İslamın özbaşına təfsir olunması yolunu azmış sektalara zəmin yaradır-Şeyx Lənkərani

Şeyx Cavad Lənkərani

Cavad Lənkərani bəzi məqamlara aydınlıq gətirib

Qum hövzəsinin yüksək dərəcəli ruhanisi olan ayətullah Məhəmməd Cavad Fazil Lənkərani mayın 13-də jurnalistlərə açıqlamasında “yolunu azmış cərəyan”ın islam inqilabına təhlükəsindən danışıb.
“Media forum” saytının məlumatına görə, Fazil Lənkərani deyib: “Bu gün cəmiyyətdə elə cərəyan və şəxslərlə rastlaşırıq ki, üzdə özlərini dindar və şəriət tərəfdarı kimi göstərsələr də, özlərinin təfsir etdiyi şəriəti əsl sayırlar. Onlar inqilab rəhbəri başda olmaqla din alimlərinin şəriətdən etdiyi təfsiri qəbul etmir, ona inanmırlar. Beləliklə də islamın özbaşına təfsir olunması yolunu azmış sektalara zəmin yaradır.
Bu, çox təhlükəli bir məsələdir. Çünki islam inqilabındakı yolunu azmış sektaların nüfuzunun başlanğıcı da bəzilərinin elə həmin islam şəriətini özbaşına şəkildə təfsir etməsi ilə əlaqədardır”.

В этом разделе