İranın zərəri 50 milyarddır

Sanksiyaların İslam Respublikasına vurduğu zərər getdikcə böyüyür

ABŞ və Avropa Birliyinin İrana tətbiq etdiyi sanksiyalar ölkənin neft gəlirlərini 50% azaldıb. 313news.net-in məlumatına görə, ölkənin ticarət və mədən naziri Mehdi Qəzənfəri bildirib ki, keçən il neft gəlirlərinin 100 milyard dollar olacağını gözlədikləri halda, sanksiyalara nəticəsində 50 milyard gəlir əldə edilib.

Keçən ilin çətin olduğunu bildirən nazir deyib ki, iyundakı prezident seçkilərinə namizədlər neftdən asılı olmadan ölkənin necə təmin olunacağı ilə bağlı təkliflərini təqdim etməlidirlər.

Qeyd edək ki, İranın nüvə proqramı ilə bağlı Qərb ölkələri İslam Respublikasına sanksiya tətbiq ediblər. Nəticədə 1 il yarım ərzində pulun dəyəri 3.5 dəfə aşağı düşüb, 17 ildən sonra keçən ay ilk dəfə infilyasiya 31%-i keçib.

В этом разделе