Obama müsəlman dünyasına tarixi bir nitq ilə müraciət edəcək

ABŞ prezidenti Barak Obama Qahirə universitetinin tribunasından müsəlman dünyasına tarixi bir müraciət ünvanlayacaq, - İslam.ru xəbər verir.
Buna qədər artıq Ağ Evin mətbuat xidmətindən bildirilmişdi ki, Obama, iyun ayının 4-də Misirdə ABŞ ilə İslam dünyası arasındakı münasibətlərdə yeni səhifə açacaq bir çıxışa hazırlaşır. Misir alimləri prezidentə Əl-Əsxər universitetinin mərkəzi məscidində çıxış etməyi təklif etmişdi.

Hələlik Amerika prezidentinin nitqinin məzmunu rəsmən açıqlanmır. Lakin bəzi KİV-lərin, eləcə də ekspertlərin fikrincə, Obama ABŞ adminstrasiyasının Yaxın Şərq münaqişəsinin nizamlanması, eləcə də İslam dünyası ilə dialoqun bərpası istiqamətində yeni təşəbbüslərini açıqlayacaq. "Dəyərlər"

В этом разделе