İranın Latın Amerikası ölkələri ilə əməkdaşlıq potensialı azdır

İranın Boliviya və Venesuela kimi ölkələrlə siyasi əlaqələrinin möhkəm olmasına baxmayaraq, Latın Amerikasının güclü və böyük ölkələri ilə əməkdaşlıq potensialı azdır. İranın Boliviya və Venesuela kimi ölkələrlə siyasi əlaqələrinin möhkəm olmasına baxmayaraq, Latın Amerikasının güclü və böyük ölkələri ilə əməkdaşlıq potensialı azdır. Bu barədə Britaniyada fəaliyyət göstərən iranlı ekspert Rza Təqizadə Trend News-a bildirib.

İran Prezidenti Mahmud Əhmədinejadın Latın Amerikası ölkələrinə səfəri başlayıb. Noyabrın 23-də Braziliyada səfərdə olan Əhmədinejad bildirib ki, İran Latın Amerikası ölkələri llə əməkdaşlığını artırmaq niyyətindədir. Mehr agentliyinin məlumatına əsasən, Əhmədinejad Boliviya və Venesuelaya da səfər edəcək.

Təqizadə hesab edir ki, İran Latın Amerikası ilə əməkdaşlığını artırmaqda iki məqsəd güdür. "İran çalışır ki, Latın Amerikası ölkələri ABŞ-ın əleyhinə mövqe tutsun, digər tərəfdən İranın nüvə proqramına yardım etsinlər", - Glazqo Universitetinin professoru Rza Təqizadə telefonla Londondan bildirib.

"İran bu ölkələrdən xam uran almağa, Latın Amerikası ölkələrinin bank sistemlərindən istifadə etməyə və beləliklə də İran banklarına qoyulmuş beynəlxalq embarqonu səngitməyə çalışır", - iranlı ekspert belə hesab edir.

Təqizadə düşünür ki, İran Boliviya və Venesuela ilə sıx əməkdaşlıq edir, lakin Braziliya və Argentina İrana məqsədinə çatmaqda yardım etməyəcək.

İran ildə 1,5 milyard dollar həcmində Braziliyadan mal idxal edir. Təqizadənin fikrincə, İran çalışır ki, bu ölkədən nüvə proqramının texniki çatışmazlıqlarını aradan qaldırmaq üçün yardım alsın, lakin nə energetika sahəsində, nə də nüvə proqramının inkişafında Latın Amerikasının güclü ölkələri İranla əməkdaşlıq etmək istəmirlər.

Əhmədinejadın Braziliyaya səfəri bir il bundan əvvəl planlaşdırılmışdı, lakin bu səfər indi baş tutub. Braziliya dünyanın ən güclü iqtisadi ölkələri olan G20 grupuna daxildir.

BMT Təhlükəsizlik Şurası nüvə proqramını dayandırmaq üçün İrana qarşı beş qətnamə tətbiq edib. ABŞ və Qərb İranın nüvə silahı istehsal etməsindən şübhələnirlər, İran isə iddia edir ki, bu proqramı elektrik enerji istehsalı üçün davam etdirir.


В этом разделе