Məscidin həyətinin zəbt edilməsinə etiraz edən Yevlax sakinlərinə qarşı təzyiqlər səngimir

Xəbər verildiyi kimi, Yevlax şəhərində məscidin həyətinin zəbt edilərək orada tikinti işlərinin aparıldığına görə inanclı insanlar aprel ayının 19-da etiraz mitinqi keçirmişlər. 



 Aksiya iştirakçıları polis tərəfindən həbs olunsa da, sonradan izahat alındıqdan sonra sərbəst buraxılmışlar. Yaranmış vəziyyətlə əlaqədar DEVAMM monitorinqə başlamışdır. Bildirildiyi kimi, inanclı insanlar sərbəst buraxılsalar da, onların ticarət obyektləri bağlanmışdır, lakin daha sonra həmin obyektlər açılmışdır, buna baxmayaraq müxtəlif bəhanələrlə həbs edilmək təhdidləri hələ də qalmaqdadır.

Artıq aprel ayının 21-dən başlayaraq etiraz edən vətəndaşlara təzyiq vasitəsi kimi onların ticarət obyektlərinə vergilər idarəsinin müfəttişləri ezam edilmişdir. Digər təzyiq vasitəsi kimi, Yevlax şəhərində Komunal Təsərrüfat idarəsində rəis muvaini vəzifəsində çalışan Yevlax şəhər sakini Hacı Nizami Əliyev işdən azad edilmişdir. Qeyd edək ki, Hacı Nizami Əliyevin atası Hacı Namiq Əliyev keçirilən etiraz aksiyasında iştirak etmişdir və eyni zamanda məscidin axundu kimi fəaliyyət göstərir.

DEVAMM monitorinqi davam etdirir.

Xəbər xidməti-deyerler.org


В этом разделе