Peyğəmbərimiz (s.ə.s) təravih namazını qadağan etmişdir?

Təravih sünnətdir, yoxsa peyğəmbərimiz heç qılmadımı? İlahiyyatçılar min ildir mübahisə etdikləri təravih namazı mövzusunda bölündü.

Ramazanın gəldiyini orucların açıldığı iftarla birlikdə ən çox hiss edilən şey müsəlmanların gecə şam namazının ardından camaatla qıldığı təravih namazıdır. Prof. Dr. Yaşar Nuru Öztürk, "İslamda təravih deyilən bir namaz yox. Bu, peyğəmbərimizin (s.ə.s) şəxsən qadağan etdiyi bir şeydir, bu namaza peyğəmbərimizdən sonra başlayıblar. Evində savab üçün namaz qılmanın önü açıqdır, istədiyin qədər qıl, lakin, təravihi əsla məscidə daxil edə bilməzsən, peyğəmbərimiz qadağan etmişdir. Çünki ora riyakarlığa bağlı bir məkan olmalıdır. 20 rükət namaz nə deməkdir, günün bütün namazları 20 rükət etmir heç. Peyğəmbərimiz (s.ə.s) dörd rükət, bəzən səkkiz rükət namazı həmişə evdə qılmışdır" dedi və min illik mübahisəni təkrar odladı.

"Peyğəmbərimiz (s.ə.s) heç vaxt təravih qılmadı"

Prof. Dr. Əbdüləziz Mütərəqqi keçən il qatıldığı bir TV proqramında, "Təravih namazının təməli Hz Ömərdən sonra qoyulmuşdur. Peyğəmbər əfəndimiz (s.ə.s) təravih qılmayıb. Peyğəmbərimiz (s.ə.s)  ilin hər gecəsi 11 rükət təhəccüd namazı qılıb. Ramazanda fərqli bir namaz qılmayıb" demişdi.

"Peyğəmbər (s.ə.s) təravihi qadağan etmədi"

Prof. Dr. Süleyman Atəş (Köhnə Diyanət İşləri Başçısı)

"Təravih namazını peyğəmbərimiz (s.ə.s)  təravih adı altında qılmayıb. Həmişə evində namaz qılan Həzrət Məhəmməd (s.ə.s), Ramazanın ilk 3 günü gəlib məsciddə namaz qılardı. Ancaq kimsəyə namaz qıldırmazdı və öz-özünə qılardı. Digər müsəlmanlar da zamanla camaatla deyil, gəlib ayrı-ayrı namaz qılmağa başladılar və məscid çox izdihamlaşdı. Bunun üzərinə Həzrət Məhəmməd (s.ə.s) bu kütlənin etdiyi namazın zamanla fərz ola biləcəyini ifadə edib hər kəsin evində qılmasını söylədi. Ancaq Peyğəmbərimiz (s.ə.s) təravih namazını qadağan etməmişdir."

"Hz. Ömər dövründə başladı"

Prof. Dr. Saim Yəprəm (Türkiyə Diyanət Vəqfi Nəşr təşkilatı Başçısı)

"Peyğəmbərimiz (s.ə.s) Ramazanda bir iki dəfə 8 rükətdən artıq namaz qılmışdır. Bu namaza yaranan böyük rəğbət nəticəsində bu namazı buraxmışdır. Özünə soruşanlara bu nafilə namazının fərz olmasından narahat olduğunu demişdir. Ancaq kimsəyə gedin evinizdə qılın deməmişdir. Hz. Ömərin xəlifəlik dövründə Quranı əzbərdən bilənlərin qabağına keçmək, Həzrət Məhəmmədin (s.ə.s) etdiyi bu namazın canlandırılmasına, 20 rükət üzərindən qılınması və camaatın oxunacaq surələri əzbərləməsinə qərar verildi. Təravih namazı vardır, sadəcə Həzrəti Məhəmməd (s.ə.s) məsciddə qılınmasını təsdiq etməmişdir."

milliyet.com.tr

 

В этом разделе