"Obamanın Qahirə nitqi haqqında 15 sual"

"American Thinker" qəzetinin köşə yazarı Ualid Fares Obamanın Misir səfəri ilə əlaqədar bir yazı qələmə alıb.

"Obamanın Qahirə nitqi haqqında 15 sual" adlanan məqalədə müəllif yazır: "Bu dəqiqə analitiklər Obamanın nitqinin mətilərini oxuyur və onu dərindən analiz edirlər. Çıxışın əsas arqumentlərini tapmağa çalışırlar.

Bunlar bəlkə də yersizdir. Mən onu demək istəyirəm ki, Obamnın nitqində ki, ekzotik bəzəklərə və şirin sözlərə fikir vermək olmaz. Əlbəttə tək onunla razıyam ki, prezidentin çıxışında çox sayda indiyədək deyilməmiş sözlər var idi".

Yazar bu nitqin əsasında bir necə sualın yarandığını deyir və onların bəzilərini sizə təqdim edirik:

- Əvvəla qeyd etmək lazımdır ki, ortada bir məntiqsiz tənlik qurulub. 52 müsəlman ölkəsi bir tərəfdədir, amerikanlar bir tərəfdə. 52 bir səbətdədir, bir başqa səbətdə. Bu tənliyi kim qurub? Bu niyə belə olmalıdır ki? Amerikanları müsəlmanlardan üstün edən nədir?

- Nitqin bir neçə yerində zorakı sözü işlənib. Ümumiyyətlə orada "zorkı ekstremist" qruplaşmaları niyə xatırlandı ki? İslam danışılan yerdə zorakı ekstremist sözlərin işlənməsi mətn altı nəyə işarədir?

- Nitq tələb edir ki, insan düşünsün amerikalılar 11 sentyabr hadisələindən qabaq müsəlmanlara düşmən idi. Düşmən idisə niyə düşmən idi? Düşmən deyildisə onda nitqdə niyə 11 sentyabrdan sonra ifadəsi işlədilir? Obamanın 11 sentyabrdan sonra deməklə nəyə işarə edirdi?

- Nitqdə bilavasitə və bilvasitə Quantanamo həbsxanasının açılışı xatırlanılır. Sual yaranır. Misirdə İslam dünyasına səslənən Obama Quantanamodan danışmaqla İslama qarşı çıxırmı? Sanki xatırladılır ki, Quantanamoda müsəlman məhbuslar var. Burda iki məntiq var. Bir: Amerika səhv edib onları həbsxanaya salmaqda. İki: müsəlmanlar səhv edib ki, həbsxanaya düşüblər.

- Obamanın danışığından bunların ikisinində olmadığı sezilirsə Quantanamonun xatırlanmasında səbəb nədir? "Dəyərlər" AİN

В этом разделе