İmam-cümə bunları "Alma" qəzetində Həzrət Məhəmməd Peyğəmbərin (s) təhqir olunmasına fikir bildirərkən deyib
“Alma” qəzetində İslam dininin və Məhəmməd Peyğəmbərin (s) təqhir edilməsi ölkədə dindarları hiddətləndirməkdədir. Bu mövzu iə bağlı İslam-Azeri.az internet qəzeti, ölkənin bir sıra tanınmış ruhanilərinin münasibətini saytın oxucularının diqqətinə çatdıracaqdır.
“Məşhədi Dadaş” məscidinin İmam Camaatı Hacı Şahin Həsənli:
“Bu məsələyə münasibətimiz çox mənfidir. Əhalisinin əksəriyyətinin müsəlman olduğu bir ölkənin mətbuatında İslam Peyğəmbərinin və İslam dininin təhqir edilməsinə hiddətimizdən nifrətimizi dilə gətirəcək söz tapa bilmirik. Bu təhqir bütün İslam dünyasına qarşı yönəlmiş bir təhqirdir. Bu hadisə dünyada Azərbaycanın imicinə ciddi zərbə vuracaq dərəcədədir. Heç şübhə etmirəm ki, bu təqhirlərin xaricdən sifarişçisi var. Əlaqədar qurumlara müraciət edirəm ki, bu məsələdə əli olan bütün şəxslərin barəsində ölçü götürsünlər. İstər rəsmi qurumlar, istərsə də, hüquq-mühafizə orqanları baş vermiş məsələyə münasibət bildirməlidirlər. Azərbaycanda bu cür hadisə baş vermişdi. O vaxt, Peyğəmbərimizi təhqir edənlər, istər müəllif, istərsə də baş redaktor həbs edilmişdi. Biz əlaqədar orqanlardan “Alma” qəzetində gedən təqhirlərə görə baş redaktor və yazını hazırlayanın həbs olunmasını istəyirik”