Nəsrullah: Şiə Sünni fitnəsi, Sionistlərin son silahıdır

Media-İslam.Com sayının YDH-ə istinadən verdiyi xəbərə əsasən Hizbullah lideri Seyid Həsən Nəsrullah, ABŞ və İsrailin Ərəb İran və Şiə Sünni qarşıdurması çıxarmağa çalışdığını ifadə edərək bu fitnənin İsrailin istifadə etdiyi son silah olduğunu söylədi.

Beyrutda təşkil edilən Müqavimət mövzulu bir konfransda danışan Seyid Həsən Nəsrullah, cənub Livanın İsrail işğalından qurtarılmasının ildönümünün yaxınlaşdığına işarə edərək İslam ümmətinin bu tarixi günü əsla unutmayacağını söylədi.
Müqavimətin var olmasının və davam etdirilə bilməsinin ən əhəmiyyətli şərtinin şüur olduğunu ifadə edən Nəsrullah, şüurla icra edilməyən bir müqavimətin sapmağa uğrayacağını ifadə etdi.

İsrail mediasının və bəzi Ərəb mətbuat quruluşlarının Müqavimətin İsrailə qarşı qazandığı zəfəri əhəmiyyətsiz göstərməyə çalışdığını ifadə edən Nəsrullah, ancaq İsrail cəmiyyətinin və İsrailli liderlərin yaşadıqları uduzmanı əsla unutmayacaqlarını söylədi.
“1982-ci ildə bəziləri bizə İsraillə döyüşülməz, siz Müsəlmanların həyatını təhlükəyə atırsınız deyirdi; amma bu gün İsrailin içi boş məğlub olmazlıq əfsanəsi artıq əbədi olaraq bitmişdir” deyən Nəsrullah, Quranın mesajının yeni zəfərlər yaratma mövzusunda ümid qaynağı olduğunu söylədi.
Livandakı vətəndaş müharibəsinin 1982-ci ildə İsrailə Livanı işğal etməsi üçün mühit yaratdığına diqqət çəkən Nəsrullah, “Bu gün ABŞ və İsrail, İslam ümmətinin gerçək düşməni olan işğalçı İsrailin yerinə Ərəb xalqlarına farazi bir düşmən yaratmağa çalışmaqda və İran və Şiə yayılmacılığı iddiasında olmaqdadırlar” dedi.

Bəzi Ərəb ziyalılarının “Sünniliyi İrana və Şiəliyə qarşı qorumamız üçün İsraillə ittifaq etməliyik” şəklindəki sözlərini tənqid edən Hizbullah lideri Seyid Həsən Nəsrullah, ərəb-İran və şiə-sünni qarşıdurmasının ABŞ və İsrailin bölgə üçün inkişaf etdirdiyi son plan olduğuna inandığını söylədi.
İmam Xomeyninin Dünya Qüds Gününü elan etməsini, İranın dünyada ilk dəfə bir Fələstin konsulluğu açmasını və böyük siyasi və diplomatik təzyiqlərə baxmayaraq Fələstinə dəstəyini davam etdirməsini iftixar verici olaraq xarakterizə edən Nəsrullah, İranın hər hansı bir qeyd və ya şərt irəli sürmədən Fələstin müqavimətini dəstəklədiyini söylədi və sözlərini belə davam etdirdi:
“Bu gün heç kimin mən İranla birlikdəyəm deməkdən çəkinmir. Biz İrandan danışdığımız üçün həmişə şad olmuşuq;Çünki İsrail və sionizm planı qarşısında dünyada səsi ən gur çıxan İrandır.”


Media-İslam.Com

В этом разделе