif Qəniyevin cəmiyyət önündəki hörmətli və məsuliyyət tələb edən şəxsiyyətləri heçə sayılaraq və alçaldılaraq "istifadə etmək" və ya "satmaq" məqsədi ilə geroin saxlamaqdan böhtan atılmışdır.

Halbuki aylardır insan haqqları təşkilatı olaraq izlədiyimiz Azərbaycan, özü ilə müxalif düşüncədə olan dini inanclı xalqın öndə gedənlərini ağır ittihamlarla həbs etmiş və hicab qadağasına qarşı meydana gələn müqavimət ruhiyyəsini sındırmağa çalışmışdır.

Dövlət adamları üçün dünyada daha əvvəlki təcrübələri görməməzlikdən gəlmək və tarixi unutmaq, ciddi bir talehsizlikdir. Bütün dünya mətbuatı və insan haqqları təşkilatları Azərbaycanı izləməkdədir. Dövləti idarə edənlərin bu rəftarları, yaxın zaman ərzində Avropa insan haqqları məhkəmələrinə gedəcək. Azərbaycan dövləti bu məhkəmələrdən çox böyük miqdarda pul vəsaiti ilə cəzalandırılacaq, bununla birlikdə Avropada olan etibarını da itirəcək.

Əgər demokratiya deyirlərsə və səmimidirlərsə demokratiyanı bərpa etmək üçün hələ də çox gec deyil. Pis təcrübələri başqaları tərəfindən həyata keçirilmişkən bir daha reallaşdırmaq qədər axmaq bir şey yoxdur.

İnşAllah haqq öz yerini tapacaq! 

 "Mazlumder" insan haqqları təşkilatının Ankara şöbəsinin baş katibi Üzeyir Yigit

В этом разделе