İsrailin iki cəsusu deşifrə edildi

Dünən Livan mətbuatında İsrailə cəsusluq etmiş yüksək rütbəli zabitin həbsi xəbərlərindən sonra bu gün bu zabitin Livanın Daxili İşlər nazirliyinin nəzdindəki Ümumi Təhlükəsizlik və əks kəşfiyyat idarəsinin generalı olduğu yayılıb.

Verilən məlumata görə həbs edilən general Ədib.A İsrailin Mossad kəşfiyyat idarəsi ilə əməkdaşlığı artıq sübut edilib.

Livan mətbuatı həmçinin həbs edilən briqada komandirinin Beyrutda Dekuan bölgəsində həbs edildiyini önə çəkib.

Bundan başqa cəsus generalın Mossad ilə əlaqəsinin 10 il olduğunu Livan mətbuatı yazıb.

Əl Əxbar qəzetinin yazdığına görə həbs edilən cəsus Hizbullah əleyhinə uzun müddət fəaliyyət göstərmişdir.

Livan Hizbullahının kəşfiyyatı isə onun deşifrə edilməsinə nail olmuş, sonda Livan Təhlükəsizlik Nazirliyinə bu bilgiləri verərək onun həbsini tələb etmişdir.

İsrail mətbuatı da bu xəbərləri geniş şərh ilə yazmasına baxmayaraq İsrail kəşfiyyatı olan Mossadın bununla bağlı açıqlamasını yayımlamayıb.

Digər oxşar hadisə isə Qazaxtanda baş verib.
Qazaxstanın Müdafiə nazirinin müavini General leytenant Hacımurad Maermanov QTN (Qazaxstan Təhlükəsizlik nazirliyi) tərəfindən göz altına alınıb.

Verilən məlumata görə onu ölkə xəzinəsinə külli miqdarda ziyan vurmaq və vəzifəsindən sui istifadədə ittiham edirlər.

Bəzi mənbələr isə bu həbsi yaxın zamanlarda Qazaxstanda İsrailin hərbi şirkətlərini təmsil edən ehtiyatda olan polkovnik Boris Şeynkmanın həbsi ilə də əlaqələndirirlər.

Qazaxstan KİV-ləri külli miqdarda silahın İsrail tərəfindən bu ölkəyə satılmasından sonra, bəzi silahlar sıradan çıxıb.

Məlum olub ki, ölkəyə satılan silahlar keyfiyyətsiz silahlardır.

Ümumi olaraq 82 milyon dolların ölkə xəzinəsinə ziyan dəydiyi bildirilir.

Birbaşa silah alqı satqısında iştirak edən Qazaxstan tərəfinin rəsmisi isə, həbs edilən General Hacımurad Maermanov olub.

Onun İsrailə cəsusluq etməsi isə artıq bəzi KİV-lərdə yayılıb.

Kim bilir İsrailin hələ nə qədər belə cəsusları ölkələrdə vəzifə sahibidirlər?

İslam-Azeri.az


В этом разделе