QMİ sədri Saakaşvilinin qərarından çox narahatdır

Allahşükür Paşazadə Gürcütan Müsəlmanlar İdarəsinin yaradılmasını kəskin tənqid edib

“Bu siyasi məsələdir və din burada yalnız pərdə rolunu oynayır”

Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə Gürcütan Müsəlmanlar İdarəsinin yaradılmasını kəskin tənqid edib (Modern.az). Jurnalistlərə açıqlamasında A.Paşazadə bu idarənin yaradılmasında siyasi motivlərin gizləndiyinə işarə vurub.

“Tiflisdə Gürcüstan Müsəlmanları İdarəsinin yaradılmasını bəziləri dini məsələ hesab edir. Lakin müsəlmanları mənəvi cəhətdən Azərbaycandan qoparmaq heç də dini məsələ deyil”-deyən QMİ sədri, bu məsələdə birtərəfli yanaşmanın olduğuna diqqəti çəkib.
“QMİ hərbi donanma deyil ki, hamı onu qəbul etsin. Bizi qəbul edən də ola bilər, etməyən də. Məsələ bunda deyil. Məsələ budur ki, bu qərarın qəbul olunmasında birtərəfli yanaşma hiss olunur. Əgər Gürcüctanda yaşayan ermənilər, katoliklər üçün də belə idarələr yaradılsaydı, bunu başa düşmək olardı. Amma müsəlmanlar üçün idarə yaratmaqla onları mənəvi cəhətdən Azərbaycandan qoparmaq dini məsələ deyil”-deyə A.Paşazadə sərt şəkildə vurğulayıb.
Bu məsələnin çoxdan baş qaldırdığını vurğulayan QMİ sədri üstüörtülü şəkildə Mixail Saakaşvilinin hakimiyyətə gəlişi ilə müşayət olunan 2003-cü ildə Gürcüstanda baş vermiş “Qızılgül inqilabına” işarə edib.
“Bu məsələ təzə deyil. Bu öz kökünü Gürcüstan bayrağına dörd xaçın əlavə edilməsindən götürüb. O bayraq qəbul ediləndən bu günə qədər məsələ davam edir”-deyə şeyx qonşu dövlətin bayrağına xrisitan xaçlarının əlavə edilməsinə işarə edib və bununla da xrisitan təəssübkeşliyinin ortada olduğuna diqqət çəkib.
“Bu addımın arxasında “Böyük Ermənistan” planı durur. Mən buna əminəm. Bu siyasi məsələdir və din burada yalnız pərdə rolunu oynayır. Bu addım atılmasın. Biz bununla bağlı müraciət edəcəyik”-deyə A.Paşazadə vurğulayıb. O təəssüflə bildirib ki, Gürcüstanda vəzifədə olan azərbycanlılar bu idarənin yaradılması işində fəallıq nümayiş etdirirlər.
Şeyx qeyd edib ki, QMİ-nin Gürcüstanda nümayəndəsi var.
“Biz Gürcüstanın səfirinə müraciət etmişik”-deyən A. Paşazadə bununla bərabər hər bir dövlətin istənilən sahə, o cümlədən dini sahədə qərar qəbul etməsinə ixtiyarı olduğunu vurğulayıb.
“Amma bütün xalqların maraqları da nəzərə alınmalıdır”. (Azadlıq qəzeti)

В этом разделе