“Mən hicabı özüm dərk etmişəm”

“İslamOnlayn” xəbər verir ki, dünyanın müxtəlif insanları hicabı bir cürə başa düşür. İslama görə isə hicabın əsas məqsədi qadının özünü müdafiə etməsidir. Bəzi müsəlman ölkələrində yaşayan müsəlman xanımlar isə hicab geyinməkdən imtina edirlər. Baxmayaraq ki, Allah öz kitabında “Nur” surəsi 31-ci ayədə, “Əhzab” surəsi 59-cu ayədə qadınların örtünməsini təkidlə tələb edir.

Ancaq qeyd etmək lazımdır ki, hicabı qürur ilə geyinən xanımlar da var. Bəzi xanımlar isə ötrünmək istəyir, amma bəzi səbəblərdən hələ də gözləyirlər.

“İslamonlayn” saytı bir necə hicablı xanımdan bunu səbəblərini öyrənmək üçün sorğu keçirib. Görəsən hicablı xanımlar hicab geyinməkdə tərəddüdlü olan insanlar haqqında nə düşünürlər? 

Sara, 25 yaşında, Kanada vətəndaşı: "Mən uşaqlıqdan hicab geyinirəm. Çünki bunu məndən Allah istəyib. Dinim belə tələb edib. Xanımların isə hicaba gəlməməsinin çox səbəbi ola bilər. Bir səbəbi də budur ki, onlar qorxurlar ki, gözəllikləri aradan gedər. Halbuki əsl gözəllik hicabın özündədir".

Lena, 15 yaşında ABŞ vətəndaşı: "Mən hicabı özüm dərk etmişəm. Heç kim məni məcbur etməyib. Hicab geyməyən müsəlman xanımlara gəldikdə isə deyə bilərəm ki, bəziləri hicabı köhnəlik rəmzi bilir, bəzisi saçlarını əcaib formalara salıb göstərmək istəyir və bütün bunlar hicaba gəlmək üçün o xanımlara maneə yaradır".

Əmani, 16 yaşında, Britaniya vətəndaşı: "Mən İslamı dərk etdikdən sonra hicaba keçmişəm. Bir necə il bundan qabaq araşdırdım və başa düşdüm ki, Allah var. İslam mənim bütün sübhələrimə son qoydu və mən İslamı qəbul elədim. Və artıq üç il olar ki, hicab geyinirəm."

Müsəlman xanımların hicaba gəlməməsinin əsas səbəbi isə dərkdən asılıdır. Onlar dərk etmirlər ki, hicabsız insan eybəcər olur. Söhbət maddi və mənəvi eybəcərlikdən gedir. Bunun nəticəsi olaraq hicabı lazımsız və ya lazımınca vacib hesab etmirlər.

Burada bir az da iman rol oynayır. Allaha və onun qüdrətinə inam zəif olduğuna görə bəzi xanımlar onun buyurduğuna əməl etmədə səhlənkarlıq edirlər. 

İsraa, 14 yaşında Küveyt vətəndaşı: "Mən iki aydır hicab geyinirəm. Bu işə məni anam həvəsləndirib. O, mənə Allah və onun buyurduqları haqqında danışdı və başa düşdüm ki, örtünmək lazımdır."

Kamilla, 23 yaşında Cənubi Afrika vətəndaşı: "Mən hicab geyinmirəm. Çünki özümü buna hələ hazır hiss etmirəm. İnsan hicab geyinsə onun həyat tərzi dəyişməlidir. Əgər indi hər hansı xəta etsəniz sizə ziyandır. Hicablı halda etsəniz İslama ziyandır. Mən bu məsuliyyətin altına girməkdən qorxuram".

Araşdırma nəticəsində xanımların hicaba gəlməməsinin bəhanələri də məlum olub. Belə ki, hicabsız müsəlman xanımlar örtünməmək üçün ən çox aşağıdakı bəhanələrdən istifadə edirlər.

- Hələ hicab geyinmək tezdir. Bir müddət sonra geyinəcəm.

- Mən dərk edirəm ki, hicab vacibdir və geyinmək istəyirəm, ancaq anam qoymur. İslam analara böyük dəyər verir. Onun sözündən çıxa bilmərəm.

- Mənim vəziyyətim, işim, məktəbim hicab geyinməyə imkan vermir.

- Bizim ölkə çox istidir. Əgər hicab geyinsəm, qızdırmam qalxar.

- İndi hicab geyinsəm bəzi planlarımı həyata keçirə bilməyəcəyəm. Onları yerinə yetirim mütləq geyinəcəm.

- Hicab geyinsəm heç kim mənimlə ailə qurmaq istəməz. Evlənən kimi isə hicaba keçəcəyəm.

- Mən hicab geyinmirəm. Allah rəhmlidir. Məni bağışlayar.

- Mən bilirəm hicab vacibdir. Allah məndən bunu soruşacaq. Ancaq geymirəm.

- Hicabı ancaq yaşlı insanlar, həccə gedənlər geyinməlidir.

- Əgər mən hicab geyinməyə başlasam hamı dedi-qodu edəcək. Deyəcəklər ki, indiyə qədər açıq-saçıq geyinirdi indi örtünüb. 
FATİMƏ ZEYNALLI
«Dəyərlər»


В этом разделе