İSLAM BANKLARININ İNKİŞAF TARİXİ

İslam qaydalarına görə, bankların faiz verməsi qadağandır. 

Hal-hazırda müsəlman ölkələrindən olan İranda, Sudanda, Malaziyada, Bəhreyndə, Körfəz ölkələrində və dünyanın müxtəlif yerlərində İslam qaydaları ilə fəaliyyət göstərən banklar mövcuddur. Bəzi səhmdarlar ilk İslam bankları yaradılanda faizsiz işlədiyi üçün onların tez iflas edəcəyini düşünürdülər. Ancaq dünya maliyyə böhranı vaxtı İslam banklarının iflas əvəzinə depozitlərini artırması sübut edir ki, onların fəaliyyət davamlılığı digər banklarla nisbətdə daha güclüdür.

Müasir banklarla ayaqlaşan ilk İslam bankları 1950-60-cı illərdə Pakistanda yaranıb. Faizsiz işləyən bankların birdən-birə sürətli inkişafı digər müsəlman ölkələrində də maraq yaratdı. 1960-cı ildə Misirdə və Malaziyada, 1970-ci illərdə isə əsas kapitalını neft pulları təşkil edən Körfəz ölkələrində İslam şəriəti ilə işləyən banklar fəaliyyətə başladı. İndi dünyada məşhur olan "Dubay İslam Bankı" da həmin dövrlərdə yəni 1975-ci ildə təsis edildi.

Keçən on illikdə isə təxminən 30-a yaxın belə bank fəaliyyətə başladı. 1975-ci ildə baş verən ikinci böyük hadisə isə İslam İnkişaf Bankının açılması idi. Bu bir daha İslam bankinqinin get-gedə güclənməsi demək idi.

1979-cu ildə dünyada ilk dəfə olaraq Pakistanda İslami qaydalarla işləyən dövlət bankı açıldı. Bu proses 1985-ci ilə qədər davam etdi. Belə ki, 1983-cü ilin iyul ayında Malaziyada, sentyabr ayında isə Sudanda dövlət səviyyəsində İslam qanunları ilə işləyən banklar yaradıldı. Nəhayət, İslam inqilabının qalib gəldiyi İran Respublikasında da 1984-cü ilin mart ayında "Bank Qanunları"nın layihəsi hazırlandı və "İran Dövət Bankı" yaradıldı.

Artıq 1985-ci ildə dünyada 50-dən çox İslam bankı var idi.

Bankların çoxalması beynəlxalq arenada maliyyə təşkilatının yaradılması üçün zərurət var idi. Nəhayət, 1990-cı il fevral ayının 26-da Bəhreyndə İslam Maliyyə Təşkilatı təsis edildi. Bir il sonra yəni, 1991-ci ildə İndoneziyanın ilk İslam bankı "Muamalat Bankı" quruldu.

2000-ci ilə kimi isə təxminən 200-ə yaxın İslam Maliyyə Təşkilatı yaradıldı. Onların 40 faizi Şərqdə, 20 faizi Afrikada, qalan 40 faizi isə Amerika və Avropada idi.

2002-ci ildə isə Malayziyanın Kuala-Lumpur şəhərində beynəlxalq standartlarla işləyən İslam Maliyyə Xidmətlər İdarəsi quruldu. Bundan sonra dünyada İslam bankçılığının inkişafı böyük əks-sədaya səbəb oldu. Nəhayət, 2004-cü ilin sentyabr ayında Britaniyanın paytaxtı Londonda ilk İslam Bankı yaradıldı.

2009-cu ilin yanvar ayında isə Sinqapurda İslam qaydaları ilə işləyən birinci bank yaradılır. Burada qısa müddətə İslam bankinqi o qədər inkişaf etdi ki, Malaziyanın bankları ilə rəqabət aparmağa başladılar. 

Qilyan Murdok

Röyters agentliyinin köşə yazarı

Hazırladı: XƏDİCƏ TƏQİZADƏ

«Dəyərlər»


В этом разделе