Hələ ki bayram sabit olmayıb
İndiyədək aparılan müşahidələrdə yeni Ay müşahidə olunmayıb. 313news.net-in ABNA-ya istinadlı xəbərinə görə, İslam İnqilabı Rəhbərinin hilalı müşahidə mərkəzinin nümayəndələri 170 müşahidə qrupundan heç birinin bayram hilalını görmədiyini bildirib.
Qeyd edək ki, əvvəlcədən verilən proqnozlara görə bu gün ərzində yeni Ayın müşahidə ehtimalı çox azdır. Yalnız çox güclü teleskoplar və rəsədxanalar vasitəsilə müşahidə ehtimalı var.