"Heç bir müharibə, döyüş bu qədər yad olunmayıb"
Kərbəla hadisəsinin özəlliyi bundan ibarətdir ki, bu, qəlblərdə yaşayır. İnsanların qəlbində özünə məxsus yer tapıb. Düşünürəm ki, bunun əsas səbəbi Kərbəlda hadisəinin haqq davası olmasıdır.
Bunu SalamNews-a "Məşhədi Dadaş" məscidin imam-camaatı, ilahiyyatçı-alim Hacı Şahin Həsənli bildirib.
O deyib ki, Kərbəla hadisəsində İmam Hüseynin (ə) zərrə qədər şəxsi mənafe, mənfəət olsaydı heç vaxt qəlblərdə yer tapa bilməzdi. Bu mübarizə başdan ayağa Allah üçün idi. Hansıa dünyəvi məqama, məqsədə çatmaq üçün mövqe güdmədiyinə görə, Allahda İmam Hüseyni və tərəfdarlarını insanlara sevdirib.
İmam Hüseyn özü mübarizə başlayanda belə bir söz buyurur, Allah bilir ki, mən fəsad törətmək üçün, qarışıqlıq salmaq üçün və yaxud da hansısa mövqə və məqama çatmaq üçün bu mübarizəni başlamıram. Mən cəddim peyğəmbırin ümmətini islah etmək üçün, xalqı doğru yola yönəltmək üçün bu müharibəni başlayıram. İmam bu müharibəyə başladı və böyük fədakarlıq nümunəsi göstərdi. Bu mübarizədə Allah üçün olduğuna görə, min illər keçdikcə təravətini itirmir və insanlar hər il müxtəlif yerlərdə bu hadisəni geniş çəkildə qeyd edirlər.